GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudov və Etibar Əliyevə 38 milyon manatlıq ittiham

Eldar Mahmudov və Etibar Əliyevə 38 milyon manatlıq ittiham

Tarix: 28-02-2017, 01:51 Bölmə :Ölkə Baxış: 691
Eldar Mahmudov və Etibar Əliyevə 38 milyon manatlıq ittiham

Nizami Kazımov: “Eldar Mahmudov “Texnikabank”ın idarə heyətinin sədri Etibar Əliyevlə əlbir olub”

Şahid: “Nizami Kazımovun 15 ilə qədər azadlıqdan məhrum ediləcəyi ilə hədələyiblər”

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir.

Cinaət işi hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə araşdırılır. Artıq iki aya yaxndır davam edən prosesdə artıq zərərçəkmişlər və baş verən hadisələrin şahidi olanların dindirilməsi həyata keçirilir. Sonuncu prosesdə iş adamı Nizami Kazımovun epizodu üzrə dinləmə olub.

Zərərçəkmiş Nizami Kazımov ifadəsində göstərib ki, 1991-ci ildə Kooperasiya Universitetini əmtəəşünas ixtisasi üzrə bitirib, universitetdə oxuduğu müddətdə Naxçıvan şəhərində ictimai iaşə sahəsində, eləcə də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində işləyib, 1992-ci ildən Bakıya köçüb və burada bizneslə məşğul olub: “Hazırda quru meyvə yağlarının istehsalı ilə məşğul olmaqla “BİOİL” MMC-nin təsisçisi və sahibiyəm. Cəmiyyəti 8-9 il əvvəl təsis etmişəm”.

“Hər ay bir faiz olmaqla...”

Zərərçəkmişin sözlərinə görə, özünə məxsus 1.120.000 ABŞ dollarını 2007-ci ilin yanvarın 16-da “Texnikabank”ın “Bakı” filialına kürəkəni Samir Əbdülqasımov ilə birlikdə sonuncunun adına qoyub: “Əmanət müqaviləsi filial müdiri Zal Yusifov tərəfindən imzalanıb. Adını xatırlamadığım qadın mühasib və xəzinədar pulu sayaraq götürdükdən sonra mədaxil qəbzini bizə verib. Bundan sonra hər ay 1 faiz olmaqla gəlirləri filial kassasından Samir götürüb”.

“Bankdan pul tələb etdiyimə görə həbs edildim”

Nizami Kazımov bildirib ki, 2008-ci ilin iyul ayında dolların məzənnəsi aşağı düşdüyündən filialda olan pulu götürüb və müvafiq məzənnə ilə 704.000 avroya çevirib: “İyulun 14-də yenə də Samirin adına eyni əmanət müqaviləsi bağlanaraq illik 12 faizlə banka qoyduq. Bu zaman da mühasib və xəzinədar tərəfindən pul sayılaraq hesaba köçürülməsi üçün qanuni şəkildə qəbz verildi. Həmin əmanətə görə təxminən iki ay faiz aldıq, daha sonra verilmədi. Bununla əlaqədar Zal Yusifova müraciət etdim. Zal Yusifov faiz və əmanətin ödəniləcəyini bildirsə də, pul ödənilmədi. Belə olduqda “Texnikabank”ın müşahidə şurasının sədri Etibar Əliyevin yanına getdim. Etibar Əliyev də pulların ödəniləcəyini, şikayət etməməyi tapşırdı. Lakin vədə əməl edilmədi. Əksinə, bankdan pul tələb etdiyimə görə əsassız həbs edildim. Barəmdə cinayət təqibinə xitam verilməsinə baxmayaraq bankdan pullar geri ödənilmədi. Etibar Əliyev Zal Yusifov tərəfindən mənimsənilmiş pullara görə bankın məsuliyyət daşımadığını, pulun Zal tərəfindən ödənilməli olduğunu bildirdi”.

“2 gün MTN-də saxlanıldım”

Nizami Kazımov qeyd edib ki, 2008-ci ilin oktyabrın 1-də Qurban bayramı, yəni qeyri-iş günü istifadəsində olan mobil telefon nömrəsinə zəng olunub: “Zəng edən şəxs məni saat 15.00 üçün Milli Təhlükəsizlik Nazirliyinə çağırdı. Həmin şəxs özünü təqdim etmədi. Saat 15.00-da MTN-nin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb, özümü təqdim edərək çağırıldığımı bildirdim. Oradakı şəxs mənim istintaq baş idarəsi tərəfindən çağırıldığımı bildirdi. Bir əsgərin müşayiəti ilə 6-cı mərtəbədə yerləşən istintaq idarəsinə aparıldım. Liftin yanında gözlədikdən sonra Vüsal Ələkbərov öz xidməti otağında məni qəbul etdi. Mənimlə çox aqressiv və kobud danışırdı. Kürəkənim Samirin adına banka qoyduğum əmanət barədə soruşdu. Pulu kürəkənimin xərcləməsi üçün qoyduğumu dedim. Buna baxmayaraq Vüsal Ələkbərovun qərarı əsasında guya “Texnikabank”ın əməkdaşları ilə cinayət əlaqəsinə girərək öz kürəkənim Samir Əbdülqasımovun adına qoyduğum pulu mənimsədiyim üçün şübhəli şəxs kimi tutuldum. Dindirməni Vüsal Ələkbərovun işçisi Vüqar adlı müstəntiq apardı. Heç kimi aldatmadığım, hər hansı şikayətçi olmadığı halda 2 gün MTN-nin istintaq təcridxanasında saxlandım”.

“Məndən 3 milyon dollar tələb olundu”

Zərərçəkmiş daha sonra ifadəsində qeyd edib: “Sonra mənə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluq ittihamı elan edilərək, barəmdə Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Həbsdə olduğum müddətdə Vüsal Ələkbərov məni 20 dəfəyə yaxın öz xidməti otağına dəvət edib, barəmdə olan cinayət

işinə xitam vermək üçün 3.000.000 ABŞ dolları tələb etdi. İmkanım olmadığını dedikdə Vüsal mənə rəhbərlikdən belə göstəriş gəldiyini, pulu verməli olduğumu bildirdi. Konkret pulu kimin tələb etdiyini demədi. Pulu verə bilmədiyimi dedikdə Vüsal Ələkbərov mənim 8 ildən 12 ilədək cəza ala biləcəyini söyləməklə məni hədələdi. İmkanım çatmadığına görə tələb olunan pulu ödəməkdən imtina etdim”.

“Vüsal mənə hədə-qorxu gəlirdi”

Nizami Kazımov qeyd edib ki, həbs ediləndən 15-20 gün sonra istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev də onu xidməti otağına çağırıb: “Mühafizəçi olmadan söhbət apararaq Vüsal tərəfindən deyilən məbləği, yəni 3.000.000 ABŞ dollarını məndən tələb etdi, əks halda 8 ildən 12 ilədək azadlıqdan məhrum edilməklə hədələdi. Yenə də imtina etdikdən sonra bu dəfə Vüsal məndən 2.000.000 dollar tələb etdi və həmin məbləğdən aşağı olmayacağını bildirdi. Həbsimdən 45 gün keçmişdi. Mövlam Şixəliyev məni hər gün qəbul edir və Vüsalın tələb etdiyi 2.000.000 dolları məbləğində pulu istəyirdi. Pulu verməyəcəyim halda başıma torba keçilərək aşağıya, “maskalıların” yanına aparılacağımla hədələyirdi. Banka qoyduğum pulların adını da çəkməməyi, həmin pulların bizə aidiyyatı olmadığını və qaytarılmayacağını, rəhbərliyin göstərişi ilə belə olduğunu deyirdi. Bütün bu hədələrə dözərək mən pulu ödəməyə razılaşmır, Vüsal da mənə hədə-qorxu gəlirdi”.

“Mövlam Şıxəliyevi nəzərdə tutduğunu başa düşdüm”

Nizami Kazımovun sözlərinə görə, tutulduqdan sonra 2008-ci ilin noyabrın sonlarında səhhətində ciddi problemlər yaranmağa başlayıb: “Məndə şəkərkli diabet xəstəliyi əmələ gəldi. Bununla bağlı özümü yaxşı hiss etmədiyimdən, həmçinin Vüsal Ələkbərovun təhdidlərinə artıq dözmədiyim üçün onunla razılaşdım. Lakin pulu dərhal ödəyə bilməyəcəyimi deyərək bir hissəsini ödəməyi, azadlığa çıxandan sonra qalan hissəni isə ödəmək üçün vaxt istədim. Vüsal Ələkbərov dedi ki, gedim rəislə danışım, razılıq versə, sənə deyərəm. Onun rəis kimi Mövlam Şıxəliyevi nəzərdə tutduğunu başa düşdüm”.

Nizami Kazımov bildirib ki, növbəti gün Vüsal Ələkbərov rəisi ilə razılaşdığını, 1.000.000 ABŞ dollarını verəndən sonra həbsin ev dustaqlığı ilə əvəz ediləcəyini, qalan 1.000.000 ABŞ dollarını 4-5 ay müddətinə ödədikdən sonra cinayət işinə xitam veriləcəyini deyib: “Mən də Vüsal Ələkbərovla razılaşdım. Vəkilim vasitəsi ilə qudam Tahir Əbdülqasımova məktub yazaraq qohum-əqrəbadan 1.000.000 ABŞ dolları yığaraq mənə çatdırmalarını xahiş etdim. Kürəkənim Samir mənim 180.000 ABŞ dollarına aldığım “Mercedes Benz S class 500” markalı, 115.000 ABŞ dollarına aldığım “BMW” markalı və təxminən eyni qiymətə aldığım “Lexus 470” markalı avtomaşınları bazar qiymətindən çox aşağı qiymətə sataraq 250.000 ABŞ dolları düzəltdi, qudam Tahirdə pulun qalan hissəsini əlavə edərək, ümumilikdə 1.000.000 ABŞ dolları topladılar”.

“Mövlam Şıxəliyevə bayram təbriki etmişəm”

Nizami Kazımov bildirib ki, 2008-ci ilin dekabrın 3-də, saat 12 radələrində kürəkəni Samir, qudası Tahir, sürücüsü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə MTN-nin inzibati binasının yanına gətiriblər: “Samir avtomaşından düşərək pulu Vüsala verib. Vüsal Ələkbərov həmin gün saat 12 radələrində kürəkənim Samirdən 1.000.000 ABŞ dolları aldığını, məni buraxacağını, məhkəmədən ev dustaqlığı hökmü çıxarılacağını deyib. Həmin gün saat 18 radələrində MTN-nin istintaq təcridxanasından buraxıldım. Vüsal mənə dekabrın 4-də, saat 12.00-da nazirlikdə olmalı olduğumu bildirdi. Növbəti gün qalan 1.000.000 ABŞ dollarını 4-5 aya taparaq verməli olduğumu söylədi. Özümün mobil telefonumdan Mövlam Şıxəliyevin mobil nömrəsi arasında 26 və 30 mart 2009-cu il, 2 aprel 2010-cu il, 20 mart 2011-ci il tarixdə danışıqlar olub. Həmin danışıqlar zamanı Mövlam Şıxəliyevə bayram təbriki etmişəm, yaxud onun anası və qızının rəhmətə getməsinə görə baş salığı vermişəm”.

Nizami Kazımov qeyd edib ki, 1-ci dəfə 2009-cu ilin fevral ayında 150.000 ABŞ dolları toplayıb, Vüsalın hazırda xatırlamadığı mobil telefona zəng edib, keçmiş “Qələbə” kinoteatrının yanında görüşərək pulu ona təklikdə verib: “Bundan bir ay sonra dost-tanışımdan borc aldığım 300.000 ABŞ dollarını, daha 35 gün sonra 2009-cu ilin aprel ayında 300.000 ABŞ dollarını zəngləşərək eyni yerdə Vüsala verdim. 2009-cu ilin may ayının sonlarında 200.000 ABŞ dollarını, iyun ayında isə 70.000 ABŞ dollarını MTN-nin giriş qapısının qarşısında olan maşın parkında Vüsala verdim. Vüsal Ələkbərov “Qələbə” dairəsinin yanında məndən pulu götürəndə yaşadığı evin kinoteatrın yanında olduğu dedi.

Sonuncu dəfə pul verəndə isə Vüsal məni öz xidməti otağına dəvət etdi. Çay içib, söhbət edərək aramızda yaranan narazılığa görə könlümü almaq istədi. Bütün pulları ödəyəndən sonra Vüsal zəng edərək barəmdə olan cinayət təqibinə xitam verildiyini, qərarı götürməyimi söylədi. Mən də həmin gün qərarı götürdüm”.

Nizami Kazımovun sözlərinə görə, Vüsal Ələkbərova ödədiyi pullara görə qohum və dostlarına yaranmış borcunu ödəyə bilməyib: “Buna görə “Para Bank”dan 300.000 manat kredit götürmüşəm. Lakin işim alınmadığı üçün həmin borcları tam bağlaya bilməmişəm. Hazırda qudama 500.000 ABŞ dolları borcum var. Öz adıma olan “BMW 745”, "Lexs LX 470", “Mercedes S 500” markalı avtomaşınlar mən həbsdə olanda kürəkənim Samir tərəfindən hazırda xatırlamadığım maşın alverçisinə satılıb, rəsmiləşdirmə isə həbsdən çıxandan sonra edilib. Əminəm ki, milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudov həmin dövrdə “Texnikabank”ın idarə heyətinin sədri Etibar Əliyevlə əlbir olub. Onlar mənim və digər sahibkarların banka qoyduğumuz 38.000.000 manat məbləğində əmanətlərimizi mənimsəyib, bunun ört-basdır edilməsi üçün həbsimizi təşkil edib”.

“Fikirləşdim ki, başqa məsələdir...”

Daha sonra zərərçəkmiş Nizami Kazımovun qudası, “Çanaqqala” restoranını sahibi Tahir Əbdülqasımov ifadə verib. O bildirib ki, Nizami Kazımov həbs olunan zaman Azərbaycandan kənarda imiş: “Qayıdanda eşitdim ki, Nizamini həbs ediblər. Bildirdilər ki, banka pul qoyub, buna görə həbs ediblər. İnanmadım, fikirləşdim ki, adamı banka pul

qoyduğu üçün həbs edərlər? Fikirləşdim ki, burada başqa iş var. Onunla məhkəmədə görüşdük, dedi, banka pul qoyduğu üçün həbs ediblər. Nizaminin dilindən eşidəndən sonra deyilənlərin düzgün olduğunu bildim. Nizami dedi ki, həm həbsdən azad edilməsi üçün 2 milyon dollar istəyirlər, həm də bankda pulu batıb”.

Şahid qeyd edib ki, Vüsal Ələkbərova ilkin olaraq 1 milyon dollar verilib: “Pulu MTN-nin binasının yanına aparanda 4 nəfər idik. Oradan telefonla dedilər ki, pulu bir nəfər gətirsin, oğlum Samir də çantada olan pulu apardı. Həmin vaxt Vüsal Ələkbərovu uzaqdan görmüşəm. Nizami azadlığa çıxdı, Vüsal Ələkbərov qalan pulu da verməyi tələb etdi”.

Dövlət ittihamçısının suallarını cavablandıran Tahir Əbdülqasımovun sözlərinə görə, banka oğlunun adına 704 min avro qoylub: “1 milyon dolların toplanması üçün mən də 500 min dollara yaxın pul qoymuşam. 1 milyon dolları torplayaraq Vüsal Ələkbərova vermişik. Biz pulu aparanda oğlum Samir, sürücüm Vüqar və mühafizəçim Şahin də orada olub. Az pul aparmamışdıq, ona görə də mühafizəçi ilə ora getmişdim. MTN-çilər reketçilik edərək Nizami Kazımovu tutublar, onun azadlığa buraxılması üçün pul tələb ediblər. Guya oğlum Nizami Kazımovdan şikayətçi olub. Amma onun azadlığa çıxması üçün pulu biz toplamışıq, daha niyə ondan şikayətçi olaq?”.

“Qayınatamın üzünə durmağımı tələb etdi”

Sualları cavablandırmaqda davam edən Tahir Əbdülqasımov bildirib ki, Vüsal Ələkbərovun qanunsuz hərəkətləri ilə bağlı

həmin zaman müvafiq qurumlara müraciət etməyiblər. Şahid qeyd edib ki, Nizami Kazımovun həbsdən azad edilməsi üçün 2 milyon dollar verilmədiyi halda, onun 15 ilə qədər azadlıqdan məhrum ediləcəyi ilə hədələyiblər.

Sonra Nizami Kazımovun kürəkəni Samir Nadirli ifadə verib. O, ifadəsində “Texnikabank”a qoyulan depozit puldan, sonra Nizami Kazımovun həbs edilməsindən danışıb. Onun sözlərinə görə, Vüsal Ələkbərov ondan qayınatasının üzünə durmağı tələb edib: “Bu işlə bağlı mənim ərizəmi aldılar, amma məni dindirmədilər”.

Samir Nadirli daha sonra Nizami Kazımovun həbsdən azad edilməsi üçün 1 milyon dolların toplanmasından, həmin vəsaiti Vüsal Ələkbərova MTN-in binasının arxa tərəfində verdiyini təsdiqləyib.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN işində “Çanaqqala” restoranın sahibinin adı keçdi

    MTN işində “Çanaqqala” restoranın sahibinin adı ...

    4-02-2017, 20:31

  • 
  • MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar açıqlanır

    MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar ...

    10-02-2017, 22:02

  • 
  • Aygün Kazımovanın qardaşına 10 il iş verildi

    Aygün Kazımovanın qardaşına 10 il iş verildi ...

    29-07-2013, 17:23

  • 
  • Vüsal Ələkbərovun məhkəməsi başladı

    Vüsal Ələkbərovun məhkəməsi başladı ...

    26-01-2017, 23:40

  • 
  • Aygün Kazımovanın qardaşına 12 il həbs cəzası verildi

    Aygün Kazımovanın qardaşına 12 il həbs cəzası ...

    13-10-2014, 13:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu