GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » XARİCDƏKİ MİLYARDERLƏRİMİZİN AZƏRBAYCAN QORXUSU… – Fərhad Əhmədovun dedikləri və deyə bilmədikləri

XARİCDƏKİ MİLYARDERLƏRİMİZİN AZƏRBAYCAN QORXUSU… – Fərhad Əhmədovun dedikləri və deyə bilmədikləri

Tarix: 28-02-2017, 23:53 Bölmə :Ölkə Baxış: 1 441
XARİCDƏKİ MİLYARDERLƏRİMİZİN AZƏRBAYCAN QORXUSU… – Fərhad Əhmədovun dedikləri və deyə bilmədikləri

“Məmurların üzündən hətta xeyriyyə aksiyalarından imtina etməli olursan…” deyən Fərhad Əhmədov, nəyə eyham vurur?

Azərbaycan mətbuatında tez-tez olmasa da, hərdən xaricdə yaşayan zənginlərimizin müsahibələri və ayrı-ayrı mövzular ətrafında açıqlamalarına rast gəlinir. Siyasi baxımdan çox ehtiyatlı, korrektə olunmuş bu müsahibələrdə onlar əsasən öz şəxsi həyatları və biznes layihələri barədə, bəzən də Azərbaycanda keçirdikləri uşaqlıqları və melanxolik xatirələrindən söz açırlar. Sözsüz ki, yerli məmur milyarderlərimizdən fərqli olaraq, onlar daha maraqlı və səmimi müsahibdirlər. Ancaq bu açıqlamalarına fikir verdikcə görürsən ki, hansısa qüvvə onları bu vətənə verə biləcəkləri və əvəzində umacaqları mövzusunda çox aşkar danışmağa imkan vermir.

Onlardan biri olan Fərhad Əhmədovun bugünlərdə verdiyi müsahibədə (“Haqqın.az” saytına-red) də bir sıra maraqlı məqamlara toxunulur. Tanınmış milyarder ilk öncə guya Putinin istəyilə Azərbaycanda hakimiyyətə gəlmək planları barədə mətbuatda yazılanlara münasibət bildirərərək, bunların boş söz-söhbət olduğunu, ümumiyyətlə hazırda siyasətlə məşğul olmadığını deyir. Ancaq 5 il Rusiyada senator kimi fəaliyyət göstərdiyini də xatırladır və əlavə edir ki, onun barəsində bu cür məlumatlar kimlərinsə sifarişi əsasında yayılır: “Belə məqaləni sifariş edənlərə bildirmək istəyirəm ki, Putin öz planlarını həmişə həyata keçirir və ona maneə yaradılmasını sevmir. Ancaq müəllif və sifarişçinin xoşbəxtliyindən, mənim təyinatım məsələsi onun (Putinin-red.) planlarına daxil deyil… Siyasətlə məşğul olsaydım, çoxdan partiya yaradar və tərəfdarlarımı yığardım”.

Siyasətdən uzaqlaşdığını və Azərbaycanda bu işlə məşğul olmayacağını deyən milyarderə inanmayanlar da ola bilər. Adam 5 il Rusiyada senator olub, Boris Berezovski ilə dostluq edib, hətta müsahibədə dediyinə görə, son təyyarə böhranında Rusiya-Türkiyə münasibətlərinin bərpasında Mövlud Çavuşoğlunun xahişi ilə vasitəçilik də edib.

XARİCDƏKİ MİLYARDERLƏRİMİZİN AZƏRBAYCAN QORXUSU… – Fərhad Əhmədovun dedikləri və deyə bilmədikləri

Berezovski İngiltərəyə qaçandan sonra isə F.Əhmədovu nəzərdə tutaraq deyib: “Bütün yəhudi dostlarım məni atdı, ancaq bir müsəlman məni satmadı…” Demək istədiyimiz odur ki, siyasət anlayışı və əlaqələri kifayət qədər yüksək olub və hazırda da belədir.

Ancaq bizim toxunmaq istədiyimiz daha çox məsələnin siyasi deyil, iqtisadi tərəfidir. Təəssüf ki, xaricdə yaşayan milyarderlərimizin, istedadlı və təcrübəli iş adamlarımızın planlarında Azərbaycanda biznes qurmaq ən sonuncu yerlərdə durur, yaxud da ümumiyyətlə onların planlarına daxil deyil. Niyə, səbəb nədir? Məsələn, elə həmin Fərhad Əhmədovun Azərbaycanda sadəcə bir “AZNAR” müəssisəsi var ki, o da əsasən meyvə şirələrinin istehsalı ilə məşğuldur. Doğrudur, onun vəsaiti hesabına “Göyçay-Toxucu” ASC-nin binasında əsaslı təmir-bərpa işləri görülüb.

XARİCDƏKİ MİLYARDERLƏRİMİZİN AZƏRBAYCAN QORXUSU… – Fərhad Əhmədovun dedikləri və deyə bilmədikləri

Yeni müəssisədə 650-yə yaxın yerli sakin çalışa bilər. Bunlar təqdirəlayiqdir, lakin tanınmış iş adamının real imkanları ilə müqayisədə olduqca kiçik müəssisələrdir. Onu da nəzərinizə çatdıraq ki, F.Əhmədov Rusiyadakı biznesini demək olar tamamilə satıb və hal-hazırda dünyanın müxtəlif nöqtələrində investisiya layihələri həyata keçirir. Bu o deməkdir ki, hazırda böyük miqyasda azad kapitala malikdir. Ancaq özünün də “AZNAR” barədə dediklərindən göründüyü kimi, Azərbaycan o investisiyaların yönləndirildiyi nöqtələr arasında heç də ilk yerlərdə durmur: “Azərbaycanda yeganə yatırımım “AZNAR”-dır, buna da investisiya demək olmaz. Bu, atamın xatirəsinə həsr olunmuş bir müəssisədir. Və oraya qoyulan yatırım nəinki mənim, hətta uşaqlarımın nə vaxtsa oradan götürəcəyi qazancdan dəfələrlə çoxdur”.

İş adamı demək istəyir ki, Azərbaycana yatırım etmək əslində sərfəli deyil, sadəcə atasının xatirəsi üçün bunu edir. Təəssüf ki, müsahibəni götürən həmkarımız bu məsələnin dərininə getmir və ümumiyyətlə imkanlı iş adamlarının Azərbaycandan uzaq durmağa çalışmasının səbəblərilə maraqlanmır.

XARİCDƏKİ MİLYARDERLƏRİMİZİN AZƏRBAYCAN QORXUSU… – Fərhad Əhmədovun dedikləri və deyə bilmədikləri

Yeri gəlmişkən, digər həmvətənimiz Mübariz Mənsimov da müsahibələrində ölkəmizdəki biznesilə bağlı bir o qədər həvəslə danışmır. Həmçinin ona məxsus futbol klubunun çempionatdan kənarlaşdığı, “PALSÜD”ün isə ziyanla işlədiyi barədə məlumatlardan xəbərdarıq. Göründüyü kimi, iş adamlarının investisiyaları eyni taleyi yaşamaqdadır. Bugün Azərbaycanda neft və valyuta böhranı fonunda ərəblərin, yaponların və daha kimlərin investisiyalarının cəlb olunması barədə diskussiyalar açılır. Ancaq real maliyyə daşıyıcısı olan xaricdəki Azərbaycan əsilli milyarderlər hesaba alınmır. Və qanı qanımızdan olan varlılarımız özləri də buraya maliyyə yatırmağa həvəsli görünmür. Niyə?

Deməli ya onlar öz vətənini sevmir, ya da vətəndə kimlərsə (!) onları sevmir. Həmin Fərhad Əhmədovun son müsahibəsindən görünür ki, ona Azərbaycan vətəndaşlığı verməkdən imtina ediblər: “Demək olar bütün həyatımı vətəndən uzaqda yaşasam da, həmişə ona bağlılığımı hiss etmişəm. Bu bağlılığımı sənədləşdirmək istəyirdim”.

Ancaq özünün dediyi kimi, məmurlar buna imkan verməyib: “Məmurlardan incimək – boş şeydir. Yox, deməli yox. Məmurlar həmişə mane olur. Hər şeydə qazanc axtarırlar, özlərinə uyğun şəkildə mühakimə edirlər. Təəssüf ki, onların üzündən hətta bu və ya digər xeyriyyəçilik aksiyasından imtina etməli olursan…”

Adam bundan artıq nə desin, Azərbaycandan uzaq durmasını necə izah etsin? Baxmayaraq ki, atası, mərhum Teymur Əhmədov Sovet hakimiyyəti dövründə, konkret desək, Heydər Əliyev birinci katib olan vaxtlarda mənimsəmə ittihamı ilə həbs olunub və ölüm hökmünə məhkum edilib, yenə də vətənindən və hakimiyyətdən inciklik ifadə etmir: “Prezidentin humanistliyi sayəsində, uzun axtarışlardan sonra atamın nəşini tapıb, layiqincə dəfn etmək mənə qismət oldu. Prezidentin sayəsində atamın əsasını qoyduğu zavodu aldım və Teymur Əhmədovun adını verdim…”

XARİCDƏKİ MİLYARDERLƏRİMİZİN AZƏRBAYCAN QORXUSU… – Fərhad Əhmədovun dedikləri və deyə bilmədikləri

Bütün bunlara rəğmən, təsəvvür edin ki, F.Əhmədovun ötən il torpaq ayrılması ilə bağlı Göyçayın İcra Hakimiyyətilə məhkəmə çəkişməsi olub. Demirik ki, milyarderdirsə, toxunulmazdır və idealdır. Xeyr! Və demirik ki, hansısa rayonun icra hakimiyyəti özbaşınadır... Ancaq dəqiq bildiyimiz odur ki, biz 3-5 manata görə ərəblərin turist adı altında Azərbaycanda çıxdığı min hoqqaya, bəzən ölkəmizi müsəlman dünyasının Ukraynası kimi görməsinə göz yumuruq. Özümüzünkünün hansısa biznes layihəsi həyata keçirmək, iş yeri açmaq üçün görəcəyi işə isə hətta rayon icra hakimiyyəti səviyyəsində də müdaxilə edirik. Sonra da xaricdəki imkanlı azərbaycanlıları vətənə soyuq münasibətdə qınayırıq…

Bir şeyi də nəzərdən qaçırmayaq ki, yerli məmur milyarderlər bizim “dərimizi soyaraq” qazandıqları milyardlarla xaricdə biznes qurur. Xaricdəki iş adamlarımızı göylərə qaldırmaq fikrindən uzağıq, ancaq hər halda onlar burada, bizdən oğurlanan pulları yox, orada qazandıqlarını Azərbaycana yatıra bilərlər – sözsüz ki, müvafiq şərait yaradılsa. Ancaq maləsəf….

Müsahibəsinin sonunda iş adamından gələcək planları barədə soruşurlar. Deyir: “Hazırda öz yaxtamda çoxlu səyahət edirəm. Qolfla məşğulam. Bu günlərdə “Mar-a-Laqo” klubunda bu klubun əsasını qoyan Donald Trampla gücümü sınayacam. Daha sonra Sakit Okean istiqamətində hərəkət edəcəm”.

Göründüyü kimi, yaxın planlarda Azərbaycanla bağlı heç nə yoxdur…

CƏLAL
AzPolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Fərhad Əliyevin harda olması bilinmir”

    “Fərhad Əliyevin harda olması bilinmir” ...

    9-12-2013, 16:22

  • 
  • Fərhad Əliyev siyasi sığınacaq ala bilərmi? - Qardaşı danışdı

    Fərhad Əliyev siyasi sığınacaq ala bilərmi? - ...

    12-02-2014, 13:11

  • 
  • Fərhad Əliyev üçün ölüm təhlükəsi

    Fərhad Əliyev üçün ölüm təhlükəsi ...

    27-12-2012, 08:34

  • 
  • Fərhad Əliyev qızıl biznesinə başladı

    Fərhad Əliyev qızıl biznesinə başladı ...

    16-10-2014, 12:20

  • 
  • Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu hardan gəlir?

    Tağı Əhmədovun batan 11 milyonu - dəyirmanın suyu ...

    27-04-2016, 17:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu