“Fərhad Əliyev həbsdən çıxandan sonra bir neçə dəfə zəngləşib görüşmüşük”.
Bunu AzVision.az-a açıqlamasında vəkil Elton Quliyev bildirib. Həbsdə olduğu vaxt sabiq naziirn hüquqlarını müdafiə edən vəkilin sözlərinə görə, Fərhad Əliyevin hazırda harada olması dəqiq bilinmir.
“Onun yaxın adamları ilə dəfələrlə görüşmüşəm. Ancaq heç birinin mobil telefonunu götürməmişəm. Bir neçə dəfə Fərhad Əliyev mənə zəng edib, görüşmüşük. Ancaq onun nömrələrini saxlamamışam. Hazırda harada olması və nə işlə məşğul olması barədə də heç bir məlumatım yoxdur” deyə E.Quliyev bildirib.
Qeyd edək ki, prezidentin sərəncamı ilə yenicə əfv olunanan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Almaniyaya getməsi ilə bağlı mətbuatda məlumat yayılmışdı. Onun Almaniyaya nə üçün getdiyi və nə zaman vətənə dönəcəyi haqqında heç bir məlumat yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?