İnteraz tv və Salamnews informasiya agentliyinin şimal burosunun əməkdaşlarına hücum edib.
Bu barədə “Gündəm xəbər” İnformasiya Portalına jurnalistlərin özü məlumat verib. Bakı-Quba-Rusiya sərhədi yolunun Qusar rayon ərazisində İnteraz tv və Salamnews informasiya agentliyinin şimal bölgə müxbiri Rauf Əhmədov və operatoru Baba Xələfov Nəqliyyat Nazirliyi əməkdaşlarının Ford Tranzit markalı avtomobili qovduqlarının şahidi olub. Bu zaman qəza şəraitinin yarandığını görən tv əməkdaşları həmin faktı lentə alıb. Avtomobili saxlaya bilməyən demortament işçiləri bu dəfə jurnalistlərin maşınını saxlayıb. Rauf Əhmədov nə üçün onları saxladıqlarını soruşduqda departament işçlərinin hücumuna məruz qalıb. Peşə fəaliyyətini yerinə yetirən jurnalisti hədələyən departamentin işçisi ona yumruq zərbələri endirməkdən belə çəkinməyib.
Departament işçilərinin vəhşi əməlləri ilə bağlı NN-nin Dövlət Avtomobil Xidmətinin Qusar postuna yollanan çəkiliş qrupu inspektorun qanunsuz fəaliyyəti barədə məlumat verib. Özünü rəisi adlandıran lakin özünü təqdim etməyən “rəis” belə halın yolverilməz olduğunu həmçinin departament əməkdaşlarının minik avtomobillərini saxlamaq səlahiyyətinin olmadığını deyib.
Görünür rəisin işçilərindən xəbəri yoxdu. Mütəxxəsislər isə hesab edir ki, ilk növbədə departament əməkdaşlarının hansısa avtomobili qovmaq ixtiyarı yoxdu. Çünki belə vəziyyətdə istənilən an yol qəzası baş verə bilər. O ki, qaldı jurnalistlərə hücuma bu bir başa cinayət əməlidir. Onu da qeyd edək ki, jurnalist Rauf Əhmədov tərəfindən faktla bağlı Qusar RPŞ-nə rəsmi müraciət olunub. Hazırda fakt Qusar polisi tərəfindən araşdırılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?