GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Lənkəran sakini “od püskürür” -2

Lənkəran sakini “od püskürür” -2

Tarix: 2-03-2017, 20:51 Bölmə :Ölkə Baxış: 388
Lənkəran sakini “od püskürür” -2

Nazim Məmmədov: “Amma çox keçmədi ki, keçirilən məhkəmə proseslərində iki xüsusi ittiham tələbinə xitam verildi və buna da səbəb, qarşı tərəfin proseslərə gəlməməsi oldu”
Bu da bir həqiqətdir ki, bu günə kimi çoxsaylı sakinlərimizin üz-üzə qaldıqları problemlərdən biri də, ayrı-ayrı məhkəmə instansiyalarında çıxarılan ədalətsiz qərarların varlığı olub. Bu kimi səbəblər üzündən də, onlar aylar, hətta illər uzunu belə getgələ salınıblar, aidiyyəti instansiyalara müraciətlərini ünvanlayıblar. Xoşagəlməz hal o olub ki, ədalətsiz qərarlar çıxartmağa adət edən və haqqı unudan hakimlərimiz çox vaxt əksəriyyət tərəfindən qınanılsa da, yenə də ədalət prinsipi unutmaqda davam ediblər. Uzun müddətdən bəri müxtəlif məhkəmə instansiyalarının qapılarını döyən, hələ də öz haqqının-hüququnun bərpasına tam nail ola bilməyənlərdən biri də, Lənkəran şəhəri Şəhidlər Xiyabanı ev-157, mən-8 ünvanında yaşayan Məmmədov Nazim Qulam oğludur ki, bu şəxs “Gündəm Xəbər”ə ünvanladığı müraciətində qeyd edir ki, “məni bu gün olmazın müsibətlərlə üz-üzə qalmışam, bunun da müxtəlif səbəbləri var. Hələ bunlar qalsın bir yana, o məqama da toxunmaq istəyirəm ki, 2016-cı ildə möhtərəm prezidentimiz cənab İlham Əliyev televiziya çıxışında bildirdi ki, “dövlət əmlakını dağıdanlara, daşıdıqları vəzifələrindən şəxsi məqsədlərinin həlli üçün istifadə edənlərə, korrupsiya əməllərinə və digər qanunsuzluqlara qol qoyanlara qarşı aparılan mübarizə tədbirlərində, məhz ictimaiyyət nümayəndələri də iştirak etməlidir”. Mən də Vətənini, xalqını, torpağını sevən bir vətəndaş olaraq ölkə rəhbərimizin etdiyi çağırışa heç cür biganə qala bilmədim və uzun müddətdən bəri dövlət əmlakını tarmar edən və “Lənkəransutikinti” MMC-nə rəhbərlik edən Ələkbərov Həsənağa Məhərrəm oğlunun atdığı addımlar, qol qoyduğu çoxsaylı qanunsuzluqlar və s. haqda məlumatları, aidiyyəti qurumların diqqətinə çatdırmağı özümə borc bildim. Eyni zamanda bu şəxslə bağlı əlimdə olan faktları Baş Prokurorluğa və Lənkəran şəhər Prokurorluğuna da göndərdim. Məqsədim uzun illərdən bəri dövlət əmlakını tarmar edən Həsənağa Ələkbərovun əməllərinə, yalnız hüquqi qiymətin verilməsinə nail olmaq idi. Hətta bu şəxsin 2010-cu ildən bu günə kimi gördüyü işlərin müstəqil auditlər və dövlət ekspertləri tərəfindən yoxlanması üçün, lazımi sənədləri onlara da göndərdim. Maraqlı hal o oldu ki, aidiyyəti üzrə ünvanladığım müraciətlərim araşdırılmamış, Həsənağa Ələkbərov mənimlə bağlı Lənkəran şəhər Məhkəməsinə müraciət etdi və məndən 20 min manat təzminat da tələb etdi. Belə bir iddia tələbindən bir-iki gün keçməmiş o, təzminat tələbinin məbləğini 50 min manata da qaldırdı.
Daha bir xoşagəlməz hal da o oldu ki, ünvanladığım şikayətlərlə bağlı Lənkəran şəhər Prokurorluğunda da lazımi araşdırma işləri aparılmadı və adı çəkilən qurumda Həsənağa Ələkbərovla bağlı şikayətin əsassız olması haqda qərar da qəbul edildi. Az sonra mənə məlum oldu ki, bu şəxsin şikayət əsasında barəmdə CM-nin 147.2-ci maddəsi ilə cinayət işi açılmış və Lənkəran şəhər Məhkəməsində prosesin davam etdirilməsinə də başlanılıb. Amma çox keçmədi ki, keçirilən məhkəmə proseslərində iki xüsusi ittiham tələbinə xitam verildi və buna da səbəb, qarşı tərəfin proseslərə gəlməməsi oldu.
Üçüncü xüsusi ittiham tələbi ilə bağlı prosesin 28 fevral 2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulsa da, proses müəyyən səbəblər üzündən təxirə salındı və 07 mart 2017-ci il tarixə təyin olundu. Maraqlıdır ki, 50 min manat təzminat tələbi Həsənağa Ələkbərov tərəfindən geri götürülsə də, hakim keçirilən proseslərin birində işin baxılmamış saxlanması haqda qərardad çıxartdı. Belə olan halda hakimin belə bir qərarına etiraz etdim və təzminat məsələsinin ləğvi ilə məhkəmə qətnaməsinin çıxarılmasını da xahiş etdim. Hakim qanunun tələbinə müvafiq olaraq çıxarmış olduğu qərarı təkrar ləğv edə bilmək hüququna malik olmadığından və mənim etirazımı da əsas tutduğundan toplanmış iş materiallarını Şirvan Apellyasiya Məhkəməsinə göndərdi. 23 fevral 2017-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı hakim, 50 min manat təzminatın qüvvədə saxlanılması barədə məhkəmə hökmünü qüvvədə saxlayır. Düzdür, keçirilən məhkəmə prosesi ilə bağlı qətnaməni əldə edə bilmədiyimdən, hələlik Ali Məhkəməyə müraciət edə bilmirəm. Amma, çalışacağam ki, problemi Ali Məhkəmədə həll edim. Onu da açıqlayım ki, haqsız və əsasız iddia tələbi, məhz belə bir yolla da qanuniləşdirdildi.
Başqa bir fakta da toxunum ki, Həsənağa Ələkbərov əvvəllər mənə bildirirdi ki, “Lənkəran şəhər Məhkəməsinin sədri Elçin Kazımov həmişə məndən sui-istifadə edib”. Məndə olan başqa bir məlumata görə, vaxtilə Elçin Kazımovla Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev bir yerdə işlədiklərindən, bu gün onlar ailəvi dostdurlar. Bu belə olduğu üçün, mənim Ali Məhkəmədə uduzacağım heç kəsdə şübhə doğurmasın. Yəni bu gün mən görürəm ki, qarşımda yenə də “yaşıl işıq” yanmır. Amma, buna baxmayaraq mübarizə yoolumdan bir addım da çəkilməyəcəyəm.
Hörmətli redaksiya! Bu gün mən möhtərəm Prezidentimizə bir çox media qurumları vasitəsilə açıq müraciətlərimi çatdırmaq qərarına gəlmişəm. Çünki, öz adımdan ünvanladığım müraciətlərimə, şikayətlərimə qanun çərçivəsində baxılmır, çox zaman da heç bir cavab verilmir. Bu belə olduğu üçün bir çox xarici dövlət başçılarına, o cümlədən RF-nın prezidenti Putinə, Belarus prezidenti Lukaşenkoya, İran və Türkiyə dövlətinin Azərbaycandakı səfirliklərinə, Avropa Şurasının Bakı nümayəndəliyinə və s-yə yazılı müraciətlərimi ünvanlasam da, çox təəssüflər olsun ki, bu günə kimi heç bir cavab əldə edə bilməmişəm. Güman edirəm ki, yazdığım müraciət və ərizələrimin qarşısını kimlərsə alırlar.
Bir məqama da toxunum ki, xeyli vaxt bundan əvvəl Həsənağa Ələkbərov ondan şikayətçi olan Həsənağa Məmmədsaleh oğlunu, məhz 2012-ci ildən 2014-cü ilə kimi məhkəmələr qarşısında qoydu və son anda onu ürək ağrısına düçar etdi. Bu şəxs həmişə mənə “pulumu verib tenderləri uduram, indi də rüşvət verib işimi görürəm, kim məndən şikayət etsə həmin şəxsi də məhkəmələr qarşısında gəzdirəcəyəm” deyirdi. Doğrudan da, bu gün onun dedikləri öz təsdiqini tapmaqdadır.
Onu da açıqlayım ki, hörmətli Prezidentimizin tapşırıqlarına heç bir halda məhəl qoymayan Həsənağa Ələkbərov, 2010-cu uldə aparılan audit yoxlamalardan sonra daşıdığı vəzifəsinə “əlvida” dedi. Bu şəxsin daşıdığı vəzifəsindən uzaqlaşdırılmasına, məhz onun yüzmin manat məbləğində dövlət vəsaitini dolayısı yollarla mənimsəməsi olmuşdur. Amma əksəriyyətə bəlli olmayan səbəblərdən, onu 12 uyun 2010-cu il tarixdə təkrar daşıdığı vəzifəsinə bərpa etdilər. Deməli, bu şəxsin himayədarları olduqca təsir imkanlarına malik şəxslərdirlər ki, hətta onlar ölkə rəhbərinin vermiş olduğu tapşırıqlara belə məhəl qoymurlar.
Bəli, hər kəsə bəllidir ki, ölkə rəhbərinin ictimaiyyətə müraciət etməkdə başlıca məqsədi, məhz dövlət əmlakını dağıdanlarla bağlı kimlərin ona şikayətlər ünvanlayacağını dəqiqləşdirməkdir. Bu gün müraciətlərim möhtərəm Prezidentimizə çatmadığından hələ ki, məhkəmələr qarşısında qalmışam və məhkəmələrdə qalib gələnlər də Həsənağa Ələkbərov və onun himayədarlarıdırlar. Bu azmış kimi, mənim ayrı-ayrı xəbər portallarındakı müraciətlərimə cavab verən və özünü lənkəranlı hesab edən Mehman adlı şəxs isə, “Lənkəransutikinti” MMC-i sədrinin tapşırığı ilə məni satqın adlandırmaqdan da çəkinməmişdir. Belə olan halda yaşanan olaylarla bağlı ətraflı məlumatı olmayan Mehman adlı şəxsə məsləhət görərdim ki, mənimlə görüşməyə çalışsın ki, ona əsl həqiqətləri başa sala bilim. Əgər bu şəxs Həsənağa Ələkbərovun “qul”u deyilsə, o halda əminəm ki, həqiqəti bildikdən sonra öz sözünü deyəcək və kimlərinsə fitvası ilə oturub durmayacaq.
Mən bu gün bir vətəndaş olaraq həm ölkə rəhbərimizin çağırışına dəstək vermək istəyirəm, həm də dövlətimizin maraqlarını qorumaq üçün belə bir addımlarımı atıram. Əsas istəyim də ondan ibarətdir ki, ictimaiyyətin hər bir fəal üzvü aktivlik nümayiş etdirsin və onlar da ölkə rəhbərimiz cənab İlham Əliyevin çağırışına səs verərək, dövlət vəsaitimizi mənimsəyənlərə qarşı mübarizə aparsınlar. İnanıram ki, Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident təyin olunması, bir çox vəzifə sahiblərinin lazımi cəzaya məhkum edilmələrinə də səbəb olacaq”.
Hörmətli oxucular! İşıq üzü görən bu açıqlama Lənkəran şəhər sakini Məmmədov Nazim Qulam oğluna məxsus olduğundan, bir redaksiya olaraq açıqlamada səslənənlərlə bağlı nəsə deyə bilmərik. Amma çalışacağıq ki, yaşanan olaylarla bağlı daha ətraflı məlumatlar əldə edib, hər kəsi bu yöndə daha müfəssəl məlummatlarla məlumatlandıraq.
Araşdırmalarımız davam edəcək. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dərc edə bilərik.

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İmişli rayon sakini kimləri ittiham edir?

    İmişli rayon sakini kimləri ittiham edir? ...

    28-02-2017, 01:22

  • 
  • Şirin Cəfərinin məhkəmə prosesi davam edir

    Şirin Cəfərinin məhkəmə prosesi davam edir ...

    15-01-2016, 12:29

  • 
  • Qazaxda saxta Dövlət Aktının qurbanı kimdir?

    Qazaxda saxta Dövlət Aktının qurbanı kimdir? ...

    22-05-2015, 13:57

  • 
  • BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR

    BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR ...

    10-01-2013, 12:17

  • 
  • Mübariz Mənsimovun xəyanəti məhkəmə qalmaqalına səbəb oldu – Foto

    Mübariz Mənsimovun xəyanəti məhkəmə qalmaqalına ...

    15-12-2013, 22:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu