GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Unutmuram ki, unudulmayaq

Unutmuram ki, unudulmayaq

Tarix: 6-03-2017, 01:33 Bölmə :Ölkə Baxış: 394
Unutmuram ki, unudulmayaq

Məhbub Zülfüqarlı: “Yəqin ki, İmişlidəki məmur özbaşınalığına son qoyulacaq”
04 mart 2017-ci il tarixdə İmişli şəhər Kommunal Təsərrüfat İdarəsinin mühasibi Mehman bəy bildirdi ki, “Məhbub bəy, dostun Qaraş dünyasını dəyişdi və təcili yardımla cənazəsini evinə apardılar”. Tez onun kirayə qaldığı Heydər Əliyev parkının tinində yerləşən ikimərtəbəli binaların yerləşdiyi aralığa getdim. Cavan bir oğlan dedi ki, “Qaraşı doğma kəndinə- Cəfərliyə dəfn etməyə apardılar”. O, səhər saat 10 radələrində həyat yoldaşına “don vurmuş ayağımı ovxala, ağrıdan ölürəm” deyir. Yoldaşı onun ayaqlarını ovxalayanda Qaraş bəyin vəziyyəti pisləşir və, özündən gedir. Ambulansla xəstəxanaya aparılsa da, deyirlər artıq dünyasını dəyişib.
Qaraş bəy haqqında bir-neçə dəfə sayt və xəbər portallarında, xüsusiilə də “Gündəm-Xəbər” qəzetində məqalə dərc etmişdik. Yazıb bildirmişdik ki, “Əfqanıstan veteranı, Heydər Əliyev adına parkın qarovulçusu və təmizlik işlərinə baxan Qaraş bəyi, 4-7 dekabr 2016–cı il tarixdə “tikinti kralı” Əvəz Şükürovun Cavadxanlı kəndində yerləşən sahəsində tut əkdirməyə aparıblar. Qaraş bəy Prezidentə, ƏƏSMN-nə, Baş Nazirə yazdığı ərizənin birini də bizə vermişdi. Məktubda qeyd olunmuşdu ki, ərazidə çoxlu sayda məmur, bələdiyyə sədrləri də tut əkirlər. Şaxta, sazaq o qədər güclü idi ki, ayağımı, əllərimi şaxta vurdu, ayaqqabım cırıldı, möhkəm soyuqladım. Əraziyə masa qoyub oturmuş Əvəz Şükürov qıçını qıçının üstünə qoyub oturmuşdu. Günorta ağac əkənlərə para çörəyin arasında iki tikə ət verdilər, heç kimə də haqq vermədilər. Hansı zamandır ki, insanlar qul kimi işlədilir. Donmuş ayağımın, soyuq almış orqanlarımın, cırılmış ayaqqabımın haqqının təzminatını istəyirəm. Təzminat əvəzinə Qaraşın qabağına ağ kağız qoyulur ki, “yaz ki, əsəbləşib şikayət etmişəm”. Qaraş da belə cavab verir: “Əsəbi olsam idim, məni heç bir halda Əfqanıstana aparmazdılar. Orada amerikalılara əsir düşüb indi şah kimi yaşayardım. Əsəbi olsam idim, bu təklifinizə görə gözlərinin altını qaraldardım”
Qaraş bəylə icra başçı Vilyam Hacıyev tez-tez parkda görüşərmişlər. Deyirdi ki, hər görüşəndə mənim gözümdən oxuyub mənə pul verirdi. Qaraş bəy uzunboylu, sanki əfqanlara oxşayan bir qara kişi idi. Başçı isə ona: “ay Qara, vəziyyətin necədir? Səni baş həkimə tapşırmışam, get müalicə olun”. Əvəz Şükürov İmişliyə gələndə sənə xəstəliyin bütün xərcini alıb verəcəyəm – deyir. Qaraş bəy deyirdi: “bəy, qızımı, oğlumu nişanlayıb xəstəxanaya girəcəym, baş həkim kəndçimizdir. O, deyir ki, xəstəxanada sənə bir qulluq edəcəyik ki, Əfqanıstanda çəkdiyin əzabları belə unudacaqsan. Dostum çox zarafatçıl idi. Darıxanda hamı görürdü ki, parka gedib Qaraş bəylə deyib-gülürük. O, ayağında qışın oğlan çağı yay səndəli ilə gəzirdi. “ay Qaraş, vallah igid adamsan, ayə canına yazığın gəlsin” – deyirdim. Əlində bir kilo kartof torbası var idi. Bəy ayaqqabı geyərəmsə o halda ölərəm, ayağım deyəsən çürüyür. Sahibkar Saleh Səmədovun üstünə getdim ki, bəlkə mənə beş-on manat verə bildi. O, dedi ki, bayramda gələrsən. Allah Vilyamın canını sağ etsin.
Elə əlindəki bir kilo kartofla parkın ətrafında yerləşən Saleh Səmədovun idarəsinə gedib boş qayıtmışdı. Siqareti qurtarmışdı deyə siqaret verdim. Qətiyyən istəməzdi. Budur artıq fani dünyaya “əlvida” deyib. Əfqanıstandan sağ qayıt, güc-bəla ilə dolan, günlərin birində bir milyarderin əkin sahəsində qışın oğlan çağında get səni şaxta vursun. Hörmətli Əvəz Şükürov! Qaraş bəyin ehtiyyacını qarşılamayıb, o, savabdan məhrum olub. S.Cəlaloğlunun sözləri ilə desək: “istənilən yaxşı, istənilən pisə xidmət edə bilər, amma heç bir pis hərhansı yaxşıya xidmət edə bilməz”. Xeyir və şərin qanunu belədir. Qaraş bəy Əvəz Şükürova xidmət etdi, dövlətin rəhbərlərinə şikayət etsə də, azacıq xidmət görmədi. Bunlar kömək edəndə də əzir, alçaltma, təhqiretmə ilə etdiyi yardımlar insanı yandırıb yaxır.
Mafioz Tano, komissar Kattaniyə öz əzəmətli evində deyir: “uşaqlığım yoxsulluqda keçdiyindən, yaşıdlarımın oyuncaqlarına, araba və velosipedlərinə həsrətlə baxırdım. Anamdan başqa kimsəm olmadığından, bəzən məni yaşıdlarım əzişdirirdi. İndi hər şəraitim, sərvətim var. Amma, uşaqlıq xatirələrimi unutmuram”-demişdi.
02 mart 2017-ci il tarixdə SOKAR-ın prezidenti Rövnəq Abdullayev İmişliyə Çahar kəndinə çəkilmiş qazın açılışına gəlmişdi. O, göstəriş verir ki, 80 manatdan artıq qaz borcu olanların mavi qazları kəsilsin. Başçı V. Hacıyev isə, vətəndaşları dövlətdən narazı salmamaq üçün, hələlik belə addımın atılmasını istəməyib. Qaz İstismar idarəsinin bir işçisi bildirdi ki, “Rövşən Məmmədov adlı şəhər sakininin qaz xəttini 200 AZN borca görə kəsmişik. Bəndəniz Rövşən Məmmədovu şəxsən tanıyıram və onun iki körpə övladı var. Demək olar ki, tövlə kimi, yeri betondan olan bir evdə yaşayır. Qaz idarəsinin rəisi İ. Məmiyevin qəbuluna gedir. İdarə rəisi ona deyir ki, “heç olmasa 50 AZN pul ödə qaz xəttini açaq”. Rövşən sosial yardıma ümidli olan şəxsdir. Amma, ƏƏSMN-nin İmişli şöbəsi onu get-gələ salıb. Hamı bilir ki, bu idarə rüşvətsiz heç kəsə bir qəpik də olsa belə yardım etməz. İdarənin rəisi İntiqam Əliyev imişliləri, əlilləri, yaşlı pensiyaçıları, sosial yardım alanları boğaza yığıb. ƏƏSMN-i Səlim Müslümov İntiqam Əliyevi ciddi müdafiə edir. Bu şəxs haqqında mətbuat nə qədər yazsa da, İ. Əliyevin yeri ikiqat bərkiyir. İmişlilər qaz istismar idarəsinin rəisi İsrafil Məmiyevdən ciddi narazıdırlar. Sual verəndə ki, hər üçüncü, beşinci günlər saat 08-dən 20-dək qazın verilişini niyə dayandırırsınız? Cavab verir ki, “nazirlik belə istəyir”. İmişliyə gələn R. Abdullayevə sual verdik ki, “İmişlidə qaz mütəxəssisi yoxmudur ki, Naxçıvanlı İ. Məmiyevi rəis təyin etdirmisiniz?” Bu adam çox şikayətçilərə qarşı karate nümayiş etdirib.
28.02.2017-ci ildə İmişli şəhər icra nümayəndəsi Məmi Atakişiyev yaşıllaşma idarəsinin fəhləsi, ikinci qrup əlil Azad Qarayevi şillə-təpiyə, söyüşə qonaq edib. Əlil isə, Prezident Aparıtının qarşısına şikayətə getdiyini bildirir. Orada onu qəbul edərək şikayətini dinləyirlər. Ötən il mənim xəstəliyimi icra başçısı V. Hacıyev müalicə etdirmişdi. Bu il isə Məmi Atakişiyev elə bilir ki, şillə-təpik də müalicədir. Mən əliləm, arxam yoxdur. Yaşlı anam var ki, o da xəstədir.
Xalqı bu vəziyyətdən Tanrının və təbiətin seçilmiş, şansı verilmiş, millətin, xalqın taleyini dəyişmək ixtiyarı verilmiş 1-ci vitse-prezident Mehriban xanım Əliyeva, inanırıq ki dəyişə biləcək.
Sərdar Cəlaloğlu haqqlı olaraq Mehriban xanımın təyinatını, “LALƏ dövrü-erası” adlandırıb. İzah edib ki, sonuncu şansı müxalifət də ehtiyyatla qəbul etməlidir ki, İsmayıllıda, Qubada və s. yerlərdə mafioz bandaların törətdiyi iğtişaşların müxalifət də xalqın qarşısında gedərək qarşısını almalıdır. Tamamilə filosof, siyasi xadim olaraq S. Cəlaloğlu Kamal Atatürkə dəstək verərək Kazım Qarabəkir paşa kimi hərəkət edir. Kamal Atatürkü həbs etməyə göndərilən Kazım Qarabəkir çadıra girir və “əmrinizdəyəm Paşam! Mən əsgərlərim, zabitlərim, hamımız əmrinizdəyik.” Allahın seçdiyi Mustafa Kamal Atatürk Kazım Qarabəkir türk dünyasının qədərini dəyişirdilər. Bu xalqı vətəndaş müharibəsindən xilas etmiş mərhum prezidentimiz Heydər Əliyev qədərini dəyişdirdi. Hazırda isə, Mehriban xanım xalqın bütün taleyini dünyəvi dəyərlərə daşımaq üçün, Tanrının seçilmiş, göndərdiyi seyid övladıdır. İmamlar adətən, müxalif mövqedə təqib olunub. Əgər dünyəvilikdən azad insan, azad millət, azad dünyadan danışırıqsa, Qaraşların yaşamasını istəyiriksə, Sərdar bəyi dinləməliyik.
Məhbub Zülfüqarlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İmişlidə bəy toyu axşamı həbs edildi

    İmişlidə bəy toyu axşamı həbs edildi ...

    28-06-2013, 01:33

  • 
  • Polad Qasımov dünyasını dəyişdi

    Polad Qasımov dünyasını dəyişdi ...

    20-02-2017, 00:29

  • 
  • Bakıda bəy öz toyunda yoxa çıxdı

    Bakıda bəy öz toyunda yoxa çıxdı ...

    8-10-2013, 11:37

  • 
  • Xalqı səfalətə sürükləyən monopolistlər

    Xalqı səfalətə sürükləyən monopolistlər ...

    13-02-2017, 13:34

  • 
  • İmişli mafiyası jurnalisti təqib edir

    İmişli mafiyası jurnalisti təqib edir ...

    24-01-2017, 12:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu