GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İmişli mafiyası jurnalisti təqib edir

İmişli mafiyası jurnalisti təqib edir

Tarix: 24-01-2017, 12:33 Bölmə :Ölkə Baxış: 730
İmişli mafiyası jurnalisti təqib edir

Məhbub Zülfüqarli səfirlərdən sığınacaq istəməyə məcbur oldu

İmişlidə fəaliyyət göstərən hüquq müdafiəçisi və journalist Məhbub Zülfüqarlı illərdir ki, yerli məmurların təqib və təzyiqlərinə məruz qalır. Bu yazıda da həmin məmurlardan, onların Məhbub bəyə təzyiqlərindən bəhs edəcəyik.

İmişlinın varlı məmurları

Qeyd edək ki, deputat Əsabil Qasımovdan sonra əslən İmişlidən olan tikinti kralı Ə.Şükürov rayonun varlı adamları sırasında üçüncü yerdə gəlir. İkinci yeri Bakıda və İmişlidə bazar və çoxsaylı obyektləri olan Əziz Quliyevdir tutur ki, o, 25.09.2008-ci ildə məhkəmədə Məhbub bəy barəsində 1 il hökm, 3 000 manat cərimə kəsdirmiş, onu polis və məhkəmələr girdabına salmışdı. Əziz Quliyev CPM-in 147.3-148-ci maddələri ilə iddia qaldıraraq, 50 000 manat təzminat istəmişdi. Amma Məhbub bəy onu təhqir etməmiş, böhtan atmamışdı. Əziz Quliyev iddiasında göstərmişdi ki, psixoloji sarsıntı keçirib, xəstəxanaya düşüb və s. Onun Məhbub bəyi 3 ildən 8 ilə qədər həbs etmək planından birinci xanım Mehriban Əliyeva, ABŞ-ın o vaxtkı səfiri En Dersiyə şikayət edilmişdi. O zaman Azərbaycan Demokrat Partiyası, mətbuat, xüsusilə “Hürriyyət” qəzetinin o vaxtkı redaktoru Süleyman Məmmədli jurnalistin müdafiəsinə qalxmışdı. Nəticədə məhkəmə Məhbub bəy barəsində 1 il icbari hökm, 3 000 manat cərimə cəzası çıxarmaqla kifayətləndi.


Məhkəmə sədrinin acı etirafı


İmişlidən gedən ərəfədə məhkəmə sədri Süleyman Ağayev bu məsələ ilə bağlı maraqlı bir etiraf etmişdi. O, demişdi ki, “Məhbub bəyə sual verdim ki, niyə özünü cəncələ salır, bu ölkədən getmirsən, onun cavabı məni ağlatdı”.


Məhbub bəy o zaman ona belə cavab vermişdi: “Bu ölkədə 80 yaşlı anam var, onu qoyub gedə bilmərəm”.

Məhkəmə sədri bildirmişdi ki, mətbuat onu biabır edib və övladları məhkəmə sədrini qınayıb ki, ata, axı niyə bizi biabır edib, qarğış yiyəsi olmusan. Süleyman Ağayev övladlarına bildirib ki, sifariş çox yuxarıdan idi, Məhbub bəyə bu hökmü oxumalı idi.


Əvəz Şükürovun “işverənləri”


Məhbub bəy İmişlinin varidatına görə üçüncü kapitalisti sayılan Əvəz Şükürovun da təzyiqlərinə məruz qalıb. Əvəz Şükürov Ə. Quliyevdən də irəli gedərək, Məhbub bəyin üzərinə “işverənləri”, Reina qatili, özbək əsilli Abdulkadir Maşaripova bənzəyən Ceyhun adlı işçisini göndərib. Ancaq onlar da Məhbub bəyi susdura bilməyib.

Avtoyol rəisi Şükür Aslanov 30 avqust 2016-cı ildə İmişli Rayon Polos Şöbəsinin rəis əvəzi Habil Ağayevə şikayət verib. Polis şöbəsində Məhbub bəy 3 saat müddətində məşhər ayağına çəkilib. Bütün bunlara dözməyən Məhbub bəy onlara “sizin sifətinizi görməkdənsə, həbsxanada oturmaq şərəfdir” deyib.

Rəis əvəzi Habil Ağayev 12 nəfər avtomobil müfəttişi və serjantları Məhbub bəyin üzünə durdurmaq istəsə də, alınmamışdı. Bəs, buna səbəb nə idi? Məhbub bəy həmin gün Ahıl Ziyalılara Qayğı İB-in sədri Nəsrulla Nurullayev, vəkil Azər Rəsulovla Gənclər Mərkəzində tədbir keçirməli idi. Tədbirə Prezident Administrasiyasından icazə verilmişdi. Rayonun polis rəsmiləri isə elə başa düşüblər ki, gələn qonaqlar eks-spiker Rəsul Quliyevin adamlarıdır. Ancaq sonradan bu səhvlərini başa düşüb Məhbub bəyi azad etdilər.



“O, istənilən adamı tutdura və ya əfv edə bilər”


Ancaq bu hadisədən 1 ay əvvəl - 9 yanvar 2016-cı ildə Məhbub bəy İmişli RPŞ rəisi A.Cəfərova Əvəz Şükürovdan şikayət etmişdi. Rəis isə dostu Əvəz Şükürovun xətrinə dəyməmişdi. Bəs, Məhbub bəyin Əvəz Şükürovun qəzəbinə gəlməsinin səbəi nədir? Məhbub bəy “Gündəm-Xəbər” və “Turan-İnfo” portallına yazdığı yazıda bildirmişdi ki, Yalavac kənd sakinləri bələdiyyə sədri Qəhrəman Qəhrəmanovun hərracsız və saxta sənədlə kəndin mal bazarı ərazisini və örüş yerini Əvəz Şükürova satmasından narazıdır. Bu alqı-satqı zamanı bələdiyyə büdcəsinə bir qəpik də köçürülməmişdi. Həmin gün 200 nəfər kənd sakini, ağsaqqallar etiraz edərək, mitinq keçirdilər. Mitinqin bir-neçə iştirakçısı polisə aparılaraq, izahatları alınıb, sərbəst buraxıldılar. Əvəz Şükürov və yaxınları isə rayonu talan etməkdə davam edirlər. Hal-hazırda Pambıq MTK-nın rəis müavini Əvəz Şükürovun qardaşı Məcnun Şükürovdur. Qardaşı oğlu İlkin isə Avtoyol rəisinin müavinidir. Cavadxanlı kənd sakini Əfqan Həsənovun dişlərini qırdıran, şikayət etdikdə, onu həbs etdirən insanlardan nə gözləmək olar? Həbsdən çıxandan sonra Əfqan bəy dünyasını dəyişdi. Əvəz Şükürovun yaxınlarından biri deyir ki, “o, istənilən adamı tutdura və ya əfv edə bilər.”


Jurnalist mühacirəti seçir

Onu da qeyd edim ki, Əvəz Şükürovun oğlu Bayram Şükürov keşmiş MTN generalı Mövlan Şıxəliyevin köməkçisi olub. İmişlidə baş verənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidməti rəhbərliyinə şikayətin tam surəti məndədir. Məhbub bəy mafiyanın qələmini sındıra bilmədiyinə görə sığınacaq istəməkdə gecikib. 30 ildir təqiblərə məruz qalan, dissident həyatı yaşayan Məhbub bəy ömrünün şirin çağlarını imkansızlara, ahıllara, şəxsən fransız əsilli Botto Jan İvonnaya, dövlətə sərf edib və halallıq verib. Rayonda çoxları onu Əbülfəz Elçibəylə müqayisə edir, azadlıq yolçusu, azad insan kimi qiymətləndirir.

Məhbub bəy azad insan kimi, təqib, həbs, həqarətlərdən yorulub. Atası Əvəz Zülfüqarov 52 yaşında dünyasını dəyişərkən Məhbub bəyə bunları vəsiyyət edib: “On bacı-qardaşın taleyini sənə tapşırıram.” Gecələr oxuyub, gündüzlər bacı-qardaşlarına kömək edib. Hazırda isə xalqı, dövləti sarsıdan mafiyaya qarşı mübarizə aparır. Ancaq onun gücü yetərli deyil. İki yol ayrıcındadır: Ya vətəndə qalıb təqibolunmaq, həbsə alınmaq, ya da mühacirlik.


Əsabil Qasımovun xalası oğlu həbsdən necə çıxdı?

O, illərdir rayonda baş verən qanunsuzluqlara dözmür, göz yummur, vaxtaşırı bu barədə mətbuatda məqalələr yazır. Onun yazdığı faktlardan birinə diqqət yetirək. İmişlinin deputatı Əsabil Qasımovun xalası oğlu Nazim Xəlilov 2012-ci ilin iyulunda ƏƏSMM rəisi kimi həbs olundu, ona 6 il hökm oxundu. Lakin o, iki ildən sonra kiminsə əli ilə (Əsabil deyilsə, bəs kim?) azadlığa çıxdı, yığdıqlarını xımır-xımır xərcləyir, şahanə ömür sürməkdədir. Hazırda isə Gəncədə Əsabil Qasımovun un dəyirmanına rəhbərlik etməkdədir. Səlim Müslümov isə birləşmiş mətbuatın hədəfində olan İntiqam Əliyevi mətbuatın acığına mükafatlandırır. İntiqam Əliyev Nazim Xəlilovun ata-anasına rəhmət oxudur. İmişlidə işıq smart-kartladır. 10 manat pul ödəyənlərdən əvvəlcədən iki manat tutulur ki, Azərişıq belə istəyir. İmişlidə Cəbrayıl köçkünlərini təxribata çəkən İmişli Regional işıq idarəsinin rəisi Mətləb Həsənovu və müavini yuxarıların göstərişi ilə “dənləmişdilər”. Mətləb Həsənovu təzə gələn rəisə müavin, Mətləbin müavini olmuş Yusifi isə (hansı əsasla?) Cəbrayıl köçkünlərinə işıq rəisi təyin edib. Deməli, İmişli və Cəbrayıllı kadrlar işə yaramırlar. Kimin “arxası” varsa, pulu çoxdursa haqqlıdır. İmişlidəki məmurların bir çoxu sərvətlərinə və vəzifələrinə görə cəmiyyətin sayılan şefləri olsalar da, sovet vaxtı onlara 5 qoyunu belə otarmağa verməzdilər.


Reket qəzetlər harın məmurları müdafiə edir
Ancaq bəzi reket qəzetlər bu harın məmurları müdafiə edir, onların sifarişi ilə yazı yazırlar. Həmin reket jurnalistlər heç vaxt onıar kimi sifarişlə yazı yazmayan jurnalist, hüquq müdafiəçi Məhbub Zülfüqarlını təhqir edirlər. Dövlət rəsmiləri qoy bu yazını oxuyub, müqayisə etsinlər. Niyə Məhbub bəy iddia qaldıranda, hansısa bazarlar və kapitallar sahibi Əziz Quliyev, eləcə də hazırda imişliləri təxribata çəkən Əvəz Şükürov məsuliyyətə cəlb olunmadı. Nədən Məhbub bəyin bütün 30 illik fəaliyyəti ərzində etdiyi şikayətlər onun özünə qarşı çevrildi. Bu nə cür dövlətdir? Bu necə idarəetmədir?


Jurnalistə qarşı sui-qəsd cəhdləri

Məhbub bəy o qədər təqib və təzyiqlərlə üzləşib ki, o, öz ölkəsində qəribdir. Özünü yad kimi hiss edir. Yerli məmurlar ötən 30 ildə ona olmazın əzablar yaşadıb. Hətta onun həyatına sui-qəsd belə edilib. Belə ki, yerli məmurların göstərişi ilə onu iki dəfə zəhərləyiblər. O, yalnız Tanrının mərhəməti sayəsində sağ qalıb. Hazırda Məhbub bəy mühacirət etmək məcburiyyəti qarşısında qalıb. Məgər bu ölkəyə azad insan, həqiqətləri yazan jurnalist lazım deyil? Blogger Mehman Hüseynov, Qənimət Zahid, Mirzə Sakit kimi Məhbub Zülfüqarlı da daim təqib olunub, polis özbaşınalıqları ilə qarşılaşıb, yerli mafiyanın ağılasığmaz zorakılığı ilə üzləşməyib. Məhbub bəyin gənclik ayaması “Komissar Katani” olub. Mafioz Tanolar və Komissar Katani. Onu indi qəbul etməyən deputat Çingiz Qənizadə, vəkil-siyasətçi Qurban Məmmədov, sevdiyi sədri Sərdar Cəlaloğlu da Məhbub bəyi belə adlandırıb, çağırıblar. Sərdar bəyin sayəsində, onun nəsihətindən sonra qisas hissindən uzaqlaşıb, qeyri-zoraki mübarizəni qəbul etmiş Məhbub Zülfüqarlı mühacir həyatını seçmək istəməsə də, buna məcburdur. Öz rayonunda ona rahat yaşamağa imkan vermirlər.

Bu yazını sevimli şairimiz Ramiz Rövşənin məşhur şeirindən bir bəndlə bitirmək istəyirəm:

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran
Daş atan bilirmi nə günah eylər?

Həsən Dərya
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İmişlidə örüş sahələrini kimlər özəlləşdirib?

    İmişlidə örüş sahələrini kimlər özəlləşdirib? ...

    4-11-2016, 14:39

  • 
  • Rəis müavini rəsmi icazə verilən tədbiri pozdu

    Rəis müavini rəsmi icazə verilən tədbiri pozdu ...

    2-09-2016, 12:37

  • 
  • Vilyam Hacıyevin “pirr” qələbəsi

    Vilyam Hacıyevin “pirr” qələbəsi ...

    15-05-2013, 13:14

  • 
  • İmişlidə Əvəz Şükürov Zülfüqarlı qardaşlarını  oğurlatdırmaq istəyir?

    İmişlidə Əvəz Şükürov Zülfüqarlı qardaşlarını ...

    15-08-2016, 17:16

  • 
  • İmişlidə bəy toyu axşamı həbs edildi

    İmişlidə bəy toyu axşamı həbs edildi ...

    28-06-2013, 01:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu