GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təhsil nazirinin adı cinayətdə hallandı

Təhsil nazirinin adı cinayətdə hallandı

Tarix: 14-03-2017, 19:59 Bölmə :Ölkə Baxış: 603
Təhsil nazirinin adı cinayətdə hallandı

Sabiq məmur: “Deyirdi ki, təhsil naziri Mikayıl Cabbarovun qardaşı onların qohumlarının qudasıdır”

Bərdə rayonu İcra Hakimiyyətinin sabiq işçisinin qətlini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova, onun atası Rasim Süleymanov, cinayəti icra edənlər - Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyada baxılır.

İttihama görə, ötən ilin aprelin 11-də, saat 05.30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib.

Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə qabaqcaqdan əlbir olub Hüseyn Qasımovu 40.000 manat müqabilində öldürmək barədə razılığa gəlib.

Aprelin 11-də Hüseyn Qasımov binadan çıxaraq avtomobilinə oturmaq istəyib. Bu zaman Ramil Hüseynli “Kalaşnikov” markalı avtomat silahdan Hüseyn Qasımova bir neçə atəş açıb. O, qətl sifarişini başa çatdıra bilməyib. Daban nahiyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Bundan başqa Günel Süleymanova atası Rasim Süleymanovla qabaqcadan əlbir olaraq Hüseyn Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad

olunmasına köməklik edəcəyini vəd edərək külli miqdarda pulunu ələ keçiriblər.

Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun daha bir cinayəti “AS Club” barında olub. Onlar barın sahibini döyüblər.

Keçirilmiş əməliyyat nəticəsində Ramil Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd “AKM” markalı avtomat silah və içində 22 ədəd patron olan daraq aşkar edilərək maddi sübut kimi götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə),186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham edilirlər.

Cinayət işi üzrə keçirilən prosesdə zərərçəkmiş, sabiq məmur Hüseyn Qasımov ifadə verib. O, bildirib ki, təqsirləndirilən Günel Süleymanova ondan 33 min manat pul alıb. O, qeyd edib ki, oğlu Orxan Qasımov bu hadisədən əvvəl həbsə düşüb

və Günel Süleymanova onun oğlunu həbsdən xilas etmək üçün bu qədər pul alıb: “Oğlum həbsdədir. Bizdən şikayətçi olan tərəflə barışıq ərizəsi alacağını deyərək bu qədər pulu məndən aldı. Şikayətçi olan tərəf Bərdədən olan Xaləddin müəllimdir. Günel dedi ki, Xaləddin müəllimlə görüşüb və danışıb. Günel deyirdi ki, təhsil naziri Mikayıl Cabbarovun qardaşı onların qohumlarının qudasıdır. Xaləddinin nömrəsini də məndən aldı. Guya aramızda barışıq edəcəkdi”.

Daha sonra prosesdə sabiq məmur Günel Süleymanovanın 40 min manata killer tutması ilə bağlı suallara belə cavab verib: “Bu, çox maraqlıdır. Mənim pulumu vermədiyi üçün onu sıxışdırdım. Pulumu tələb edirdim. Xaləddin müəllim də, yoldaşı da rayonda deyirdi ki, görsünlər biz onun başına nə oyun açacağıq. Xaləddinlə yanımda danışmayıb. Xaləddinin nömərsini də ona mən vermişdim”.

Hakim daha sona təqsirləndirilən Günel Süleymanovaya sual verərək Hüseyn Qasımovu öldürtmək istəməsinin səbəbini soruşub. Günel Süleymanova onu öldürmək fikiri olmadığını deyib: “Onunla aramızda söyüş olmuşdu. Buna görə də döydürtmək məqsədim olub”.

Sifarişi həyata keçirən Ramil Hüseynli bildirib ki, Güneldən məhkəmədə həqiqəti danışmasını istəyib: “Günel mənə dedi ki, bir söhbət var, onu yoluna qoya bilərsən? Bir nəfəri döymək lazımdı. Mən də razılaşdım. Fikrim bu idi ki, pulu fırladım. Görüşəndə soruşdum ki, nə mövzudur? Mənə dedi ki, bir nəfər var bərdəlidir, onun oğlunun işini həll eləmişəm, amma pulu vermək əvəzinə məni aldadıb və zorlayıb, sonra da videoya çəkib. Ondan qisas almaq istəyirəm”.

Ramil Hüseynli bildirib ki, əvvəlcə Güneldən bu işi görmək üçün 50 min manat istəyib, sonra isə 40 min manata razlaşıblar: “Dedim ki, sən 33 minlik işə görə 40 min verirsən? Dedi ki, mənə pul yox, videonun olduğu disk lazımdır. Mən də uşaq deyiləm, neçə il yatıb çıxmışam. Həmin ərəfədə də uşağımı xəstəxanaya aparmaq istəyirdim. Təcili pul lazım idi. Dedim, nə verə bilərsən? Dedim ki, döyə bilərəm, pulu ver, gedim avtomat alım, onu qorxudum. Dedi ki, hələ pul yoxdur. Ondan 2500 manat istədim. O, mənə 1200 manat verdi, qalan pulu da ertəsi gün verəcəyini bildirdi. Dedim, bəs sən mənə 40 mini necə verəcəksən? Maya qədər verəcəyini söylədi. Sonra qayıtdı ki, əgər bu iş xuliqanlıqla olsa, güləşçi Xəzər İsayev mənim tanışımdı, sənə kömək edəcək. Sonra Günel onu avtomatla vurmamağımı tapşırdı”.

Ramil Hüseynli qeyd edib ki, o, silahlanaraq Hüseynin evinin qabağına gedib: "Gözlədim ki, Hüseyn evdən çıxsın. O, evdən çıxaraq telefonla danışa-danışa dayanacağa tərəf gedəndə atəş açdım. Onun getdiyi yolun əksinə atdım. Onu qorxutmaq istəyirdim”.

Hüseyn Qasımov qeyd edib ki, ağacın arxasında gizlənməsəydi, güllələr ona dəyə bilərdi. Sabiq məmurun bu sözlər Ramil Hüseynlini qəzəbləndirib. O, qeyd edib ki, gülləni atanda Hüseyn Qasımov əks istiqamətdə olub: “Nə deyirsən, istəsəydim elə 8 gülləni sənin qarnına doldurardım. Bu əlimi görürsən? Bilirsən niyə əyridir? Burun, diş, qabırğa qırmaqdan. Mən özüm səni vurmadım ki, oğlun həbsdədir. Onun yanına gedəndə utanmayam. Namusuma tüpürüm, yalan

deyirəmsə. Başımı xarab eləmə. Deyir ki, mənə güllə atıb, sən kimsən ki, güllə də atım? Bütün başımı xarab elədin”.

Məhkəmə prosesi martın 16-da davam edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Güllələnən məmur intim video ilə şantaj suçlamasına cavab verdi

    Güllələnən məmur intim video ilə şantaj ...

    12-03-2017, 16:25

  • 
  • İcra Hakimiyyətinin sabiq işçisini güllələtdirən qadın: "Məni zorlamışdı deyə, qisas almaq istədim" (FOTO)

    İcra Hakimiyyətinin sabiq işçisini güllələtdirən ...

    14-04-2016, 00:31

  • 
  • Boşanmaqlarına bir həftə qalmış ər arvadının qətlini sifariş verib

    Boşanmaqlarına bir həftə qalmış ər arvadının ...

    16-08-2016, 13:59

  • 
  • Kafedə cinayət törədən məhkəmə qarşısında

    Kafedə cinayət törədən məhkəmə qarşısında ...

    29-03-2015, 12:55

  • 
  • Sabiq deputatın oğlu məhkəmə qarşısında

    Sabiq deputatın oğlu məhkəmə qarşısında ...

    11-11-2014, 23:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu