Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25 il, digərinin isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib. Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var. Prezidentin əfv sərəncamına münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib: “Bu əfv sərəncamı da yarımçıqdır və manipulyasiyadan başqa bir şey deyil. İlqar Məmmədov və Əli İnsanov kimi şəxslərin yenə də həbsdə qalması hakimiyyətin fərqli düşünən insanlara qarşı düşmən münsibətinin dəyişmədiyini bir daha ortaya qoymuş oldu. Halbuki hər iki şəxsin azad olunmaları haqda Avropa İnsan Haqları Məhkəməsinin qərarları var. Onlar bu gün də hakimiyyətin hikkəsi ucbatından qanunsuz olaraq cəza azadlıqda deyillər. Ümumiyyətlə insan haqları hakimiyyətlərin siyasi alətinə çevrilməməli, alver vasitəsi olmamalıdır. Uzun illərin təcrübəsi göstərir ki, bu anlayış siyasi alətə çevrilməklə müəyyən manevirlər etmək imkanı qazandırır. Günahsız insanların taleyi ilə oynamaq, siyasi devindetlər qazanmaq cəhti təbii ki, normal qarşılana bilməz. Yaxşı olardı ki, siyasi məhbus adiı verilən bu problem birdəfəlik həll onuna, alver predmetindən çıxarıla. Bununla yanaşı hər bir kəsin azadlığına qovuşması müsbət haldır və bunu təqdirəlayiq addım hesab edirəm.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?