Naxçıvanda məhkum edilmiş AXCP fəalı Zeynal Bağırzadə bu gün vaxtından əvvəl azadlığa buraxılıb. Bu barədə Turan-a onun qardaşı, AXCP regional təşkilatının rəhbəri Yaşar Bağırsoy bildirib.
Onun sözlərinə görə, Kəngərli Rayon Məhkəməsi Z.Bağırzadənin səhhətilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib.
Z.Bağırzadə 2015-ci il noyabrın 16-da hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə həbs edilib və 4 il azadlıqdan məhrum olunub. Sonradan bu müddətə başqa iş üzrə müddət də əlavə edilib və azadlıqdan məhrumetmə ilə bağlı ümumi müddət 8 ilə çatdırılıb.
Fevralın 21-də Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Z.Bağırzadə ittihamları rədd edərək öz həbsini siyasi motivli sayır. Belə ki, ona qarşı Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən təxribat törədilib.
Hüquq-müdafiə təşkilatları Z.Bağırzadəni siyasi məhbus kimi tanıyıblar
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?