GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının Bəyanatı

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının Bəyanatı

Tarix: 9-02-2016, 17:02 Bölmə :Ölkə Baxış: 530
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının Bəyanatı

Bəyanatda bildirilir: “Hakimiyyət xalqın sosial problemlərini repressiyalarla “həll etmək” istəyir...”
Alyans siyasi məhbusların azadlığa buraxılmasını tələb edir
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı son həbslər və repressiyalarla bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir; “Manatın devalvasiyasından sonra ölkədə onsuz da ağır olan sosial- iqtisadi vəziyyət gərginləşməyə doğru getməkdədir. Çoxsaylı problemlərlə üz- üzə qalmış vətəndaşları dinləmək, onların problemlərinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görmək əvəzinə hakimiyyət zorakalığa əl atır, repressiyalar həyata keçirir. Sosial problemlərlə bağlı ölkənin müxtəlif bölgələrində keçirilən aksiyalar zamanı iştirakçılara qarşı zorakaılıq nümayiş etdirilib, onlarla şəxs saxlanılıb. Onlardan bəziləri inzibatı həbs cəzası alıblar, bəziləri haqqında cinayət işi qaldırılıb. Lənkəranda sosial- iqtisadi tələblərlə bağlı keçirilən aksiya zamanı AXCP rayon şöbəsinin sədri Nazim Həsənov və Müsavat Partiyasının yerli təşkilatının sədri İmanverdi Əliyev Lənkəran rayon məhkəməsinin qərarı ilə 1 ay inzibati həbs cəzasına məruz qalıblar. Müsavat Partiyası Siyəzən rayon təşkilatının sədr müavini Aydın Səfərli və onun qardaşı Təbib Səfərli polis tərəfindən saxlanılıb. 30 yanvarda Zaqatala şəhərində keçiriləcəyi gözlənilən, lakin baş tutmayan mitinqə görə sosial şəbəkələrdə məlumat yayan gənclər həbs edilib.
Aksiyalar ərəfəsində Müsavat partiyasının başqanı Arif Hacılı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılaraq ona xəbərdarlıq edilib. Daha sonra isə Müsavat partiyası Gənclər Təşkilatının üzvü Elvin Paşayev narkotik ittihamı ilə həbs edilib.
Bu həbslərin ardınca AXCP Xətai şöbəsinin fəalı Füzuli Hüseynov 30 sutka həbs cəzası alıb. AXCP Nəsimi rayon şöbəsinin üzvü Ceyhun Isgəndərli yanvarın 22-də qeyri-qanuni şəkildə polisə aparılıb və ona qarşı narkotika itthamı irəli sürülüb. Adları qeyd olunan bu şəxslər son 1 ayda saxlanılan və həbs edilənlərin natamam siyahısıdır. Görünən odur ki, hakimiyyət xalqın sosial problemlərlə bağlı irəli sürdüyü tələbləri repressiyalar və həbslər vasitəsi ilə “həll etmək” istəyir.
Təəssüflə qeyd etmək lazımdır ki, hakimiyyətin şərlənərək həbs olunmuş ictimai- siyasi fəallara qarşı fantastik məhkəmə cəzası təyin etməsi ənənəsi davam edir. Həbsdə olan AXCP fəalı Zeynalabdin Bağırzadə haqqında Naxçıvan Muxtar Respublikası Babək rayon Məhkəməsi tərəfindən 8 il azadlıqdan mərhum etmə qərarı çıxarılıb. O, Cinayət Məcəlləsinin 315.2- ci maddəsi (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə təqsirləndirilir. Naxçıvanda digər siyasi məhbus, AXCP fəalı Nazim Mahmudov haqqında isə məhkəmə 1 il 6 ay şərti cəza təyin edib.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Naxçıvanda həyata keçirilən siyasi həbsləri pisləməklə yanaşı Zeynalabdin Bağırzadə və Nazim Mahmudovla bağlı ədalətsiz məhkəmə hökmlərini hakimiyyətin siyasi sifarişi hesab edir.
Hakimiyyət təkcə ictimai- siyasi fəallara qarşı deyil, müstəqil mətbuat orqanlarına, jurnalistlərə də qarşı repressiyaları davam etdirir. Cinayət Məcəlləsinin 306.2- ci maddəsi ilə təqsirləndirilən “Gündəm Xəbər” qəzetinin təsisçisi, jurnalist Şirin Cəfərinin məhkəmə prosesi yekunlaşmaq üzrədir. Yasamal rayon məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı jurnalist haqqında məhkəmədən 5 (beş) il azadlıqdan məhrum etmə cəzası istəyib. “Gündəm Xəbər” qəzeti bir sıra məmurların mətbuat orqanlarına təzyiqləri barədə vaxtaşırı tənqidi yazılar dərc edib. Tənqidçi mətbuat orqanı kimi tanınıb. Şirin Cəfəriyə qarşı olan məhkəmə iddiası jurnalistin peşə fəaliyyətinə görə hakimiyyətdə təmsil olunan bəzi məmurların təzyiqidir, siyasi repressiyaların tərkib hissəsidir.
Alyans jurnalist Şirin Cəfərinin təqiblərə məruz qalmasını hakimiyyətin ifadə və söz azadlığına qarşı dözümsüzlüyü kimi qiymətləndirir və kəskin pisləyir.
Alyans eyni zamanda Nardaran hadisələri ilə bağlı həbs olunan yerli sakinlərin və Müsəlman Birliyi Hərəkatının çox saylı üzvlərinin lazımı şəkildə vəkillə təmin olunmamasından narahatlığını ifadə edir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı sadə vətəndaşlara, ictimai- siyasi fəallara, jurnalistlərə qarşı həyata keçirilən repressiyaları şiddətlə qınadığını bəyan edir, siyasi təqiblərə son qoyulmasını və qanunsuz həbs edilmiş fəalların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir”.

Zöhrab Təmrazov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Siyasi məhbuslarsız Azərbaycan” alyansı Penitensiar Xidməti məhkəməyə verib

    “Siyasi məhbuslarsız Azərbaycan” alyansı ...

    14-06-2013, 13:22

  • 
  • “Siyasi Məhbuslarsız Azərbaycan”

    “Siyasi Məhbuslarsız Azərbaycan” ...

    25-12-2012, 12:34

  • 
  • Rejim xalqa müharibə elan edib

    Rejim xalqa müharibə elan edib ...

    1-02-2013, 10:32

  • 
  • Hüquq müdafiəçisi barəsindəki cinayət işi bağlanıb

    Hüquq müdafiəçisi barəsindəki cinayət işi bağlanıb ...

    24-10-2016, 23:27

  • 
  • Mədət Quliyevə qarşı iddia

    Mədət Quliyevə qarşı iddia ...

    22-11-2013, 15:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu