GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məhkəmədən gözlənilməz qərar: Ziya Məmmədovun müavininin qohumu azadlığa buraxıldı

Məhkəmədən gözlənilməz qərar: Ziya Məmmədovun müavininin qohumu azadlığa buraxıldı

Tarix: 9-04-2017, 22:07 Bölmə :Ölkə Baxış: 619
Məhkəmədən gözlənilməz qərar: Ziya Məmmədovun müavininin qohumu azadlığa buraxıldı

Dələduzluqda təqsirli bilinən Emil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.
Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Emil Hüseynovun vəsatəti təmin edilib. Məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Emil Hüseynov Tural Hüseynovdan 382 min dollar, Namiq Mehtiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan 19 min 500 manatını ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Emil Hüseynovun barəsində cinayət işi başlanıb.
Məlum olub ki, Emil Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə zərərçəkmişləri aldada bilib. Bildirilir ki, Emil Hüseynov 2016-cı ilin dekabr ayında Qazaxıstanda həbs edilib. O, zərərçəkmişlərdən aldığı pulu geri qaytarmadığı üçün daha əvvəl ölkədən qaçıb. Sonra onun barəsində İnterpol xətti ilə axtarış elan olunub. O, ötən il Qazaxıstanda həbs edilib və Azərbaycana təhvil verilib.
Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunur.
Zərərçəkmiş Tural Hüseynovun vəkili Emil Aslanov bildirib ki, istintaq dövründə təqsirləndirilən şəxsin müdafiəçisi Səbail rayon Məhkəməsinə müraciət edib və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustuqlağına əvəz edilməsi ilə bağlı vəsatət verib: “Hakim Azər Tağıyev məhkəmə təcrübəsində görünməmiş qərar çıxardı. Həmin zaman hüquqlarını müdafiə etdiyim şəxs və digər zərərçəkmişlər, həmçinin müstəntiq də qərara narazılığını bildirdi. Hakimin çıxardığı qərardan əvvəl məhkəmədə dəymiş ziyan barədə çıxış etdim. Bildirdim ki, Emil Hüseynov ev dustaqlığına buraxılan kimi yenə istintaqdan qaçacaq”.
Emil Aslanov qeyd ki, məhkəmə qərarından apelyasiya şikayəti verəcəklər. Vəkilin sözlərinə görə, Emil Hüseynov hüquqlarını müdafiə etdiyi zərərçəkmiş Tural Hüseynovun 382 min dollarının bir qismini qaytarıb: “Lakin o bildirib ki, qatqı malları gətirdiyinə görə müvəkkilimin pulu 955 min manat olub. Tural Hüseynov isə həmin puldan keçib, ona verdiyi 382 min dollarının qaytarmasını istəyib. Bu pulu da 2015-ci ilin fevral ayının 13-nə qədər qaytarmalı idi. Amma Emil Hüseynov pulu geri qaytarmadı. Buna görə də müvəkkilim işlətdiyi mağazanı bağladı.
Həmin malın müqabilində də aylıq 20-30 faiz pul qazanırdı. Həmin pulları 2 il ərzində qaytarmadığına görə müvəkkilim 435 min 288 dollar ziyana düşüb. Bundan əlavə hüquqlarını müdafiə etdiyim şəxsə 50 min manat da maddi ziyan vurub. Ümumilikdə Emil Hüseynova qarşı 1 milyon manata yaxın mülki iddia qaldırmışıq”.
Məlumat üçün bildirək ki, Emil Hüseynov sabiq nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun qohumudur.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs verilib

    “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs ...

    11-12-2013, 16:42

  • 
  • Sabiq deputatın oğlu məhkəmə qarşısında

    Sabiq deputatın oğlu məhkəmə qarşısında ...

    11-11-2014, 23:41

  • 
  • Əxlaqsızlıq yuvası saxlayan kişinin işinə yenidən baxılacaq

    Əxlaqsızlıq yuvası saxlayan kişinin işinə yenidən ...

    7-12-2015, 16:01

  • 
  • Əli Nağıyevin xalası oğlunun həbs edilməsi tələb edildi

    Əli Nağıyevin xalası oğlunun həbs edilməsi tələb ...

    12-10-2015, 13:38

  • 
  • Yadigar Sadıqovun şikayəti təmin olunmadı (Yenilənib)

    Yadigar Sadıqovun şikayəti təmin olunmadı ...

    15-07-2013, 12:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu