Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası Lənkəran təşkilatının sədri, partiya başqanının müşaviri Yadigar Sadıqovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı verilən apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Y. Sadıqov II qrup Qarabağ əlili Rəşid Fərman oğlu Kərimova qarşı xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinir.
Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Bir müddət əvvəl Lənkəran Rayon Məhkəməsi Y. Sadıqov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
***
12.16
Bu gün səhər Şirvan şəhər Apelyasiya Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqovun apelyasiya şikayəti üzrə keçirilən məhkəməsi başlayıb. Bu barədə musavat.com-a məhkəmənin işində iştirak edən əməkdaşımız Emil Salamoğlu xəbər verib.
Reportyorumuzun dediyinə görə, məhkəmənin hakimi Yadigar Sadıqovun işinə hakim Xalid Bağırovun iştirakı və müdaxiləsi olmadan baxmaqda israr edir. Onun fikrincə, prosesdə Y.Sadıqovun digər vəkili Nemət Kərimli iştirak etməlidir. X.Bağırov ona apelyasiya şikayətini məhkəməyə məhz özünün təqdim etdiyini və müvəkkilinin səlahiyyətli nümayəndəsi olmasıyla bağlı sənəd təqdim etsə də, hakim ona etinasız münasibət göstərib.
Xatırladaq ki, Y.Sadıqov ötən ayın sonunda Lənkəranda öncədən planlaşdırılmış təxribata məruz qalıb və barəsində qurama cinayət işi açılaraq həbs olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?