Aprelin 8-də Salyan rayonu, Noxudlu kənd sakini, 21 yaşlı Gülmira Cahangirova komatoz vəziyyətdə Salyan rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər aqonal vəziyyətdə olan xəstəyə bir neçə həb qəbul etdikdən sonra bu vəziyyətə düşdüyündən, medikamentoz zəhərlənmə diaqnozu qoyublar.
İntihara cəhd edən Gülmira Cahangirova müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Məlum olub ki, Gülmira adında ailənin 2 qızı bundan əvvəl faciəvi şəkildə ölüb. İllər öncə ailənin Gülmira adlı qızı körpə olarkən həyətlərindəki su kanalında boğulub. Bundan sonra ailə yeni doğulan qızına yenə həmin adı verib. Amma bundan 2-3 il sonra həmin qızcığaz da körpə bacı və qardaşı ilə birgə evdə yanaraq ölüb. 1996-cı ildə anadan olan qıza yenə Gülmira adı verilib. Ailənin başına gələnlərdən qızın atası Qəhrəman əsəb xəstəliyinə tutlub və il yarım əvvəl xəstəlikdən dünyasını dəyişib. Gülmira da ailələrinin başına gələn faciələrdən sarsıntı keçirərək yaşamaq istəmədiyini deyib. Bu səbəbdən evdə atasından qalan psixotrop maddələrin bir neçəsini qəbul edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?