GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İslam Partiyasından aksiya xəbərdarlığı

İslam Partiyasından aksiya xəbərdarlığı

Tarix: 27-05-2013, 17:12 Bölmə :Manşet Baxış: 784
İslam Partiyasından aksiya xəbərdarlığı

Elçin Manafov: “Bəs harada qaldı hakimiyyətin humanistliyi? Nə vaxta qədər xarici təşkilatlardan yardım istənilməlidir? Məgər özlərinin vicdanı və insafı yoxdur? İnsan deyillər bunlar?”

Bu gün AİP-in Astara rayon komitəsinin sədri Rufullah Axundzadənin həbsxanada səhhətinin pisləşməsi və aidiyyəti qurumların baş verənlərə əhəmiyyətsiz yanaşması ilə mətbuat konfransı keçirilib. AİP və İslamçıların Hüquqlarının Müdafiə Komitəsi tərəfindən keçirilən tədbirdə, AİP rəsmiləri, islamçılar, hüquq müdafiəçiləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
İlkin olaraq çıxış edən İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimli bildirdi ki, 2011-ci ildən etibarən dəyərli islamçılara qarşı repressiya dalğası baş qaldırıb. AİP-in sədr müavini Vaqif Abdullayevin ötən il müəmmalı şəkildə dünyasını dəyişdiyini bildirən Natiq Kərimli, “növbəti qurbanlardan biri isə Rufullah Axundzadə ola bilər. Onun vəziyyəti olduqca ağırdır. Həbsxanaya aparıldığı gündən etibarən ona qəzet verməməklə tamamilə ictimai-siyasi proseslərdən kənarda saxladılar”, - deyə bildirdi: “Müayinə nəticəsində məlum olub ki, Rufullah Axundzadə ağır şəkildə infarkt keçirib. Hazırda o, 15 nəfərlik palataya yerləşdirilib. Əslində isə normal şəraiti olan xəstəxana və ya müalicə müəssisəsində saxlanılmalıdır. Vəziyyət günü-gündən daha da kəskinləşir. Artıq Penitensiar Xidmətin həkimləri də etiraf ediblər ki, onlar Rufullah Axundzadəyə baxa bilmirlər. Həkimlər bildirirlər ki, bizə icazə versəydilər, dərhal rəy yazıb Rufullah Axundzadənin azadlığa çıxmasına şərait yaradardıq.”
Atasının səhhəti haqqında məlumat verən Rufullah Axundzadənin oğlu Muhammədəli Axundzadə bildirdi ki, atasının vəziyyəti hazırda olduqca ağırdır: “Həkimlər mənə bildirdilər ki, atanızın belə bir şəraitdə müalicəsi mümkün deyil. Bacardığınız qədər çalışın ki, buradan başqa müalicə mərkəzinə aparsınlar. Əks halda vəziyyət daha da pisləşəcək. Atama hazırda tərpənmək olmaz. Hər tərpəndikcə vəziyyəti daha da ağırlaşır. Qıraqdan gətirilən Naibə adlı həkim də rəy verib ki, nə qədər yaxşı müalicə edilsə də saxlanma şəraiti müsbət nəticəyə imkan verməyəcək. Vəkil Anar Qasımlı bir həftədən çoxdur ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət üzrə müavini Mədət Quliyevə müraciət etməsinə baxmayaraq, hələ də cavab yoxdur.”
Bundan sonra çıxış edən AİP-in sədr müavini Akif Heydərli bildirdi ki, ötən il dünyasını dəyişən Vaqif Abdullayevin ölümünü səbəbləri hələ də naməlum olaraq qalıb: “Şübhəsiz ki, bütün baş verənlər islamçılara ögey münasibətlərdən doğur. Lakin insan ömrünə və həyatına bu cür münasibət nə milli, nə mənəvi, nə də ki, insanı dəyərlər kriteriyasına uyğun gəlir. Vaqif Abdullayevin ölümündən bir ilə yaxın zamanın keçməsinə baxmayaraq nə hökumət nümayəndələri, nə də ki, Penitensiar Xidmət bundan hər hansı bir nəticə çıxarmayıb. Artıq AİP olaraq növbəti bir faciə ilə üz-üzə dayanmışıq. Penitensiar Xidmətin həkimləri görüş zamanı bizə bildirdilər ki, ola bilsin Rufullah Axundzadənin ölümünə bir neçə saat və ya gün qalıb. “ Akif bəy sonda bildirdi ki, Rufullah Axundzadə cənub bölgəsində kifayət qədər nüfuzlu və hörmətli insanlardan biridir: “Onun həbsxanada dünyasını dəyişməsi ölkədə stabilliyin pozulmasına gətirib çıxara bilər. Əlbəttə ki, bundan nəticələr çıxarılmalı və onun yerdə qalan ömrünün evimdə keçirilməsinə şərait yaradılmalıdır. ”
Sonra çıxış edən Birlik Təşkilatının sədri Vüsal Hətəmov Azərbaycan həbsxanalarının funksiyasının insanları azadlıqdan məhrumetmə yox, həyatdan təcrid etməkdən ibarət olduğunu bildirdi. Vüsal Hətəmov qeyd etdi ki, keçən il iki nəfər islamçı həbsxanada dünyasını dəyişdi: “Bu dəfə isə Rufullah Axundzadəni eyni tale gözləyə bilər. Xalqın baş qarışıb həbsdə olan şəxslərə. Baş verənlər keçiriləcək seçkilərə də ciddi şəkildə təsir göstərəcək. Yaşananlarla bağlı adam söz tapmır deməyə. Bilmirsən hansı problemdən danışasan.”
AİP-in sədr əvəzi Elçin Manafov isə çıxışı zamanı bildirdi ki, kiminsə həbsxanada günahsız yerə hətta bir saat belə yatması yol verilməzdir: “O ki, qaldı sağlam halda həbsxanaya düşüb, xəstələnən şəxslərə. Baş verənlər azadlıqda olan şəxslərə bu qədər təsir etdiyi halda, görün məhbusların özlərinə və onların ailələrinə necə təsirli olar? Bəs harada qaldı hakimiyyətin humanistliyi? Nə vaxta qədər xarici təşkilatlardan yardım istənilməlidir? Məgər özlərinin vicdanı və insafı yoxdur? İnsan deyillər bunlar? Maraqlıdır ki, nəyi gözləyirlər? Artıq Rufullah Axundzadənin sağlamlığını da əlindən almısız. Daha başqa nə istəyirsiz? Bir həftədən çoxdur ki, bir insanın taleyi sual altındadır, hələ də rəsmi reaksiya yoxdur. Prezidentin bu məsələdən xəbəri yoxdursa, onun günahıdır. Hətta bununla bağlı aksiya keçirmək lazım olarsa, belə buna gedəcəyik.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İslam Partiyasının sədr müavini Ruhullah Axundzadə infarkt keçirib

    İslam Partiyasının sədr müavini Ruhullah ...

    18-05-2013, 01:38

  • 
  • Oğurlanmış Mahir Abdullayevin hüquqlarının Müdafiə Komitəsi açıqlama verdi

    Oğurlanmış Mahir Abdullayevin hüquqlarının ...

    27-02-2013, 16:40

  • 
  • İslamçıların həbsinə beynəlxalq reaksiya

    İslamçıların həbsinə beynəlxalq reaksiya ...

    10-04-2013, 10:20

  • 
  • Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı

    Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi ...

    19-02-2013, 10:13

  • 
  • Son iki ildə ən azı yüz dindar həbs edilib

    Son iki ildə ən azı yüz dindar həbs edilib ...

    1-01-2013, 14:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu