GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İsmət Abbasovun yarmarka yalanları

İsmət Abbasovun yarmarka yalanları

Tarix: 20-05-2013, 16:14 Bölmə :Ölkə Baxış: 802
İsmət Abbasovun yarmarka yalanları
Kənd təsərrüfatı yarmarkalarında xarici məhsullar at oynadır?!

Bakı şəhərində hər həftənin şənbə və bazar günləri təşkil olunan kənd təsərrüfatı yarmarkaları ümidləri doğrultmadı. Bu yarmarkalar təşkil edilməyə başladıqdan bir müddət sonra ölkə KİV-lərinin böyük əksəriyyəti aparılan araşdırmalar nəticəsində yazmağa başladı ki, yarmarkalarda məskunlaşan alverçilər, satılan məhsulların isə böyük hissəsi xaricdən idxal olunan, həm də keyfiyyətsiz məhsullardır.
İndinin özündə də hətta iqtidara ən yaxın mətbuat orqanları da açıq şəkildə yazmaqdan çəkinmir ki, yarmarkalarda satılan məhsulların qiyməti bazardan heç nə ilə fərqlənmir. Adi göyərtinin qiyməti bazarda 6 ədədi bir manatdırsa, yarmarkalarda 5-i həmin qiymətə satılır. Bir dəstə tərxunun qiyməti 80 qəpik 1 manat arasında dəyişir. Bundan başqa tərəzilər alıcının gözündən iraq bir yerə qoyulur və bu yolla çəkidə aldadılır. Digər məhsullarda da qiymət ya bazar qiyməti, ya da ondan yuxarıdır. Aqrar sektor üzrə ekspertlərin fikrincə, kənd təsərrüfatı yarmarkaları qiymətlərin düşməsi, keyfiyyətli məhsulun alıcıya çatdırılması və fermerlərin öz istehsal etdikləri məhsullarını yarmarkalarda satması üçün imkan yaratmalı idi. Təəssüf ki, başqa mənzərənin şahidi oluruq. Yarmarkalara yenə alverçilər ayaq açıb, çəkidə isə alıcı aldadılır.
Ekspertlər hesab edir ki, yarmarkalarda nəzarət sistemi qurulmayıb. Əgər nəzarət olsaydı, Sumqayıtda keçirilən kənd təsərrüfatı yarmarkasında at əti satılmazdı. Bu hadisə ötən ilin avqustunda baş verib və mətbuata açıqlanıb. Amma əldə etdiyimiz məlumata görə, ölkədə dana əti adı ilə at ətinin satılması haqqında daha bir fakt Bərdədə aşkarlanıb, baxmayaraq ki, bununla bağlı hər hansı rəsmi açıqlama verilib-verilmədiyini müəyyənləşdirmək üçün internet resurslarında apardığımız axtarışlar nəticəsiz qaldı.
İddialara görə, digər yarmarkalarda da satılan ətin keyfiyyəti ilə bağlı çox ciddi şübhələr var.
Bundan başqa yarmarkalarda çəkidə aldatmaq faktları kifayət qədərdir. Bir sözlə, kənd təsərrüfatı yarmarkaları qarşısına qoyulan öhdəliyi yerinə yetirə bilmirlər. Bazarda məhsul yarmarkadan daha ucuzdur. Fermerlə alıcı arasında əlaqənin olmasına şərait yaradılmır.
Mütəxəssislərin fikrincə, fermerlərin öz becərdiyi məhsulu satması üçün Bakıda və digər böyük şəhərlərdə xüsusi bazarlar yaradılmalıdır. "Fermerin hansı məhsulu istehsal etdiyini göstərən sənədi olmalıdır. Belə olarsa, çox problem həll edilmiş olar. Fermer öz adı və reklamı üçün zay və keyfiyyətsiz məhsulu alıcıya təqdim etməz. Şərait yaradılmalıdır ki, fermer məhsulu birbaşa alıcıya təqdim etsin. Belə olarsa, fermer həm də alıcının zövqünü, istəyini müəyyən edə bilər, eyni zamanda onun məhsulu hansı qiymətə almaq istəyi barədə də informasiya əldə edə bilər. Belə olarsa, bu, hər iki tərəfin marağına xidmət edər. Amma nə baş verir? İstehsal olunan məhsul fermerin öz təsərrüfatında xarab olur. Çünki fermer öz istehlakçısını tapa bilmir. Bu işdə fəallıq artsa, iri şəhərlərdə fermerlər üçün şərait yaranar - deyə kənd təsərrüfatı ekspertləri vurğulayırlar.
Ən maraqlısı isə odur ki, yarmarkaların təşəbbüsçüsü və təşkilatçısı olan Kənd Təsərrüfatı Nazirliyi müstəqil ekspertlərin və KİV-lərin bu mövzuda əsaslı, arqumentli yazılarına, fikirlərinə hər dəfə standart cavablarla kifayətlənirlər. Məsələn, bu yaxınlarda İsmət Abbasovun nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirdi ki, yarmarkalarda neqativ hallara, süni qiymət artıranlara qarşı mübarizə aparılır. Şöbə müdirinin sözlərinə görə, yarmarkalarda xaricdən idxal olunan mallar satıla bilməz: "Yarmarkalarda ancaq yerli mallar satılır. Alma bir az iri olan kimi alıcılar elə bilir ki xaricidir. Rayon icra hakimiyyətləri kənd təsərrüfatı yarmarkalarına göndərdikləri malın miqdarı və növü barədə nazirliyə rəsmi məlumat verir. Yarmarkalara alverçilər də buraxılmlır. Orada satıcılar hamısı kənddən gələnlərdir. Ola bilsin ki, kiminsə burada qohumu var və fermerə satmaqda kömək edir".
S.Vəliyev yarmarkalarda satılan malların qiymətinin bazarla eyni və daha baha olmasına qəribə münasibət bildirdi: "Göyərtinin 20 qəpik olması uzaqdan gətirilməsi ilə bağlıdır. Göyərti 10 qəpiyə satılsa, axı xeyir verməyəcək istehsalçıya. Ona görə də, göyərtinin qiymətini aşağı salmağın mənası yoxdur. 15-20 qəpiklə adam varlanmır ki... İstehsalçı yazıqdır, onu becərir, 20 qəpikdən satmalıdır. Tərxunun 80 qəpik olması isə onun az becərilməsi ilə bağlıdır. Kimin xoşuna gəlir alsın, gəlmirsə, almasın. Burada nə var ki?"
Əslində İsmət Abbasovun sözçüsünün dediklərinin hər birinin əksinə ayrıca və tutarlı fikirlər söyləmək mümkündür, amma buna ehtiyac görmürük; çünki hörmətli şöbə müdirinin bütün "təkzibi"nin mahiyyəti bir cümlədə gizlənib: "Kimin xoşuna gəlir alsın, gəlmir almasın".
Kənd Təsərrüfatı Nazirliyi və onun rəhbəri İsmət Abbasov iddia edirdi ki, yarmarkaların məqsədi əhaliyə bazar qiymətlərindən ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları təqdim etməkdir. Əgər indi istər alıcılar, istər KİV, istərsə də ekspertlər arasında yarmarkalardakı məhsulların həm keyfiyyəti, həm də qiyməti ilə bağlı ortaq və neqativ rəy formalaşıbsa, ümumi sözlərlə deyilənləri yalan çıxarmağın faydası nədir? Bundansa iradlardan nəticə çıxarmaq, problemləri yoluna qoymaq haqqında düşünmək daha doğru olmazdımı?

Seymur Quliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bayram yarmarkaları, yoxsa yeni bazarlar? - FOTOLAR

    Bayram yarmarkaları, yoxsa yeni bazarlar? - ...

    19-03-2015, 12:39

  • 
  • Kənd Təsərrüfatı Nazirliyinin “yarmarka-şou”su...

    Kənd Təsərrüfatı Nazirliyinin “yarmarka-şou”su... ...

    10-12-2013, 21:47

  • 
  • Kənd təsərrüfatı məhsullarının qiyməti yenə artacaq

    Kənd təsərrüfatı məhsullarının qiyməti yenə ...

    11-12-2013, 12:41

  • 
  • Azərbaycanda benzinin qiyməti qalxdı

    Azərbaycanda benzinin qiyməti qalxdı ...

    7-08-2014, 01:48

  • 
  • Siqaretlərin qiyməti niyə qalxdı? - SƏBƏB

    Siqaretlərin qiyməti niyə qalxdı? - SƏBƏB ...

    9-03-2015, 15:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu