İctimai Palatanın Fəvvarələr Meydanına təyin etdiyi icazəsiz aksiya başladı. Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, ərazini əhatəyə alan polis əməkdaşları tərəfindən aksiya iştirakçıları arasında kütləvi həbslərə başlanıb. Bir neçə saxlanıldığı bildirilir. Əldə etdiyimiz məlumata görə, Tezexan Mirelemli, Şakir Abbasli, Cəmil haciyev Vüsal Bayramov Məhərrəmov Celil, Kazimov Elsad, Fuad Qehremanli, Rüfət Hacibəyli, Pasayev Amil, Şəhla haciyeva həbs olunublar. Hazırda aksiya davam edir.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın bu günə təyin etdiyi aksiyanın Milli Məclisin binası qarşısında keçirilməsinə icazə verməyib. Bundan etiraz edən müxalifət nümayəndələri paytaxtın Fəvvarələr Meydanında toplanmağa qərar verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?