İyulun 21-də bir qrup gəncin Fəvvaralər meydanında təyin etdiyi aksiya baş tutmayıb. Facebookda “Qanunsuz həbslərə son” adlı səhifə yaradan bir qrup gəncin bu günə təyin etdiyi aksiyada aktivlik hiss olunmayıb. Saat 15:00- ə təyin olunan aksiyanın sakit formada keçiriləcəyi və cəmi 10 dəqiqə davam edəyi bildirilmişdi. Əməkdaşımız xəbər verir ki, aksiyada aktivlik hiss olunmayıb. Nəzərdə tutulan vaxtdan xeyli keçsə də aksiya iştirakçıları gözə dəyməyib. Susaraq etiraz edən ACP üzvü Aslanov Vüqar isə polis tərəfindən saxlanılıb və Səbail rayon polis şöbəsinə aparılıb.
Sorğu
Yeni dizaynımız necədir?