Almurad Əliyev: “Mənə bildirdilər ki, istintaq gedir və nəticələr yaxşı olacaq”
“Müraciətimizə cavab isə belə oldu ki, cinayət işini dayandırmaq olmaz. Amma söz verdilər ki, hər şey yoxlanılacaq və tər-təmiz ortalığa qoyulacaq. Bütün bunlara baxmayaraq, hələ heç bir məlumat yoxdur”.
Bu sözləri Modern.az saytına açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev Elçibəy ailəsinin Baş Prokurorluğa cinayət işinin dayandırılması ilə bağlı etdiyi müraciətlə bağlı son gəlişmələri şərh edərkən məlumat verib. O, bildirib ki, istintaq işində elə də ciddi dəyişiklik yoxdur:
“İstintaqın nə yerdə olmasından heç bir məlumat yoxdur. Gözləyirik. Hamı sakitləşib. Baş Prokurorluğa müraciətimizə cavab olaraq bildirdilər ki, istintaq gedir və nəticələr yaxşı olcaq. Mən də bildirdim ki, cinayət işi - filan boş şeydir. Camaatı niyə belə pis vəziyyətə qoyursunuz? Müraciətə cavab bu oldu ki, hələ ki cinayət işi davam edir. İstintaq bitəndən sonra cavab veriləcək”.
Bir müddət öncə Əbülfəz Elçibəyin ailə üzvləri Baş Prokurorluğa müraciət ünvanlayaraq mərhum eks-prezidentin məzarının açılması istiqamətində son zamanlar gedən müzakirələr və başlanmış cinayət işinin dayandırılması tələb ediblər. Müraciətdə qeyd olunub ki, Əbülfəz bəyin adının və məzarının ətrafında aparılan spekulyasiyaları və siyasi oyunları pisləyirlər.
“Biz Elçibəyin ölüm səbəbi ilə bağlı açılmış cinayət işinin dərhal dayandrılmasını tələb edir, Elçibəyin ruhunun narahat edilməməsini hər kəsdən xahiş edirik!”-deyə ailənin müraciətində vurğulanır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?