ABU-NUN ƏRAZİSİNDƏ SƏHƏR SAATLARINDAN SÖKÜNTÜ İŞLƏRİ BAŞLAYIB
Elə bu dəqiqələrdə redaksiyamıza daxil olan informasiyalardan aydın olur ki, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin bir zamanlar rəhbərlik etdiyi, sonradan təhsil nazirliyi tərəfindən lisenziyası ləğv edilən Azərbaycan Beynəlxalq Universitetinin yerləşdiyi ərazidəki tikililərin söküntüsən başlanılıb.
Sakinlərin bildirdiklərindən aydın olur ki, ağır texnika hazırda ərazidə işləyir və ABU-ya aid binaları sökməklə məşğuldur: «Ərazidə polislər də var. Ola bilsin ki, bu hansısa ehtiyat tədbiri üçündür. Amma kimsə etiraz etmir».
Sakinlər əlavə edib ki, söküntü işləri səhər saatlarından başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?