Bakının Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən yaşayış binalarına əlavə tikililərin sökülməsinə başlanılıb.
gundemxeber.az report.az-a istinadən xəbər verir ki, beşmərtəbəli binaların birinci mərtəbələrinin yol istiqamətində tikilmiş artırmaların söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin rəhbərliyi altında həyata keçirilir. Söküntü ilkin layihə vəziyyətini pozmaqla binanın yükdaşıyan konstruksiyalarını və bütövlükdə dayanıqlığın zəifləməsinə səbəb olan yenidənqurma, genişləndirmə və qeyri-qanuni aparılan tikililərə şamil olunur. Həmin tikililərin sahibləri bildiriblər ki, artırmalar müxtəlif illərdə icra hakimiyyətinin icazəsi ilə aparılıb, amma rəsmi sənədləri mövcud deyil.
Sorğu
Yeni dizaynımız necədir?