Azərbaycanda gəlirini göstərməyən partiyalar cərimə olunacaq
Partiyalar, QHT-lər, o cümlədən xarici QHT-lərin Azərbaycandakı nümayəndəlikləri qəbul etdikləri ianələrin məbləği və onlara ianə verənlər barədə məlumat verməsələr böyük məbləğdə cərimə olunacaqlar. Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər edilib. Düzəlişlərə əsasən, qaydanı pozan vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər isə 5000-8000 manat arası cərimə olunacaqlar. Dəyişikliklər Milli Məclisin iclasına çıxarılacaq
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?