"Bakı bulvarı ilə bağlı ciddi narazılığımı və narahatlığımı bildirirəm. Qiymətlər çox bahadır. Niyə sual verirəm? Bulvarla şəhərin arasında onlarla metr məsafə var. Necə ola bilər ki, bu qədər bahaçılıq olsun? Belə çıxır ki, orada biznes işlədən sahibkarlardan yüksək məbləğdə rüşvət alınır və onlar da istirahətə gələn sadə vətəndaşların cibinə soxulurlar”.
Bu barədə AXCP sədrinin müavini Razi Nurullayev Facebook sosial şəbəkəsində açıqlama verib.
O deyib ki, Bakı sakinləri və qonaqlar bulvarda bir çaynik çay üçün 10 AZN ödəmələdirsə və seçim imkanalrı yoxdursa, o zaman o istirahət mərkəzi və o gözəllik heç kəsə lazım deyil. “Mən Bulvarda olan bahaçılığı və sahibkarların müştərilərə seçim imkanı buraxmamasını şiddətlə qınayıram və vətəndaşları bu biabırçılığa etiraz etməyə çağırıram”, - Nurullayev əlavə edib.
Bütün vətəndaşları bulvarda yerləşən kafe və restoranlardan istifadə etməməyə və onları boykot etməyə çağıran siyasətçinin fikrincə, bu qanunsuzluğun arxasında dayananlar cavab verməlidirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?