Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən yataqxanalardan birinin söküntüsü diqqətimizi cəlb etdi. Niyə söküldüyü ilə maraqandıq. Ətraf yataqxanalarda yaşayan sakinlərin dediyinə görə yataqxananı hansısa “gözəgörünməz” qüvvə alıb. Yataqxana bu yaxınlarada Prezident tərəfindən açılış törəni keçirilən “ASAN” xidmətin 50 metrliyində yerləşir. Şəhərin mərkəzində yerləşdiyindən bahalı yerlərdən sayılır. Bu səbədən də hansısa milyarder işbazın tamahına tuş gəlib. 120 mənzilli yataqxananın 109 mənzili boşaldılıb. Mənzili boşaldılan hər ailəyə 35000 manat verilib. Yataqxananın bərbad günə salınmasına baxmayaraq hələ də 11 ailə yaşayır. Həmin ailələr ərazisi işğal olunmuş soydaşlarımızdır. Yataqxananın həyətində iki nəfərlə söhbətləşə bildik. Laçın rayonundan olan məcburi köçkün Zöhrab Həsənov Zəngilan rayonundan olan Tahir Abışovun dediyinə görə yerli sakinlərin hər ailə başına 35000 manat verib otaqlarını boşaltdırdılar. Müraciət etdiyimiz Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi bizimlə maraqlanmır. Onların dediyinə görə “sövdələşməyə Kəmaləddin Heydərov gəlmişdi. “Dedi ki, hər bir ailəyə kimliyindən asılı olmayaraq özünə güzaran qurmaq üçün 35000 manat veriləcək”. Sözlərinin üstündə durmadılar. Öz rayonlarımızın İH başçısının xeyiri yoxdur, ona görə də bizimlə maraqlanmırlar. Bizə yiyəlik etmirlər. Bizim vəziyyətimiz onları maraqlandırmır”. Axır ki, xoruzun quyruğu göründü. “Gözəgörünməz” qüvvə K. Heydərovun “krışa”lığına sığınıbmış. Çox maraqlıdır ki, bu ayrı seçkilik nədəndir? İnsan olan kəs anlamalıdır ki, bu zavallılar həyatı boyu tikib qurduqlarını bir göz qırpımında itiriblər. Binada qalan 11 məcburi köçkün ailəsi yığışaraq PA-na şikayətə hazırlaşırlar. Binada qalan köçkünlərin dediyinə görə nə qədər “dözümlü” xalq olsaq da artıq dözüm limitimiz tükənib. “Gündəm xəbər” olaraq soydaşlarımızın problemi diqqətimizdə olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?