Başçı dağıtdığı 1.000000 –luq obyektin əvəzinə yer vermir
“Gündəm xəbər”in elektron poçtuna ən çox şikayət göndərən bölgələrdən biri də Sumqayıtdır. Bu dəfə redaksiyamıza müraciət edən Sumqayıt şəhərində məskunlaşan, Laçın rayonundan məcburi köçkün, İsmayılov Məmmədnəbi Sədi oğlu bildirir ki, onun 3-cü mikrorayonda yerləşən 2 obyektini (10 m2 , 12 m2 sahəsi olan) İH başçısı Eldar Əzizovun göstərişinə əsasən dağıtmışlar. İ.Məmmədnəbinin dediyinə görə, anasının sağlığında Sumqayıtın sabiq İH başçısı Təvəkkül Məmmədova müraciətdən sonra onlara şəhid ailəsi kimi 12 m2 yer ayrılmışdır. Həmin yeri Sumqayıt Memarlıq İdarəsinin layihəsindən sonra tikib sənədləşdiriblər. Həmin sahəyə yaxın ayaqqabı təmiri sexini də alqı-satqı yolu ilə hər iki obyekti 1000000 (bir milyon) manata alaraq özəlləşdiriblər. Həmin köşklərdə kiçik ticarətlə məşğul olan ailə 8 nəfərlik ailə üzvünün gündəlik təlabatını ödəyirmiş. Ailə dolanışığından da narazı deyilmiş. “Eldar Əzizovun Sumqayıta təyinatından sonra məcburi köçkün olaraq ailəmiz gündəlik tələbatdan məhrum oldu. E.Əzizov Sumqayıta sanki özü ilə “sunami” gətirdi. O, çox ailələrin çörəyini kəsdi. Sumqayıtdan qabaq işlədiyi Gəncə şəhərindən özü ilə gətirdiyi dəstə Sumqayıtın küçə və parklarını alver predmetinə çevirdi. Səki və küçələr sm-lə satılır. Parklardakı çoxillik ağaclar və dekorativ kolluqlar qırılaraq sahibkarlara İAİŞƏ obyekti kimi satılır.” İ.Məmmədnəbi bildirir ki, “obyektimizi sökəndə İH başçısı E.Əzizov bildirdi: “Kimin sənədi varsa. ona başqa ərazidən yer veriləcək. “Biz də başçıya inanaraq gözlədik. Sonradan məlum oldu ki, E.Əzizov heç vaxt vədinə əməl etmir. İllərdir ki, döymədiyim qapı qalmayıb. Problemim həllini tapmır. E.Əzizovun qəbuluna yazılsam da məni qəbul etmir. Bütün bu haqsızlıqlara dözməyən anam (şəhid anası) vəfat etdi”. Sumqayıtda minlərlə Məmmədnəbi kimi hüquqları pozulmuş vətəndaşlarımız var ki, illərdir haqqına sahib çıxa bilmir. Abadlıq adı altında altı üstünə çevrilən Sumqayıt sözün əsl mənasında yaxşı qazanc məkanıdır. Arzu edək ki, Sumqayıt İH-nın bu qanunsuz əməllərini durduran tapılacaq. Şikayətçinin əlində Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə verilmiş şəhadətnaməsinin olmasına baxmayaraq, hüquqlarını bərpa edə bilmir. İ.Məmmədnəbi qəzetimiz vasitəsilə prezident İ.Əliyevdən xahiş edir ki, onun dağıdılmış obyektlərinin başqa ərazidə tikintisi üçün yer ayrılması haqqında Sumqayıt İH başçısı Eldar Əzizova göstəriş versin. Şakir MƏMMƏDOV
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?