GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qiyamətin yan keçəcəyi türk kəndi-Şirincə

Qiyamətin yan keçəcəyi türk kəndi-Şirincə

Tarix: 11-12-2012, 13:00 Bölmə :Ölkə Baxış: 1 566
Qiyamətin yan keçəcəyi türk kəndi-Şirincə

100 mindən çox turist, 1880 dollarlıq gecə və 6 min butulka şərab...

gundemxeber.az Maya təqviminə əsasən, bu il dekabrın 21-də dünyanın sonu olduğu barədə xəbərlər medianın gündəmindən düşmür. Dünyanın məhv olacağı barədə xəbərləri təkzib edən ABŞ Amerika və Böyük Britaniya hökumətlərinin həmin gün üçün xüsusi plan hazırladıqları, dekabrın 21-də həmin ölkələrdə hərbi vəziyyətin elan olunacağı, ərzaq ehtiyatının toplanacağı, əhaliyə ərzaq talonlarının paylanacağını iddia edənlər var.
Mayya təqviminə görə yalnız iki məkan, qiyamət günü zərər görməyəcək. Həmin bu yerlər isə, Fransadakı Buqaraç və Türkiyədəki Şirincə kəndləridir. Əhalisi 200 nəfər olan Buqaraç Fransanın cənubunda, Andorra və İspaniyaya sərhədləri yaxınlığında yerləşir. Bir müddət əvvəl burada UNO bazası yerləşdiyi barədə iddia da ortaya atılıb. Yadplanetlilərin həmin gün kəndə gələcəyi və oradakı insanları xilas edəcəkləri barədə inanc da geniş yayılıb.
Türkiyədə İzmirin Səlcuq rayonunun Şirincə kəndinin əhalisi isə 600 nəfərdir. Səfalı dağlıq ərazidə yerləşən Şirincə kəndinin əhalisi son illər əsasən yay turizmi hesabına dolanışığını təmin edir, populyar yay turizm məkanlarındandır. Turistlər yay aylarında adətən bu kəndə gəlib, gözəl yerlərini gəzib, məşhurlaşan şərabının dadına baxırlar.
Ancaq Maya təqvimi, o cümlədən Səlcuq Məryəm Ana Evinin bu kəndin yaxınlığında yerləşməsi səbəbindən xristian toplumunun bir kəsimi İsa peyğəmbərin dekabrın 21-də səmadan bu kəndə enəcəyinə inanır. Yay aylarında bu kəndə gələn xristian turistlər adətən, həm də Səlcuq Məryəm Ana Evinə baş çəkirlər. Ümumiyyətlə, Şirincə kəndində qurulan turizm infrastrukturu eyni vaxtda 450 turistə xidmət etməyə hesablanıb. Qış aylarında isə adətən bu kənddə turist gözə dəyməyib. Amma indi vəziyyət başqadır...
Artıq indidən Şirincə kəndi “turist hücumu”na məruz qalıb. Bəlkə də bu, bir az yumşaq ifadədir. Dekabrın 21-də bu kənddə 30-150 min arasında turistin olacağı proqnozlaşdırılır. Əksər turizm şirkətləri turistlərin sayının 100 min nəfəri keçəcəyinə əmindir. ABŞ-ın turizm şirkətləri neçə vaxtdır Şirincəyə, özü də tək gedişli turist biletləri satmağa belə başlayıb. Kənddə yay aylarında bir turistin bir gün gecələməsi 60 dollara başa gəlirdisə, indidən bu qiymət 1800 dollara çatıb. Şirincə əhalisi xüsusi olaraq 6 min butulka “Qiymət Günü”-nü şərabı da hazırlayıb. O cümlədən kənddə ənənəvi olaraq bitkilərdən hazırlanan yeməklər də “Qiyamət Günü” menüsünə daxil edilib.
Yay aylarında turistlərin hesabına yaxşı qazanc əldə edən Şirincə əhalisinin əksəriyyəti “Qiyamət Günü” hesabına bu sərt qış günündə də yaxşıca qazanacaqlarını düşünürlər. Lakin kənd bələdiyyəsi indidən narahatdır. 450 turist çoxdan 1800 dollara özləri üçün yer tutub, kənddəki Qonaq Evində (HOTEL Sirince Evleri) yer qalmayıb...
“Mistik Konakları” turizm firmasının sahibi Engin Vatan da bunu təsdiqləyib. Şirincədə 18 ildir ki, turizm sektorunda çalışan İbrahim Kataç 21 dekabr məsələsinin kəndin dünyada tanıdılması baxımından yaxşı reklam olduğunu, ancaq məsələnin getdikcə çılğınlıq həddinə çatdığını düşünür. O, hesab edir ki, dekabrın 21-də kənddə 100 mindən çox insanın olması elə bu kəndin özü üçün bir Qiymət Gününə çevriləcək. Kənddəki Qonaq Evində çalışan Aykut Yaşa hətta 100 min yox, 50 min insan gəlsə belə, kəndin infrastrukturunun bu yükü qaldıra bilməyəcəyini vurğulayıb. İcra nümayəndəliyi, bələdiyyə tədbirlər görməyə çalışır. İlk növbədə də tualet problemini həll etməyə çalışırlar. Elə 2 tualeti olan Qonaq Evi də ilk növbədə tualet dərdini çəkir, 20 səyyar tualet sifariş verilsə də, bunun da yetərli olmayacağından ehtiyat edilir.
Yeri gəlmişkən, aparılan sorğudan məlum olur ki, Şirincə kəndinin əhalisinin çox az hissəsi dekabrın 21-də qiyamət qopacağına inanır, əksəriyyət buna inanmır.

Ramiz Mikayıloğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyənin Şirincəsində “qiyamət”

    Türkiyənin Şirincəsində “qiyamət” ...

    21-12-2012, 13:22

  • 
  • Azərbaycan banklarında 21 dekabr  xaosu

    Azərbaycan banklarında 21 dekabr xaosu ...

    12-12-2012, 12:44

  • 
  • Azərbaycanda “Qiyamət Kredit”i başladı

    Azərbaycanda “Qiyamət Kredit”i başladı ...

    13-12-2012, 13:24

  • 
  • Dünyanın sonu boş söhbətdi

    Dünyanın sonu boş söhbətdi ...

    3-12-2012, 02:18

  • 
  • NATO: “Patriot” raketləri hazır vəziyyətə gətirilib

    NATO: “Patriot” raketləri hazır vəziyyətə ...

    28-08-2013, 10:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu