“Dünən görüşmüşəm, heç yaxşı deyil. Gündə otuz dəfə ayaqyoluna gedən necə ola bilərki?”.
Oğlunun ya müalicə edilməsini, ya da ev dustaqlığına buraxılmasını istəyən Qurbanova şikayətlərinin cavabsız qaldığını deyir.
N!DA Vətəndaş Hərəkatının koordinatoru Zaur Qurbanlı aprelin 1-də Ağır Cinayətlərə dair İstintaq İdarəsinə ifadə vermək üçün çağırılandan sonra həbs edilib.
Odlu silah daşımaqda ittiham olunan Qurbanlı barədə üç aylıq Klikləyin həbs-qəti imkan tədbiri seçilib.
İrsi qan xəstəliyi, talassemiyadan əziyyət çəkən 26 yaşlı fəalın anası deyir ki, oğluna çəzaçəkmə müəssisəsinin həkimi baxıb, lakin o, həkimə inanmır.
“Həkim deyir ki, sizin oğlunuzda talassemiyanın ağır vəziyyəti deyil, ağır talassemiya sonradan qazanılır. Talassemiya Zaurda anadangəlmədir, daha ağırı necə olmalıdır?”.
Qurbanlının artıq “tab gətirə bilmədiyini” deyən valideyn, oğluna pəhriz yeməkləri də göndərə bilmədiyini deyir. Onun sözlərinə görə, əvvəllər hər iki gündən bir yemək apara bilsə də, hazırda qaydalar buna yalnız həftədə bir gün icazə verir.
Saxlanılanın vəziyyəti barədə dəfələrlə hüquq-mühafizə orqanlarına xəbər verdiyini deyən vəkil Xalid Bağırov bildirib ki, ev dustaqlığı ilə bağlı vəsatət versə də, hələlik nəticə əldə etməyib.
Turan agentliyi yazır ki, Bağırov, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bu cür xəstələri müalicə edə bilmədiyini və müalicənin yalnız Talessemiya Mərkəzində mümkün olduğunu deyib.
Bu iddiaları qəbul Penitensiar Xidmət İdarəsi BBC Azərbaycancaya Qurbanlı saxlanılan çəzaçəkmə müəssisəsinin baş həkiminin bazar ertəsi söylədiklərini deyir.
“Zaur Qurbanlı talassemiya xəstəsi yox, talassemiya gəzdiricisidir, iyunun 5-də keçirilən UZİ müayinəsi onun dalağının şişmədiyini, talassemiya gəzdiricisinə uyğun olduğunu göstərib”, İdarənin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib.
Onun sözlərinə görə, saxlanılana pəhriz yeməklərinin göndərilməsinə də ehtiyac yoxdur, bu, ən azı məhbusların fiziki durumlarının normal saxlanılması üçün edilir.
Sadıqov Qurbanlının valideynlərinin də tibbi müayinə və müalicəyə görə kənardan həkim gətirə bilmə imkanın olduğunu qeyd edib.
Hazırda isə Qurbanlının tərəfdarları Penitensiar Xidmətə qarşı onun adından məhkəmə iddiası hazırlayıb və iyunun 11-də məhkəməyə təqdim etməyi planlayır.
Fəalın anası isə oğlunun vəziyyətinin daha ağırlaşacağından "qorxur".
"Yəni bu ölkədə bir gəncin həyatı heç kimin vecinə deyil?" deyə o, sual edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?