Bu gün Açıq Cəmiyyət Partiyasının qərargahında Milli Şurasının üçüncü sessiyası keçirilib.
Qapalı keçirilən sessiyanın gündəliyinə Milli Şuranın komissiyalarının formalaşdırılması, Şuraya yeni üzvlərin qəbulu qaydalarının müəyyənləşdirilməsi, Şuranın prezidentliyə vahid namizədinin seçki qərargahının yaradılması kimi təşkilati məsələlər salınıb.
AzNews.az-a daxil olan məlumata görə, vahid namizədin seçki qərargahının sədrini şəxsən Rüstəm İbrahimbəyov özü təyin edib. Məlumata əsasən Milli Şura sədri bu vəzifəni Eldar Namazova həvalə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?