“Siz kimsiz ki, mənim ölkəmlə bağlı belə bir qərar qəbul edirsiniz. Sizin buna həddiniz çatmır. Biz nə laımıdırsa edirik. Dünən xalqın seçdiyi, hörmət etdiyi 11 nümayəndə ilə görüşdük. Bütün detalları müzakirə etdik”. Bunu Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinin bu gün qəbul etdiyi qərarı şərh edərkən deyib.
Avropa Parlamentinin qəbul etdiyi qərarı tanımadığını deyən baş nazir avropalı parlamentariləri Yunanıstana nəzər salmağa çağırıb. “Yunanıstanda xalqla polis qarşı-qarşıya gəldikdə Avropa Birliyininin rəsmiləri, hətta “Eurozone” da onlara pul verməkdən başqa nə etdilər? Heç bir şey. 100 milyardla vəziyyəti sabitləşdirməyə çalışdılar. Aksiyaçılar aciz, işsiz olduqları üçün onlardan istifadə etdilər”, - Ərdoğan vurğulayıb.
Aksiya iştirakçılarına müraciıət edən Ərdoğan hökumətin qərarından vaz keçməyəcəyini bildirib. “Əziz qardaşlarım, sizin etdiyiniz azadlıq mücadiləsi ola bilməz. Bizi daha üzməyin. İmkan verin işimizi görək və o parkı sahiblərinə təslim edək. O parkın sahibi İstanbul xalqıdır. 600 ağacdan yalnız 70-80-i çıxarılacaq. Topçu Kışlası da şəhər muzeyi olacaq. Bu park milllətimindir, turistlərindir. Artıq səbrimiz tükənmək üzrədir. Vurduğunuz zərəri kim ödəyəcək? Təbii ki, sizdən yığdığımız vergilərlə biz ödəyəcəyik. Son dəfə xəbərdarlıq edirəm. Analar və atalar, lütfən övladlarınıza sahib çıxın. İstanbullular nə qərar versə, o da olcaq”, - Ərdoğan deyib.
Xatırladaq ki, Avropa Birliyinin bu gün keçirilən iclasında parlamentarilər Ərdoğanı istefa verməyə çağırıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?