GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan Gürcüstanın vassalına çevrilir

Azərbaycan Gürcüstanın vassalına çevrilir

Tarix: 11-12-2012, 14:33 Bölmə :Ölkə Baxış: 544
Azərbaycan Gürcüstanın vassalına çevrilir
İqtidar öz xarici siyasətinin ağır nəticələrilə üz-üzədir

Mövcud hakimiyyət hər zaman öz səltənətlərinin dayağını xalqda deyil, xarici faktorlarda axtarıb. Bu, xüsusilə oğul Əliyev dövrünün ən başlıca xüsusiyyətlərindən olub. Maraqlıdır ki, indi məhz həmin siyasətin gətirdiyi ağır nəticələrlə üz-üzə qalan hakimiyyət qorxudan öz müvazinətini itirmək həddinə gəlib. Bunu xüsusilə də hakimiyyətin yeni yaranmaqda olan RATİ-yə münasibətində hiss edə bilərik.
Yaradıcıları milyarderlərdən ibarət olan diaspora təşkilatının ortaya çıxması bəlkə digər dövlətləri xeyli sevindirərdi. Bizimkiləri isə xofa salır. Bu qeyri-adi instiktin təbii ki, əsasları var. Əsas səbəb mövcud hakimiyyətin legitimliyi öz ölkəmizdə yaşayan vətəndaşlarımızda deyil, xaricdə axtarılmasından irəli gəlir və son vaxtlar öz ətrafındakı çəmbərin getdikcə daraldığını hiss edən iqtidar sahiblərinin RATİ-yə vermiş olduqları reaksiyası əslində başadüşüləndir.
Məsələ bundadır ki, az qala bütün dünya dövlətlərilə münasibətləri korlanan hakimiyyəti ən çox qorxudan Rusiyanın ölkəmizdəki təsir riçaqlarının daha konkret və güclü olmasıdır. Xüsusilə Gürcüstanda keçirilən seçkilərdən sonra Azərbaycanın hakim sülaləsi indiyə qədər fəxrlə qeyd etdiyi bölgənin yalançı liderliyini belə Rusiyanın kiçik bir həmləsilə əldən verdi.
Bu vaxta qədər avropapərəstliyi ilə Rusiyanın təzyiqlərinə məruz qalan Saakaşvili hakimiyyəti öz ölkəsinin rifahı naminə Azərbaycan və Türkiyədən həqiqətən də asılı vəziyyətdə idi. Gürcüstanın yeganə ümid yeri Bakı-Ceyhan neft kəməri və Qaradəniz vasitəsilə Cənubi Qafqaz ölkələrinə idxal olunan mallardan aldığı gömrük haqqı idi. rəsmi Bakının kaprizləri Saakaşvili hakimiyyətinə bu imkandan düz-əməlli faydalanmaq imkanı da vermirdi. Ermənistanla hər hansı əlaqə dərhal etirazla qarşılanır və açıq şəkildə etiraf olunmasa da iqtisadi sanksiyalara məruz qalırdı. Üstəlik, Gürcüstanın əməkdaşlıq etdiyi digər ölkənin Türkiyə olması və Azərbaycan hakimiyyətinin rəsmi Ankaraya təsir imkanları Saakaşvili iqtidarını məcburən Əliyev rejiminin ən sadiq dostuna çevirmişdi.
Rusiyanın yardımıyla hakimiyyətə gələn yeni iqtidar isə indiyə qədər var olan bütün balansları alt-üst etdi. Gürcüstanın həm öz istehsal etdiyi malları üçün daha böyük bazara qapıları açıldı, həm də tranzit ölkə kimi potensialı artdı. Əvvəl Gürcüstan yalnız Azərbaycanın getdikcə azalmağa doğru gedən neftini dünya bazarına daşıyan və Əliyevlər sülaləsinin nazıyla oynamağa məhkum olan başı bəlalı ölkə idisə, Moskvayla münasibətlərinin yaxınlaşması nəticəsində indi həm də Türkiyə-Rusiya arasında keçid məntəqəsidir. Bu isə müqayisə olunmayacaq dərəcədə böyük imkanlar deməkdir.
Sadəcə bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildə Türkiyədə səfərdə olan Putinlə Ərdoğan arasında əldə olunan razılığa görə son beş il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çıxarılması proqnozlaşdırılmışdı. Təbii ki, bu mal dövriyyəsinin böyük qisminin Gürcüstan üzərindən keçəcəyini ehtimal etmək olar və fikrimcə, yeni gürcü iqtidarının Ermənistanın blokadasına da son verəcək dəmiryollarını bərpa etməyə çalışmasının əsas məqsədlərindən biri də budur.
Azərbaycan neftindən və qazından Gürtcüstanın ildə nə qədər qazandığını bilməsək də hər halda ölkə başçısı İlham Əliyevin verdiyi məlumata görə, indiyə qədər bp-nin neft hasilatından əldə etdiyi qazanc 75 milyard cıvarında olub. Bu rəqəm təbii ki, 5 ildən sonra yalnız Rusiya və Türkiyə arasında proqnozlaşdırılan ticari əlaqələrlə müqayisədə olduqca kiçik görünür. Üstəlik, Gürcüstanın bir tranzit ölkə kimi Rusiya-Ermənistan arasında yaranacaq ticari əlaqələrdən də əldə edə biləcəyi nəsə olacaq.
Getdikcə təbii sərvətlərimizin hasilatının azalmasını etiraf edən rəsmi Bakı önündə bu qədər yeni imkanlar açılan Gürcüstan üçün tamamilə anlamsız bir partnyora çevrilir. Əhalisi bir kiçik şəhərin sakinləri qədər olan bu ölkəni özümüzə bağlaya biləcəyimiz yalnız bir amil vardı o da artıq əhəmiyyətini itirir. Söhbət 4 milyon yarımlıq əhalinin qaz və neft məhsullarıyla təchizatında yarada biləcəyimiz kəsinti kimi strateji üstünlüyümüzdən gedir. Gürcüstan Rusiya ilə əlaqələrini bərpa edib dünyanın ən böyük qaz və neft hasilatçılarından olan ölkənin himayəsinə girərək bu problemi öz xeyrinə həll etdi. İndi bu ölkəylə tranzit olunan təbii sərvətlərimizin nəqlində yaranan kəsinti yalnız onun strateji üstünlüyünə çevrilə, Rusiya və Gürcüstan qarşısında özünü sınmayan qoz kimi aparmağa çalışan Azərbaycan hakimiyyətinə qarşı strateji silah kimi istifadə oluna bilər. Daha başqa təbirlə desək, Azərbaycan hakimiyyətinin qeyri- neft sektorlarının inkişafına maneə olan neft strategiyası ölkəmizi Gürcüstanın vassallığına sürükləyir. (Bu neft strategiyasının mahiyyəti geniş bir mövzu olduğundan onun barəsində ayrıca bir yazıyla çıxış etməyi planlaşdırıram.)
Rəsmi Bakının bu vaxta qədər himayəsinə bel bağladığı dünya gücləri də öz ənənəvi siyasətlərinin faydalı olmadığını və daha çox Rusiya kimi dövlətlərin işinə yaradığını hiss etdiyindən ona bəzi korrektələr etməyə başlayıblar. Bilindiyi kimi, son zamanlar yəhudi lobbisinin dəstəyini qazanmaq üçün İsraillə yaxınlaşan Azərbaycan iqtidarı hətta ona İrana qarşı sanksiyalar tədbiq etməsinə şərait yaratmışdı. Hər halda dünyanın nüfuzlu mətbu orqanları belə deyir. Azərbaycan hakimiyyəti ciddi cəhdlə bu məlumatları təkzib etməyə çalışsa da rəsmi Tehran məlumatları ciddi qəbul etmiş, hətta bu səbəbdən iki dövlət arasında münasibətlər xeyli gərginləşmişdi.
Əgər bu məlumatlar doğrudursa, belə çıxır ki, Azərbaycan iqtidarı beynəlxalq güclərin İrana qarşı müharibəyə başlayacağından əmin olaraq və məlum düşmənçilikdən yararlanmaq istəyərək bu addımı atıb. Ölkəmizdəki bir sıra dini liderlərin inandırıcılığı az olan maddələrlə həbsə atılması nə qədər təkzib etsə də iqtidarın belə bir niyyətdə olmasından xəbər verir və onun bu yolla dünyaya Azərbaycanda islam fundamentalistlərinin təhlükəsi barədə mesaj vermək və beynəlxalq islamofobyanı istismar etmək istədiyini ortaya qoyur.
Lakin İrana qarşı hər hansı müharibənin olacağı indi qətiyyən real görsənmir. Xüsusilə, ABŞ-da keçirilən son prezident seçkilərində Barak Obamanın qələbə çalması və özünün qələbə çıxışında «artıq iqtisadiyyatımız düzəlir və 10 ildən artıq davam edən müharibələr dövrü sona çatır» deməsi ən azı son 5 ildə super gücün siyasi prioritetlərini ifadə edən başlıca məqamdır. ABŞ böyük ehtimalla bundan sonrakı siyasətində iqtisadi inkişafa əhəmiyyət verəcək və geopolitik mübarizəsini də məhz bu istiqamətə yönəldəcək.
Mümkündür ki, Vaşinqton son vaxtlar əlinə-ayağına dolaşan Çinə və Rusiyaya qarşı mübarizənin Sovet İttifaqını çökdürmək planında olduğu kimi iqtisadi müstəvidə davam etdirməyin daha effektli olduğu qənaətinə gəlsin və ya bu dövlətlərlə dünyanın yenidən bölüşdürülməsi məsələsində dil tapsın. Bəlkə də artıq dil tapılıb. Gürcüstanda Saakaşvili hakimiyyətinin qurban verilməsi bunun ən bariz örnəyidir.
İsrailin ən yaxın strateji müttəfiqi olan ABŞ-ın müharibəyə isti baxmaması təbii ki, İrana qarşı yürüdülməsi ehtimal olunan savaş ehtimalını da aradan qaldırır. Hətta belə demək mümkünsə, İran artıq ABŞ üçün «şeytan üçbucağı»nda yer alan dövlət olmaqdan çıxıb, Suriya məsələsində mövqeyi nəzərə alınan, fikri öyrənilən tərəfdaşa çevrilib. Türkiyə mətbuatının öz xarici işlər nazirliyinə söykənərək verdiyi məlumata görə, bu yaxınlarda Nyu-Yorkda keçirilən Suriya zirvəsində Türkiyə, İran və Misirin yer aldığı üç dövlət iştirak edib. Təsəvvür edirsinizmi, bizimkilər başına bombalar yağdırılacağına ümid etdiyi İranın fəlakəti üzərindən siyasi divident qazanmağa çalışdığı halda, İransa dünyanın nəbzinin atdığı Nyu-Yorkda Suriyanın başına yağan bombalardan özünə siaysi divident çıxarmağa çalışır.
İranın indiki təsir gücünə gəlməsində Rusiyanın az rol oynamadığını nəzərə alsaq, bütün bölgə dövlətlərində Azərbaycan hakimiyyətinə zidd mövqelərin formalşdığını görə bilərik. Əslində Rusiyanın mövcud hakimiyyətə qarşı münasibətinin formalaşmasında da bizimkilərin İsraillə hərbi əməkdaşlığa girməsinin mühüm rolu var. Hətta Qəbələ radiolokasiya stansiyasının bu məqsədlə Rusiyanın ixtiyarına verilmədiyi barədə ehtimallar səsləndirilir. Qısacası, iqtidar üz-üzə qaldığı bu vəziyyəti hakimiyyətinin legitimiliyini xalqın siyasi iradəsində deyil, xarici güc mərkəzlərinin himayəsində axtarmaqla özü yaradıb. Ölkəmizi bütün bölgə dövlətləriylə düşmən vəziyyətinə gətirib.
Bu mənada öz səltənətləri uğrunda mübarizədə ayaqda dayana bilmək üçün çarəni öz coğrafiyasında deyil, ya okeanın o tayında, ya da Aralıq dəniziylə Qırmızı dənizin qovuşduğu ərazidə axtaranların RATİ-nin yaranmasına niyə qısqanclıqla yanaşdıqlarını anlaya bilərik. Görünür, hakimiyyət öz səbatsız siyasətilə dalana dirəndiyinin, bölgə dövlətlərinin hər birindən iqtidarlarının sonunu gətirə biləcək hücumlara məruz qalacağının fərqindədir. Amma unudur ki, hətta rATİ olmazsa belə, hakimiyyətin yalnış siyasətinin məntiqi nəticəsi ölkəmizi ağır məğlubiyyətlərə aparır. Bu məğlubiyyətlər baş verəcəyi təqdirdə ölkə müxalifəti və ya xaricdə yaşayanların yaratdığı təşkilatlar sadəcə simvolik xarakter daşıyır. Unudulmamalıdır ki, indiki dövrdə bəzi siyasi dəyişikliklər təşkilatlar olmadan həyata keçirilir. Necə ki, nə Misirdə, nə Liviyada, nə də Tunisdə müxalifət var idi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • İqtidar-müxalifət dialoqu başlayır?

    İqtidar-müxalifət dialoqu başlayır? ...

    26-11-2013, 11:53

  • 
  • Hakimiyyətin uğursuz siyasəti

    Hakimiyyətin uğursuz siyasəti ...

    8-12-2012, 10:09

  • 
  • Beynəlxalq aləm hakimiyyəti təşvişə salıb

    Beynəlxalq aləm hakimiyyəti təşvişə salıb ...

    7-05-2013, 02:09

  • 
  • RATI-nin hüquqşünqsı Baş Prokurorluğa çağrılıb

    RATI-nin hüquqşünqsı Baş Prokurorluğa çağrılıb ...

    15-08-2014, 10:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu