Nemət Pənahlı karsa salındı, cəzaçəkmə müəsisəsinə ordu yeridilib
gundemxeber.az Bir neçə gün öncə Penitenisiar Xidmətin rəhbəri Mədətət Quliyev cəzaçəkmə müəsisələrindəki durum haqda mediaya açıqlama vermişdi. Həbsxanalarda görülən işlərdən danışan M.Quliyev yalnız cüzi nöqsanların olduğunu bildirmişdi. Zaman rəisin haqlı olmadığını üzə çıxartdı. 17 saylı cəzaçəkmə müəssisəsində qiyam olub. Qiyamı yatırtmaq üçün “kalon”a ordu yeridilib. Maraqlıdır ki, baş vermiş qiyamla heç bir əlaqəsi olmasına baxmayaraq burda cəzaçəkən “azadlıq aşiqi” Nemət Pənahlı karsa salınıb. Qəzetimizə daxil olan məlumata görə N.Pənahlı artıq 5 gündür ki karsdadır. Qiyama görə cəzaçəkmə müəsisəsinin rəhbəri Samir Husüynov işdən azad edilib. Arif Mirzəyev yeni rəis təyin olunub. Onu da bildirək ki, tanınmışlardan Taleh Xasməmmədov və Aydın Caniyev bu həbsxanadadırvə burda vəziyyətin acınacaqlı olması haqda məlumatlar var. Onu da bildirək ki, 17-ci kalon lokal tipli müəssisədir. Orada məhkumların bir qrupu başqa bir qrupdan hasarla təcrid olunub. Bu da daha çox istintaq təcridxanasının rejiminə bənzəyir. Ona görə burada saxlanma şəraiti o biri cəzaçəkmə müəssisələrindən daha pis hesab olunmalıdır. Əsas şikayətlər su və işıqla bağlı idi. Mən olduğum müddətdə su var idi. Rəis bildirdi ki, fasilələrin olması şaxtaya görə su turbalarının donması ilə bağlıdır. Işığa gəlincə, bildirdi ki, Binə qəsəbəsinə elektrik enerjisinin verilməsində tez-tez fasilələr olur, bu zaman kalonda da eyni vəziyyət yaranır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?