Tiflisdə azərbaycanlıların kompakt yaşadıqları “Şeytan bazar” kimi tanınan ərazinin tarixi çox qədimlərə gedib çıxır. Tarixçilərin bildirdiyinə görə, Şeytan bazar tacirlərin ən çox alış-veriş etdikləri bir məkan olduğuna görə belə adlandırılıb. Bazara 3 tərəfdən girişin olduğu bildirilir. Tiflisdəki “Şeytan bazarı” kimi tanınan ərazidə problemlər olmasa da, bazarın öz qayda-qanunları mövcud olub. Belə ki, bazar açılan andan qırmızı bayraq kimin alver etmək növbəsini müəyyənləşdirirmiş.
Tarixçi Pata Buxraşvili “Şeytan bazar” haqda bunları deyib: “Şeytan bazarın ətrafına bazar birləşdirdilər. Onlar da ayrı-ayrı ticarət yerləri olaraq xidmətlər göstərirdilər. Pambıq cərgəsi, dəmirçilər cərgəsi, dəri xanalar kimi ayrı-ayrı məkanlar var idi. Bura mərkəzi bazar idi. Avlabardəa bu bazara asan girmək üçün körpü var idi. Kürün qırağında Şah Abbas tərəfindən tikilmiş şi məscidi fəaliyyət göstərirdi. 1957-1959-cu illərdə Tiflisin rekonstruksiyası zamanı sökülüb. O vaxt çoxlu tarixi abidələri dağıtdılar”.
Bu tarixi məhəllədə doğulmuş və babası bir vaxtlar Şah Abbas məscidinin axundu olmuş rəssam, tarzən İsmayıl Rzayev Şeytan bazar sözünün etimologiyasına toxundu və bazarın maraqlı bir quruluşda inşa olduğunu söylədi: “Mənim akademik gürcü müəllimim demişdi ki, quş uçuşundan baxanda Tiflisdə köhnə 4 ziyarət yeri görünürdü. Şah Abbas məscidi, ermənilərin kilsəsi Supior və yəhudilərin Sinaqoqu ilə bir-birini bağlı bir memar kompozisiyası var idi burda. Bu binaların arası və fazla çox olan məsafə var idi. Onları 4 köçəni yığsan bir yana 666 sayı gəlir, bu şeytanların sayıdır və dörd millətlər arasında var. Bu da gözəl Şeytan bazar adlanırdı”.
Məscid sökülməmişdən öncə Şeytan bazara gətirən körpü eşşək körpüsü adlanırmış. Həmin körpü çox dar olduğundan əhali oranı keçdikdə əziyyət çəkirmiş. Rəvayətə görə, bir zamanlar bu bazarda çox maraqlı adət var imiş. Səhər tezdən nə vaxt alış-veriş başlayırdısa, bazarın girişində qırmızı bayraq asardılar. Bu isə o demək idi ki, birinci şəhər sakinləri gedib alış-veriş etməlidirlər. Şəhər sakinləri də ucuz qiymətə alver edirmişlər, günortadan sonra bayraq endirilirdi. Bundan sonra başqa alverçilər gedib qalan malı alıb şəhərdən kənar bazarlara apara bilərdi. Fərqli mədəniyyətləri özündə birləşdirdiyinə görə avropalılar Tiflisə Roma allahlarından olan Yanus adı vermişdilər. Əfsanəyə görə, Yanusun iki üzü var imiş. Bu isə Tiflisin çoxmədəniyyətliliyinin göstəricisi hesab olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?