Əslən Qubadan olan milyarder Zarah İliyev Moskvada böyük bir ticarət mərkəzinin tikintisinə başlayıb.
Bu barədə “İsrail.info” portalı xəbər yayıb. Portalın yazdığına görə, ticarət mərkəzinin təkcə 200 min kvadrat metr olan sahəsinə İliyev 100 milyon dollar xərcləyib. Həmin ərazidə isə gələcəkdə “Lotos Siti” adlanacaq böyük ticarət mərkəzi tikiləcək.
Artıq indidən Lotosun böyük bir ticarət şəhərciyi olacığı proqnozlaşdırılır. İliyev həmin şəhərciyin tam ərsəyə gəlib istifadəyə verilməsinə 2 miylard dollar pul xərcləyəcək.
Xatırladaq ki, “Forbes”in yazdığına görə, İliyevin varidatı 6 milyard dollar civarındadır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?