GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » QHT-lər BMT-yə Alternativ Hesabat hazırlayır

QHT-lər BMT-yə Alternativ Hesabat hazırlayır

Tarix: 20-06-2013, 01:25 Bölmə :Ölkə Baxış: 1 062
QHT-lər BMT-yə Alternativ Hesabat hazırlayır

Dünən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən, Kaunterpart İnternational Təşkilatı tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra olunan Qadın İştirakçılığı Proqramının yerli tərəfdaşları olan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası dəyirmi masa keçirib. “Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadəsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan hökumətinin BMT-nin Qadınlara Qarşı Ayrıseçkiliyin Ləğvi Komitəsinə təqdim etdiyi 5-ci dövrü hesabata Alternativ Hesabat müzakirə edilib.

Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova ailədaxili zorakılıq hallarının qarşısının alınması ilə bağlı qanunda nəzərdə tutulan mexanizmlərin tətbiq olunmaması problemlərindən danışdı: “Mühafizə orderi nəzərdə tutulduğu halda onun praktiki tətbiqi mexanizmi yoxdur. Erkən nikahların qarşısının alınması istiqamətində qanunvericilikdə problem yoxdur. Lakin praktikada erkən nikahların qarşısının alınmasının effektiv mexanizmlər yoxdur. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşılmalıdır”.

Mehriban Zeynalova intiharlar barədə də danışaraq maraqlı faktlar açıqlayıb. Deyib ki, sədri olduğu təşkilat media vasitəsilə intiharların statistikasını toplayır: “Dünya praktikasına əsasən kişilərin intihar halları üstünlük təşkil edir. Qadınlarla müqayisədə kişilərin intihar faizi daha yüksəkdir. Amma Azərbaycanda ötən il qadınların intihar faizi kişilərin intihar faizinə yaxınlaşıb”.

Hüquq müdafiəçisi əlavə edib ki, hələlik BMT-nin müvafiq komitəsinə təqdim ediləcək alternativ hesabat hazır deyil: “Biz hesabatın təqdimatını edirik, eləcədə qadın təşkilatlarının fikir və təkliflərini öyrənmək niyyətindəyik. Hesabat avqustda hazır olacaq və burada səslənən təkliflərdə nəzərə alınacaq. Biz mükəmməl və problemləri əhatə edən bir sənədin hazırlanmasını hədəfləyirik”.

Daha sonra Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, alternativ hesabatın hazırlanması üzrə işçi qrupunun rəhbəri Sahib Məmmədov alternativ hesabatın təqdimatını etdi.

Bildirdi ki, hesabat BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi Üzrə Komitənin 2009-cu ilin avqustunda qəbul etdiyi Azərbaycan hökumətinin İV dövrü hesabatı ilə bağlı yekun qeyd və tövsiyələrlə bağli həyata keçirilən hüquq və praktik fəaliyyətlərə və tövsiyələrin icra vəziyyətinə həsr edilib.

Sahib Məmmədov söyləyib ki, BMT-nin Müvafiq Komitəsində Azərbaycan hökumətinin təmsilçisi Xələf Xələfovdan eşidib ki, hökumət V hesabatı komitəyə təqdim edib. Qeyd edim ki, BMT-nin müvafiq komitəsinin IX sessiyasında hökumətə təklif edilib ki, ixtisaslaşan qadın təşkilatları ilə əməkdaşlıq edilsin. Qeyd edib ki, bu hesabat ixtisaslaşan qadın təşkilatları ilə məsləhətləşmədən hazırlanıb. Biz çalışıb alternativ hesabatı Azərbaycana təklif olunan tövsiyələr əsasında hazırlayacağıq. Bildirim ki, hesabatda erkən nikahlar, insan alveri, qadın zorakılığı və digər mövzular üzrə tövsiyələr veriləcək. Hesab edirəm ki, hesabat yalnız hökumətin tənqid olması xatrinə hazırlanmamalıdır. Əksinə, hökumətin nəzərindən qaçan müsbət meyllərdə qeyd olunmalıdır...”.

Xatırladaq ki, vətəndaş cəmiyyəti tərəfindən hazırlanacaq alternativ hesabatda İnsan alverinə qarşı mübarizədə normativ hüququ aktlar, İnsan alverinə qarşı mübarizə tədbirləri, Fahişəliyin qarşısının alınması, İnsan alveri qurbanlarına yardıma dair fəsilləri olacaq, habelə ailə münasibətlərinin rəsmiləşdirilməsi, erkən nikahlar, qadınlara qarşı ayrı seçkiliyin aradan qaldırılması, işan alverinə qarşı mübarizənin effektivliyinin artırılmasına dair tövsiyələr irəli sürüləcək.

Qadınların Rasional İnkişafı Uğrunda İctimai Birliyin sədri Şəhla İsmayılova belə bir hesabatın hazırlanmasını təqdir edib. Deyib ki, onun təmsil olunduğu koalisiyada hesabat hazırlayır: “Alternativ hesabatlar çox olduqca problemin qabardılması baş verəcək. Mən hökumətin hesabatı ilə tanış deyiləm. Sizin də bu fəaliyyətinizi dəstəkləyirəm” .

Şəhla İsmayılova daha sonra təklif edib ki, bu tip sənədləri hazırlayanda QHT-lər əlaqəli şəkildə işləsin və səylərini birləşdirsin.

Lider Qadınlar Təşkilatının sədri Sevda Məmmədova isə deyib ki, Qadın İştirakçılığı çərçivəsində həyata keçirilən layihədə ekspert qismində iştirak edir: “Biz daima alternativ hesabatları müzakirə edirik. Hər dəfə də erkən nikahlar məsələsinin hesabatlarda yer almadığı təəssüf hissi ilə bildirilir. Sizin hesabatınızda bu məqama xüsusi yer ayrılması müsbət haldır. Qafqaz müsəlmanları Ruhani İdarəsinin fətvasına əsasən nikah olduğu təqdirdə kəbin kəsilə bilər. Amma xaricdə dini məktəblərdə təhsil alan və ölkəmizə qayıdan çoxlu sayda mollalar var ki, istinad etdiyim fətvaya diqqət etmədən kəbin kəsirlər. Hesab edirəm ki, hesabatda mühafizə orderi ilə bağlı məsələnin vurğulanması da müsbət haldır”.

Kaunterpart Beynəlxalq Təşkilatının nümayəndəsi İlqar Ağasıyev deyib ki, alternativ hesabatların hazırlanması ictimaiyyətə daha çox xeyr verir: “Alternativ hesabatlar hazırlananda hökumət görür ki, onun hazırladığı hesabata reaksiya var və çalışır ki, daha məsuliyyətli işləsin, problemlərin həllinə nail olsun. Bu baxımdan alternativ hesabatlar faydalıdır”.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Pərviz Musayev də alternativ hesabatları hazırlamaqla diqqəti problemlərə yönəltməyin mümkünlüyünü diqqətə çatdırıb, deyib ki, daha vacibi bu problemlərin həll edilməsidir: “Vətəndaş cəmiyyəti bu problemləri qaldırır, amma onun həllinə nail ola bilmir. Hökumətin isə bu problemləri həll etmək üçün səlahiyyətləri, imkanı var”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Mehriban Əsədli isə tənqidlərin haqlı olmadığını bildirib, söyləyib ki, komitə rayonlarda həm polis, həm icra orqanları, həmdə əhali arasında maarifləndirmə işi aparır.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Təmiz Dünya”nın Sumqayıtda yeni Mərkəzi fəaliyyətə başladı

    “Təmiz Dünya”nın Sumqayıtda yeni Mərkəzi ...

    18-07-2013, 15:01

  • 
  • BMT-nin eksperti döyülən qadınlara görə Bakıya gəlir

    BMT-nin eksperti döyülən qadınlara görə Bakıya ...

    22-11-2013, 12:01

  • 
  • 40 uşağın məişət zorakılığına məruz qaldığı müəyyən edilib

    40 uşağın məişət zorakılığına məruz qaldığı ...

    30-07-2013, 15:46

  • 
  • Sosial şəbəkədə biabırçılıq:Bədənini görmək istəyirəm... - VİDEO

    Sosial şəbəkədə biabırçılıq:Bədənini görmək ...

    28-04-2016, 16:20

  • 
  • Məişət zorakılığına məruz qalan 79 uşaq reabilitasiya prosesinə cəlb edilib

    Məişət zorakılığına məruz qalan 79 uşaq ...

    12-09-2013, 12:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (330)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu