GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dekabrın 21-də qaranlıq olacaq!

Dekabrın 21-də qaranlıq olacaq!

Tarix: 12-12-2012, 12:27 Bölmə :Ölkə Baxış: 931
Dekabrın 21-də qaranlıq olacaq!

Axşam saat 18-də qaralan hava bir də səhər saat 7-də işıqlanacaq!

gundemxeber.az Quran oxusaq bilərdik ki, dekabrın 21-də heç bir qiyamət-zad olmayacaq. İstəyirsiz evinizin bir küncündə qalmış, amma buna heç layiq olmayan kitabı mən açım oxuyum: “Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir.” (Loğman curəsi, 31-ci ayə). Və ya Naziat surəsi, 42-44-cü ayələrə diqqət yetirək: “Ya Peyğəmbər! Müşriklər səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar. Sən onu (onun vaxtını) nə bilirsən?! Onu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur”.
Başqa vaxt kəlməbaşı bu kitaba and içərək onun ən düzgün mənbə olduğunu bildirirsiniz. Nə oldu, bəs indi niyə ona inanmırsınız?
Açığı, bu mövzuya toxunmağı belə səviyyəsizlik sanırdım. Amma vaxt yaxınlaşdıqca hətta ictimaiyyətimizin tanınmış simalarının da təlaşa düşməsi qələmi əlimə götürməyə vadar etdi. Məsələn, o gün saytdan oxuyuram ki, xalq artistimiz Amaliya Pənahova qiyamətə hazırlaşır. Digər tanınmışlar, o cümlədən ətrafımda olan və həmişə ağlına qiymət verdiyim şəxslərin də dərin təlaşa düşməsi belələrini ayıltmaq istəyinə düşməyimin əsas səbəblərindəndir. Gör savadlılarımız bu gündədirsə, zavallı təhsilsizlər nələr çəkir… Ey cəhalət əhli, yuxarıda Qurani-Kərimdən gətirdiyim ayəni gördünüz. Bəs başa düşdünüzmü ki, qorxduğunuz qiyaməti sizi yaradan Allahdan başqa heç kim bilə bilməz?! İndi bildinizmi ki, uca rəbbimiz bu saatın nə vaxt olacağını hətta hamıdan üstün tutduğu peyğəmbərinə də bildirməyib! Əgər bu ayəni gördükdən sonra yenə ürəyinizdə şübhə varsa onda kişi kimi deyin ki, biz Qurana inanmırıq…
İndi isə ateistləri başa salaq (onsuz da hazırda cəmiyyətimizin az qala yarısı ateistdi və Allahın adını yalnız yas mərasimində kiməsə “Allah rəhmət eləsin, Allah səbr versin” deyəndə dillə gətirirlər). Ey mənim ateist dostum, əgər dinə xurafat, özünə elmli deyirsənsə onda de görüm min illər bundan əvvəl yaşamış və səmada adi gözlə görünənlərdən başqa heç nə görməyən mayalılar hardan bilirdilər ki, düz bu vaxt – 2012-ci il dekabrın 21-də yerə hansısa səma cismi toxunacaq və həyat məhv olacaq. İndi deyirsiz ki, yaxşı, qiyamətin olmayacağını tutarlı əsaslarla sübut etdin, onda bu qaranlq söhbətinə nə deyirsən?
Bəli, həmin gün qaranlıq olacaq! Ay haray, tədbir görün, mütləq qaranlıq olacaq! Bu qaranlıq düz 13 saat davam edəcək! Dekabrın 21-i axşam saat 18-də qaralan hava bir də səhər saat 7-də işıqlanacaq! Hə, necədi? Bəs min il əvvəlki “Maya bacı”dan tutmuş indiki əhlikeflərə qədər hamı siz qorxaqlarla məzələnə bilir, mən məzələnə bilmirəm?!
Zarafatı bir kənara qoyub bu qaranlıq məsələsinin daha eybəcər yalan olduğuna baxaq. Ay mənim bazarlarda şam qoymayan qardaşım, həmin gün qaranlığın olması üçün hansı elmi əsas var? Əhlikeflər bildirir ki, o gün Günəş sistemi böyük bir qaranlıq boşluqdan keçəcək. Yaxşı, Quran oxumursan, heç olmasa Quranın digər əmrinə uyğun olaraq elm öyrən, hərdən Astronomiya kitabını vərəqlə! Onsuz da fəza qaranlıqdan ibarətdi. Kainata səpələnmiş cisimlərin təxminən 1/200-i tam işıqsızdı. Bu işıqsızlar digər nəhəng işiqlı ulduzun hesabına işıqlanır. Məsələn, sənin yaşadığın və dağılmasından qorxduğun Yer kürəsi yalnız özündən 109 dəfə böyük olan Günəşdən işıq alır. Biz elə hər gün Günəşlə birgə qaranlıq fəzada üzürük. Məhz həmin gün qaranlıq necə ola bilər?
Bəzi əhlikeflər isə bildirir ki, həmin gün planetlərin hit-paradı baş verəcək və yer qaranlığa qərq olacaq. Özü qədər eybəcər fikir hələ eşitməmişdim. Hətta səsi quyunun dibindən çıxan və bir dənə də olsun yaddaqalan mahnısı olmayan Səməd Səmədovun xalq artisti adı alması kimi dəhşətli xəbər də mənə bu qədər eybəcər görünməmişdi. Günəş sistemində hətta neçə planetin olmasını da bilməyən elmsizlərə üz tuturam: o gün planetlər eyni xətt üzrə düzülsə belə, bizimlə Günəş arasında olan cəmi 2 planet var ki, onlar da qaranlıq yarada bilməz! Ən sadəsi ona görə ki, həmin planetlər – Merkuri və Venera Yerdən də balacadı və heç bir halda onların kölgəsi yerə qədər uzana bilməz! Fizika oxusaydınız bilərdiniz ki, kölgənin davamlılığı sırf həmin cismin həcmiylə mütənasibdir. Belədə Yerlə ən yaxın halda 40 milyon km məsafədə yerləşən Veneranın hansısa kiçicik də olsa qaranlıq yaradacağından söhbət belə gedə bilməz!!!
İnanıram ki, sadə insanlar üçün çox sadə yazdığım bu yazımı oxuyacaq vətəndaşlarımız bundan sonra pulunu havayı yerə şam və konservlərə verməyəcək… Hansısa əhlikeflərə yox, Allaha inanın! Onda nəinki qaranlıq, hətta Qiyamət də sizi qorxuda bilməz!

Ruslan Aqil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 21 dekabrda baş verəcək üç hadisənin qarşısını heç kim ala bilməyəcək

    21 dekabrda baş verəcək üç hadisənin qarşısını ...

    21-12-2012, 12:06

  • 
  • 21 dekabrda baş verəcək üç hadisənin qarşısını heç kim ala bilməyəcək

    21 dekabrda baş verəcək üç hadisənin qarşısını ...

    21-12-2012, 13:35

  • 
  • Milli Şuranın mitinqinin vaxtı dəyişdirildi

    Milli Şuranın mitinqinin vaxtı dəyişdirildi ...

    13-12-2013, 11:56

  • 
  • Putin “qiyamət günü”nün tarixini açıqladı

    Putin “qiyamət günü”nün tarixini açıqladı ...

    20-12-2012, 14:30

  • 
  • “Qiyamət günü” hava necə olacaq?

    “Qiyamət günü” hava necə olacaq? ...

    18-12-2012, 13:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu