GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakı Apellyasiya Məhkəməsində hüquqi nihilizm

Bakı Apellyasiya Məhkəməsində hüquqi nihilizm

Tarix: 12-12-2012, 12:29 Bölmə :Ölkə Baxış: 1 667
Bakı Apellyasiya Məhkəməsində hüquqi nihilizm

Məhkəmə sədri İman Nağıyevin rəhbərliyi altında məhkəmə maxınasiyaları

Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev üçün Azərbaycan qanunları pul qazanmaq vasitəsinə çevrilib. Ara-sıra Bakı Apellyasiya Məhkəməsində İman Nağıyevin tapşırıqları ilə məhkəmə komediyaları quran hakimlər artıq bu tapşırıqları yerinə yetirməkdən cana doyublar. Bu isə İman Nağıyevi hakimlərə qarşı qəzəbləndirib.
"Gündəm Xəbər"ə daxil olan məlumatlarda bildirilir ki, məhkəmə sistemində əmək fəaliyyətinə Yasamal Rayon Xalq Məhkəməsində tərcüməçi kimi başlayan və 8 il bu vəzifədə çalışmış Bakı Apellyasiya Məhkəməsinin hazırkı sədri İman Nağıyev tabeliyində olan 46 hakimi tutduğu vəzifənin imkanlarından sui-istifadə etməklə, təzyiq altında saxlayır.

Qanun şah deyil, sədr qanundur

“Məhkəmə hakimlərindən heç biri onun tapşırığını geri çevirmək cəsarətində deyillər. Sədr istənilən iş üzrə hansı tapşırığı verirsə, 46 hakimin hər biri də həmin tapşırıq üzrə qərar çıxarırlar.
Maraqlısı budur ki, qanunsuz qərarlarının Ali Məhkəmədə ləğv olunma ehtimalını nəzərə alan həmin hakimlər və şəxsən sədr İman Nağıyev yuxarı instansiya məhkəməsinə də «əl uzatmaq»dan da çəkinmirlər. Nəticədə Ali Məhkəmə də saxta və əsassız qərarları qüvvədə saxlamaqla, Avropa İnsan Haqları Məhkəməsinə göndərilən işlərin sayını çoxaltmış olurlar. Bu isə Azərbaycana zərbədir.” Bu sözləri qəzetimizə tanınmış vəkillərdən biri deyib. Onun sözlərinə görə, İman Nağıyev və hakimlər iş üzrə əvvəlcə sənədlər və fakt deyil, zərərçəkən və ya cavabdeh kimdir, onlar kimlərin qohumudurlar, hansı vəzifədə işləyirlər, maliyyə imkanları necədir və sair kimi halları əvvəl araşdırırlar: “Sonra isə İman Nağıyev hansı tərəfin xeyrinə qərar çıxarılması haqda hakimə tapşırığını verir. Düzdür, pulsuz qərar demək olar ki, yoxdur. Məsələn, iri dövlət şirkətlərinin məhkəmə çəkişmələrindən tutmuş, dövlət məmurlarına qədər olan işlərin hamısında birmənalı olaraq bir pillə üstün olan tərəfin xeyrinə pul alıb qərar çıxarılır. Məmurlardan rüşvət vəkilləri vasitəsiylə alınır».
Bir müddət öncə Milli Məclisin komitə sədrlərinin birinin İman Nağıyev vasitəsiylə bir prosesi yönləndirdiyini deyən müsahibimizin sözlərinə görə, işi aparan hakimin özü açıq etiraf edib ki, sədrin tapşırığına qarşı çıxmaq gücündə deyil: "Bu və ya digər məqamlar Bakı Apellyasiya Məhkəməsinin hakimlərini də ciddi narazı salırlar. Onlar narazılıqlarını açıq ifadə etməkdən indiyədək qorxublar. Çünki dərhal həmin hakim haqda yuxarılara yanlış məlumatlarla zəngin elə dosye hazırlanır ki, o, bir aya işindən qovula bilər".

Məhkəmə sədrinin özbaşınalıqları

Əslinə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin özbaşınalıqları bununla yekunlaşmır. Xatırladaq ki, bir müddən əvvəl Qaradağ rayonundan bir qurup sahibkar dövlət başçısı İlham Əliyevə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevdən şikayətçı düşmüşdülər. Sahibkarlardan Ağahüseyn Ağayev, Mirzəkərim Hüseynov və Elnur Məmmədov dövlət başçısından Bakı Apellyasiya Məhkəməsində baş verən məhkəmə komediyalarına son qoyulmasına kömək istədiklərini bildirirdilər.
Ancaq İman Nağıyev bunun fərqində deyil. Görünür məhkəmə sədri böyük pullar qazanmaq şansını əldən vermək istəmir. Belə məlumatlardan birini isə redaksiyamıza tanınmış vəkil Əliabbas Rüstəmov verib. Məlumatlarda İman Nağıyevin qanunsuz hərəkətləri və məhkəmə işləri üzrə kimlərdən nə qədər rüşvət aldığı barədə bildirilir. Əliabbas Rüstəmov "Gündəm Xəbər"ə İman Nağıyevin sifarişli tapşırıqları əsasında qanunsuz həyata keçirilmiş məhkəmə qərarlarından danışıb. Bunlardan biri də hal hazırda iş üzrə Ali Məhkəmədə kasasiya şikayəti verilimiş “Azərkimiya” Dövlət Şirkəti ilə bağlıdır. Ə. Rüstəmov qeyd edir ki, bir neçə ofşor şirkətin rəhbəri Məmmədov Elçin İbrahim oğlu “Azərkimiya” Dövlət Şirkətinin əvvəlki rəhbərliyi ilə cinayət əlaqəsinə girərək “Gilkes”, “Emerald”, “Cohtolin” və bu kimi digər ofşor şirkətlərlə saxta sənədlər tərtib edərək Azərbaycan Respublikasından dəyəri 100 milyonlarla ölçülən strateji məhsulları ölkədən qeyri-qanuni yolla çıxardıb. Bura neft-qaz məhsulları daxildir. Vəkilin sözlərinə görə, sözü gedən qeyri-qanuni biznesdən əldə olunmuş milyonlarla gəlir Elçin Məmmədovun və “Azərkimiya” Dövlət Şirkətinin keçmiş rəhbərliyinin xarici ölkələrdə adlarına olan ofşor zonalardakı digər şirkətlərin hesabına həmin vəsaitlər daxil olub. Hətta məsələ ilə bağlı Ə.Rüstəmov dəfələrlə Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə müraciət etsə də bir nəticə olmayıb. Lakin iş Bakı Apellyasiya Məhkəməsinə gedib çıxdıqdan sonra vəziyyət tamamilə fərqli istiqamətdə dəyişib. Ə.Rüstəmovun bildirir ki, onda olan məlumatlara görə, Elçin Məmmədov cinayət əməllərini ört-basdır etmək üçün İman Nağıyevlə anlaşıb. Bu anlaşmanın müqabilində isə Bakı Apellyasiya Məhkəməsinin sədrinə 300 min dollar rüşvət verib. İman Nağıyev isə işi Elçin Məmmədovun xeyrinə həll edib. Lakin buna baxmayaraq sonradan Ali Məhkəmə İman Nağıyevin şifarişli qərarını ləğv edib. Bundan sonra sözü gedən şirkətin rəhbərliyi İman Nağıyevə verdiyi 300 min dolları geri tələb edib. Ancaq İman Nağıyev pulu geri qaytara bilməsə də Elçin Məmmədova digər işlərində yardımçı olacağını söz verib. Vəkilin sözlərinə görə, hal hazırda Elçin Məmmədova himayədarlıq edən İman Nağıyev onun cinayət əməllərinin ört-basdır edilməsi üçün İsveçrədə bağladığı üç milyon dollarlıq borc müqaviləsinin etibarsız sayılması üzrə qətnamənin çıxarılmasına çalışır.

İman Nağıyevin pullu məhkəmə işləri

Bundan əlavə redaksiyamıza vəkil Əliabbas Rüstəmov İman Nağıyevin bir neçə pullu məhkəmə işləri ilə bağlı daha ilginc faktlar təqdim edib. Əliabbas Rüstəmovun redaksiyamıza təqdim etdiyi məhkəmə işlərindən İman Nağıyevin qarşı tərəfdən nə qədər konkret rüşvət aldığını deyib.
Ə.Rüstəmov bidirir ki, Suraxanı rayon Məhkəməsinin hakimi Mustafayev Nürəddin Yusif oğlunun 2 (010) 67/2010 saylı iş üzrə qəbul etdiyi 06 may 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi sözü gedən işlə bağlı, Ə.Rüstəmovun iştirakı olmadan 2 (103)-3512/2010 saylı iş üzrə 08 sentyabr 2010-cu il tarixdə sözü gedən qətnaməni qüvvədə saxlayıb.
Vəkilin sözlərinə görə, bunun müqabilində birinci instansiya məhkəməsi 30,000 min dollar, Bakı Apellyasiya Məhkəməsi isə qarşı tərəfdən 50,000 min dollar rüşvət alıb. Ə.Rüstəmov özünün araşdırmaları nəticəsində müəyyən edib ki, bu sövdələşmələr məhz İman Nağıyevin rəhbərliyi altında həyata keçirilib. Bundan sonra vəkil Əliabbas Rüstəmov İman Nağıyevin özbaşınalıqları barədə yenidən dövlət başçısı İlham Əliyevə və aidiyyatı üzrə qurumlara mürəciət edib. Lakin nədənsə bu səfər də İman Nağıyevə "gözün üstə qaşın var" deyən tapılmayıb.

Məhkəmə sədrindən daha bir qanunsuzluq

Məhkəmə işləri ilə bağlı vəkil Əliabbas Rüstəmov digər bir məsələyə də toxunub. Bu "Arif-Servis" MTK-nın işi ilə bağlıdır. Burda da Əliabbas Rüstəmov bildirir ki, bu səfər İman Nağıyev onun özünün üzərinə qarşı hücuma keçib. Vəkilin sözlərindən belə aydın olur ki, İman Nağıyev Əliabbas Rüstəmovla köhnə ədavətini aparıb. Səbəb isə Ə.Rüstəmovun İman Nağıyevdən İlham Əliyevə və müvafiq instansiyalara şikayət etməsi olub. Bu səfər Əliabbas Rüstəmova məxsus torpaq sahəsinin əlindən alınması üçün İman Nağıyev qarşı tərəfdən 130,000 min ABŞ dolları alaraq onların xeyrinə qərardad şıxarıb. Bu və digər pullu məhkəmə işləri barədə qəzetimizin növbəti saylarında oxuya biləcəksiniz. Araşdırmalarımız davam edir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

F. Əkbərli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Apellyasiya məhkəməsi sədrinin “ədalət biznesi”

    Apellyasiya məhkəməsi sədrinin “ədalət biznesi” ...

    30-12-2012, 11:01

  • 
  • İman Nağıyevin oliqarxlarla işbirliyi

    İman Nağıyevin oliqarxlarla işbirliyi ...

    15-12-2012, 14:02

  • 
  • Məhkəmə Dövlət Komitəsinin sədr müavinini cərimələyib

    Məhkəmə Dövlət Komitəsinin sədr müavinini ...

    6-12-2013, 14:04

  • 
  • Hakim deputata qarşı işdən imtina etdi!

    Hakim deputata qarşı işdən imtina etdi! ...

    26-07-2014, 14:54

  • 
  • Azərbaycan Beynəlxalq Bankı məhkəməyə verildi

    Azərbaycan Beynəlxalq Bankı məhkəməyə verildi ...

    11-06-2016, 14:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu