GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şəmsəddin Xanbabayevin Xaçmaz idarəçiliyi

Şəmsəddin Xanbabayevin Xaçmaz idarəçiliyi

Tarix: 26-06-2013, 00:52 Bölmə :Ölkə Baxış: 1 479
Şəmsəddin Xanbabayevin Xaçmaz idarəçiliyi

«Anam çox məmur qapıları döydü, dedilər narahat olma, evləriniz tikiləcək. O da öldü getdi, evimiz isə hələ də başımıza çökür».

Xaçmazın Alekseyevka kəndində 4 il əvvəl baş vermiş sel qəzasının acısını hələ də çəkənlər var. Kənd sakini Arzu Şıxməmmədova deyir ki, qoca anasının arzusu suya qərq olmuş evinin yerində yenisini tikdirmək, balalarını başına yığmaq idi. Ancaq olan-qalan ömrünü də məmurların boş vədləri ilə keçirib: «Baxın vəziyyətimizə, divarlar üstümüzə gəlir, ev çökür. Görürsünüz, hamısı dağıntıdır. Evin içərisində oturmağa qorxuruq. Elə evlər vardı ki, heç zərər yanından yel olub ötməmişdi, ancaq istifadə elədilər, pul verdilər bələdiyyəyə, tikib düzəltdilər».
Qardaşı Bəhruz Şıxməmmədov da deyir ki, 8 nəfərlik ailə 4 ildir ki, Allaha sığınıb: «Güclü yağış yağdı, bir də baxdıq ki, həyəti, tövləni su basıb. Girdik evə, qapını bağladıq, gözlədik ki, bəlkə yağış kəsə. Qapını açanda su bizi itələyib kənara atdı, evi basdı. Aləm bir-birinə qarışdı. Tövlədəki danamız boğulub öldü, arılarımız məhv oldu. Bir sözlə, su nəyimiz vardısa, qatdı qabağına. Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq, komissiya da gəldi, dedilər, köməklik edəcəyik. Anam rəhmətlik dəfələrlə Fövqəladəyə, İcra Hakimiyyətinə getdi, son günə qədər arvadı ordan-bura, burdan-ora göndərdilər. Qaldı Bakıyla Xaçmazın arasında. Axırda gördük aldadırlar, oturduq yerimizdə. İndi də hər səhər Allaha yalvarırıq ki, özü bizə zamin dursun, günümüzü qəzasız, itkisiz keçirək. Səksəkədə yaşayırıq ki, bu dəqiqə ev çökəcək».
Kənd sakini Südabə Eminova da eyni dərddədir: «Gəldilər baxdılar, çəkdilər, getdilər, ancaq xeyri olmadı. Kənddə evlər tikildi, dilləndik, dedilər bu, hələ başlanğıcdır, yenə gəlib tikəcəklər. O gedən getdilər. Bir dəfə getdim İcra Hakimiyyətinə, başçının qəbuluna düşə bilmədim, qayıtdım gəldim. Bu bir otağı dişimizlə-dırnağımızla birtəhər özümüz tikib, yığışdıq içərisinə».
Kəndin başqa bir sakini Yazgül Nəsrullayeva: «Xalça, divan, hamısı suyun üzündə idi. Divarları çəkin, yarıq-yarıqdır, döşəmə, tavan yoxdur. Ev demək mümkündürsə, bu evdə üç ailə qalır. Evdə şikəst uşaq var. Böyük oğlumun ailəsi belə şəraitsizlikdən dağıldı. Bələdiyyə sədrimizə yalvarırıq ki, daşdan, kəsəkdən kömək et, evimizi düzəldək, ölüm-itim olmasın, evdə xəstə uşaqlar var axı. İstədiyimiz bir az şifer, bir az taxtadır. Heç olmasa evin üstünü düzəldək ki, yağışlarda başımıza axmasın. Bax, bala, sən bu evdə otura bilərsən? Bu vəziyyətdəyik, uçub-dağılıb, hər şeyimizi sel aparıb. Dünən külək oldu, şiferlər gəldi aşağı, qaçıb küçədə oturduq. Divarları yaxşı çəkin bala, bəlkə görərlər».
Yazgül Nəsrullayeva deyir ki, başına yağış tökülməsin deyə, bağını-bağçasını bağışlamağa hazırdır: «Neynirəm o bağı, meyvəni? Evim başıma uçur, qorxudan qapının kandarında yatıram. Götürsünlər bağımızı, meyvələrini də veririk. Əvəzində bizə taxta, şifer versinlər».
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev isə deyir ki, seldən qəzalı vəziyyətə düşmüş evlərin tikinti və təmir-bərpa işlərinin onlara aiddiyyəti yoxdur. Alekseyevka kəndinin bələdiyyə sədri Cahangir Eyyubov da 2009-cu ilin sentyabr ayının 20-də yağan güclü yağışdan və baş verən fəsadlardan sonra kənddə bir neçə evin tikildiyini deyir. Ancaq o da bu məsələlərdən uzaq olduqlarını deyir: «O işlə Fövqəladə Hallar Nazirliyi məşğul olub. 15 təşkilatın nümayəndəsindən ibarət komissiya yaradılıb, evlərə baxış keçirilib. Kənddə 5-6 ev tikilib. O tikilən evlər üçün nə taxta, nə daş verməmişik. Nazirlik özü tikib. Bizim ümumiyyətlə, o işlərə qarışacağımız yoxdur.
Rayon Fövqəladə Hallar Komissiyasından isə bildirdilər ki, kənddə seldən zərərçəkmiş evlər vaxtında siyahıya alınıb və belə evlərin təmir-tikinti işləri aparılıb. Alekseyevka kəndində ümumilikdə 200-ə yaxın şəxsi təsərrüfatın olduğu bildirilir. Onlardan təqribən 10-a yaxın ailə qəzalı evlərdə yaşadıqlarını deyirlər. 2009-cu ilin 20 sentyabrında axşam saatlarında Xaçmazın Ləcət, Nərəcan, Alekseyevka, Gödəkli, Çinarqala kəndlərinə güclü yağış yağması nəticəsində evləri su basıb. Həmin kəndlərdə yaşayanlar seldən zərər çəkmiş evlərinə görə hələ də kömək olunmadığını deyirlər.

Cəmil Məmmədli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaçmazın Alekseyevka kəndində bələdiyyə sədrindən narazılıq

    Xaçmazın Alekseyevka kəndində bələdiyyə sədrindən ...

    8-07-2013, 23:37

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Qubanı sel basdı

    Qubanı sel basdı ...

    20-05-2013, 12:37

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu