Şirkət rəhbərindən girov götürülən müavininin azad edilməsi üçün 500 min manat tələb ediblər
Bakıda baş vermiş silahlı insidentin şok təfərrüatları məlum olub. Nizami rayon Polis İdarəsindən milli.az-a “Anadolu” restoranlar şəbəkəsində silahlı insidentə səbəb olan hadisənin əsl detalları açıqlanıb.
“Anadolu” restoranlar şəbəkəsinin əməkdaşı Mübariz Səmədov şirkətin direktor müavini Elmanı girov götürərək pul tələb edib. O, Elmanı məcbur edib ki, “Anadolu”nun baş direktoru Fikrət Xəlilova zəng edib azad olunması üçün 500 000 manat pul tələb etsin. Aparılan danışıqlardan sonra F.Xəlilov Elmanın saxlanıldığı yerə gəlib. Güclü idmançı olan Mübariz pulla bağlı razılığa gələ bilmədiyindən F.Xəlilovu da döyərək əl-qolunu skoçla bağlayıb.
Lakin F.Xəlilov həmin yerdən qaçaraq polisə xəbər verib. Polis əməliyyat keçirərək Elmanı azad edib, M.Səmədovu isə həbs edib. Mehman ələ keçməmək üçün polisləri də silahla hədələyib və havaya bir neçə atəş açıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Sorğu
Yeni dizaynımız necədir?