GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Masallıya gəlsən, səni ağır cəzalandıraram”

"Masallıya gəlsən, səni ağır cəzalandıraram”

Tarix: 4-07-2013, 15:37 Bölmə :Ölkə Baxış: 1 416
"Masallıya gəlsən, səni ağır cəzalandıraram”
Əhəd Abıyev Mübariz Mənsimovu hədələdi
Futbol üzrə Azərbaycan çempionatında çıxış edən Masallının “Viləş” komandası 2001-ci ildə dağıldı. Bundan sonra Gənclər və İdman Nazirliyinin balansında olan Anatoli Banişevski adına Masallı şəhər stadionu baxımsız vəziyyətdə qaldı. Böyük futbolçunun adını daşıyan stadion nazirliyin biganəliyi ucbatından demək olar ki, tamam dağıldı.
Təxminən 2 il əvvəl belə bir məlumat yayıldı ki, Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun sahibi, “Xəzər Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov Masallıdakı stadionu alıb. M.Mənsimovun Masallıda futbol akademiyası açacağı da bildirilirdi. Həmin vaxt bu məlumatı mətbuata verdiyi açıqlamada “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov da təsdiqləmişdi. T.Nadirov bildirmişdi ki, ən yaxın vaxtlarda stadionda əsaslı təmir işlərinə başlanılacaq.

Bu məlumat Masallı əhalisini də sevindirmişdi. Əslən Masallıdan olan M.Mənsimov öz doğma rayonuna indiyə qədər bir manat da yatırım qoymayıb. Əhali düşünürdü ki, M.Mənsimovun Masallıda futbol akademiyası açması bu işin başlanğıcı olacaq, bölgədə canlanma yaranacaq, yeni iş yerləri açılacaq.
Ancaq üstündən iki il keçməsinə baxmayaraq stadionun ərazisində heç bir iş görülməyib. M.Mənsimov aldığı stadionu yalnız hasara aldırıb, vəssalam.
Bəs görəsən, M.Mənsimovu doğulub boya-başa çatdığı Masallıda iş görməkdən nə çəkindirir?
Virtualaz.org bununla bağlı ilginc məlumatlar əldə edib. Mənsimovlar ailəsinə yaxın şəxsin saytımıza verdiyi məlumata görə, Mübariz Mənsimov Masallıya sabiq deputat, hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olan Əhəd Abıyevin qorxusundan daxil ola bilmir. Mənbə bizə bildirdi ki, əslində Mənsimov Azərbaycana yeni gələrkən elə öz doğma rayonunda stadion tikmək, futbol klubu yaratmaq fikrində olub. Həmin vaxtlar isə Masallının icra başçısı Oqtay Əliyev olub. Polis zabiti olan bu şəxsi Masallıda “Abıyevlərin yefreytoru” adlandırırdılar.
İddialara görə, həmin vaxt Mənsimovun Masallıda stadion tikməsi, biznes qurması üçün Abıyevlər ondan 3 milyon dollar “haqq” tələb ediblər. Belə münasibətdən inciyən M.Mənsimov da Lənkərana üz tutub.

Xatırladaq ki, Abıyevlər o vaxtlar özlərini nəinki təkcə Masallının, ümumiyyətlə, bütün cənub bölgəsinin sahibi sayırdılar. Onlar Masallıda hər şeyə nəzarət edir, yerli sakinlərin obyektlərini, torpaq sahələrini mənimsəyir, İstisu istirahət mərkəzindəki əlverişli yerləri zorla əhalinin əlindən alaraq özəlləşdirirdilər. Rayona yatırım qoymaq istəyən, Rusiyada və başqa xarici ölkələrdə yaşayan masallılılar isə “narkobaron” damğası yapışdırılmaq hədəsi ilə şantaj edilirdi.
“Sonradan Masallıya icra başçısı təyin edilən Qəzənfər Ağayev Abıyevlərin qarşısını aldı, Masallını Əhəd Abıyev xofundan qurtardı. Elə Qəzənfər Ağayevdən sonrakı icra başçısı Rafil Hüseynov da Masallının bəlası olan Abıyevlərə üz vermədi” - deyə məlumatı verən qaynağımız bildirir.
Mənbənin verdiyi məlumata görə, məhz bundan sonra Mübariz Mənsimov Masallıda iş görmək niyyətini ciddiləşdirib və bir neçə həftə əvvəl bu məqsədini rayondakı yaxınlarına açıqlayıb: “Ancaq onun bu niyyətindən xəbər tutan Əhəd Abıyev də sakit dayanmayıb. Mənbənin dediyinə görə, Mübariz Mənsimova zəng edən Əhəd Abıyev onu “sən Masallıya gələ bilməzsən, əgər gəlsən, səni ağır cəzalandıraram” deyə hədələyib”.

Xəbərlərə görə, Ə.Abıyevin bu hədəsindən sonra Masallıda futbol akademiyasının tikilməsi, stadionun təmiri təxirə salınıb. Mənsimovların hasara saldığı stadionda indi qoyun-quzu otlayır.
Masallı sakinləri isə Mübariz Mənsimovun Əhəd Abıyevdən qorxmasını ironiya ilə qarşılayırlar. Rayon sakinləri arasında belə fikir var ki, M.Mənsimov ya Abıyev xofundan qurtulsun, ya da stadionu geri, rayon camaatına qaytarsın.
Məsələ ilə bağlı “Palmali” və “Xəzər Lənkəran” rəhbərliyinin də mövqeyini öyrənmyə cəhd etdik. Ancaq hazırda komanda ilə birgə Maltada olan rəsmilərlə əlaqə yaratmaq mümkün olmadı. Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mənsimov Lənkərana gəlir-Əhəd Abıyevin gözündən iraq

    Mənsimov Lənkərana gəlir-Əhəd Abıyevin gözündən ...

    10-07-2013, 12:47

  • 
  • Mübariz Mənsimov Bakıya gəlib

    Mübariz Mənsimov Bakıya gəlib ...

    28-05-2013, 16:30

  • 
  • Mənsimovun yaxın adamına pul ittihamı

    Mənsimovun yaxın adamına pul ittihamı ...

    15-01-2014, 12:44

  • 
  • Mənsimov "Xəzər Lənkəran"ın məşqini izlədi - Foto

    Mənsimov "Xəzər Lənkəran"ın məşqini ...

    31-07-2013, 10:46

  • 
  • Mübariz Mənsimov UEFA-nı tənqid etdi

    Mübariz Mənsimov UEFA-nı tənqid etdi ...

    23-07-2013, 13:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu