Nicat Dağların səhhətində ciddi problemlər yaranıb Tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru Nicat Dağların səhhətində ciddi problemlər yaranıb. Bu barədə onun yaxınları məlumat verib. Onun daxili və xarici qanaxmaları yaranıb, daha sonra müayinə zamanı qanının tərkibinin parçalandığı, nəticə olaraq ciyərinin, dalağının zədələndiyi, fəaliyyətlərində çatışmazlıqların olduğu aşkarlanıb. Onun durumu kritik həddə çatdığı üçün yaxınları Nicat Dağları müayinə üçün Gürcüstana aparıblar və orada analizlər verilib. Hələlik onun dəqiq diaqnozu açıqlanmayıb, həkimlər ciddi qan xəstəliyindən şübhələnirlər. İlkin müayinələr zamanı jurnalistin qaraciyərində çatışmazlıqların olduğu təsdiqlənib. Həmkarımız hazırda gürcü həkimlərin təyin etdiyi müayinələrdən keçir. Nicat Dağların dostları, yaxınları onun müalicəsinə yardım göstərilməsi üçünölkə rəhbərliyinə müraciət hazırlayırlar. Eyni zamanda gərəkən xərcləri önləmək üçün bank hesabı açmaq və marafon təşkil etmək qərarına gəlinib. Yaxın vaxtlarda marafonla bağlı məlumat veriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?