Jurnalist Nicat Dağların səhhətində yaranan problem ötən gün bir qədər kəskinləşib. Jurnalistin həyat yoldaşı Ülviyyə Hüseynova APA-ya açıqlamasında deyib ki, ötən gün saat 20.00 radələrində N.Dağların burnundan qan açılıb və bu vəziyyət əvvəlkilərindən daha çox narahatlıq yaradıb: “Bu xəstəliyin simptomlarından biri də xəstənin burnundan qan açılmasıdır. Adətən belə hallar qısa davam edir və qarşısını ala bilirik. Bu dəfə isə biz çox narahat olduq və qanaxmanın qarşısını yalnız saat 00.00 radələrində ala bildik”.
O, jurnalistin səhhətinin hazırda normal olduğunu və müalicə prosesinin davam etdirilməsi üçün iyulun 16-da Gürcüstanın paytaxtı Tiflisə gedəcəklərini söyləyib: “Nicat Gürcüstanda ona yazılan müalicəyə uyğun olaraq dərmanları qəbul edir. Bu səbəbdən də müalicə hələlik o prosedura uyğun aparılır. Hazırkı mərhələdə məqsədimiz qanda leykositlərin qalxmasının qarşısının alınmasıdır”.
Ü.Hüseynova bildirib ki, ötən gün Prezident Administrasiyasından onlarla əlaqə saxlanılıb və N.Dağların müalicəsinin Almaniyada davam etdirilməsi üçün sənədlərin hazırlandığı deyilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?