Masallı rayonunda vəzifəli şəxs ölümcül vəziyyətdə Bakıya gətirilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Masallının maliyyə şöbəsinin müdiri Azər Zeynalovu dünən gecə saat 23 radələrində evinin qarşısında motosklet vurub.
Elçin adlı sürücünün idarə etdiyi motosklet A.Zeynalovu vuraraq kənara atıb. Ölümcül vəziyyətdə olan yaralı Bakı şəhərinə, Topçubaşov adına xəstəxanaya gətirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?