“Space”in tanınmış aparıcısı İdris Cəfərov kanaldan uzaqlaşdırılmasından danışıb.
“Qafqazinfo”ya açıqlamasında aparıcı bildirib ki, o, kanaldan getməyib, rəhbərlik onu uzaqlaşdırmaq istəyir: “Mənim “Space”dən getmə xəbərimi saytlar vasitəsi ilə biləndən sonra məni işdən uzaqlaşdırmaq istəyən rəhbərlik bunun üçün çıxarış maddəsi hazırlayıb. Mən Avropaya gəlməmişdən əvvəl oktyabrın 9-u dövlət xəstəxanalarının birində müayinədən keçərək rəsmi arayış aldım, ona əsasən mən hələlik iş fəaliyyətimi dayandıra bilərəm, bunu ayın 19-u Budapeşt özəl tibb mərkəzi də təsdiqləyib. Odur ki, bu uydurma çıxarış maddəsi çox gülməlidir, Bakıda və ya Avropada tam rahat məhkəmə yoluyla maddəni ləğv etdirəcəm . Bütün Azərbaycan bilir ki, mən 2001-ci ilin dekabrının 31-dən ştatlı aparıcıyam, stajımı 2006-ci il Vaqif Mustafayevin təyin olunduğu vaxtdan yazmaq II qanun pozuntusudur.
Sevimli “Space” kanalında mənə çıxarış maddəsi hazırlayanlardan əvvəl çalışıram. Mənimlə çoxdan orada çalışan işçilərin ikisinə məcburi şəkildə ərizə yazdırıblar, mən onları bağışladım. Mandellanın sözü olmasın, mən bağışlayıram, amma hər şey yadımda qalır. Eyni zamanda müğənnilərə də təklif edirlər ki, efirə çıxıb məndən şikayət etsinlər. Bir azdan deyəcəklər ki, Kennedini də mən öldürmüşəm, axı Vaqif Mustafayev görkəmli kinorejissordur və fantaziyası genişdir. Bu gün mənim evimə gəliblər, qonşularım və qohumlarım cənab Mustafayevin şəxsi silahlı cangüdənləri tərəfindən axtarılıb. Yaradıcı adam cangüdəni neynir axı? Siz “Space” kanalına, yadınızdadırsa, bəzən “Gaz 31”, bəzən avtobusla, bəzən də piyada, tək gəlirdiniz. Getmə səbəbimi üçüncü gün hamı biləcək. Günün bu günündə şirkətin doxsan faizi, Mustafayevin yaxın əhatəsi də məni dəstəkləyir. “Space” qız sözüylə oturub durmaqdan bezib” .
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?