“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti Yaında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Bərdə rayonunda qadinların siyasi sosiallaşması mövzusunda müzakirə keçirilib. İctimai müzakirədə 30 nəfərdən artıq səhiyyə, təhsil və mədəniyyət işçisi, o cümlədən ictimai fəal xanımlar, yerli icra strukturunun nümayəndəsi və mətbuat işçiləri iştirak edib. Tədbiri yerli icra strukturunun nümayəndəsi giriş sözü ilə iştirakçıları salamlayıb. Sonra təşkilat sədri Sevil Allahverdiyeva təşkilat və layihənin mahiyyəti haqqında məlumat verib. Elçin Abdullayev və Rafiq Təmrazov siyasi sosiallaşmanın təsnifatı, Azərbaycanın regionlarında xarakterik xüsusiyyətlərindən danışıblar. Xüsusilə bu istiqamətdə ölkədə aparılan islahatlar, qəbul edilən qanunlardan söhbət açıldı. Qeyd edildi ki, Azərbaycanda yaradılan dövlət strukturu ilə yanaşı QHT-lər də qadınların siyasi sosiallaşması ilə bağlı maarifləndirmə işləri aparırlar. Tədbirdə təhsildə, səhiyyədə qadınların iştirakından söhbət açıldı və müzakrələr aparılıb. İctimai müzakirədə yerli qadınlar olduqca fəal iştirak etdilər və gender bərabərliyinin təmin olunması üçün məişət zorakılığının azalmasının vacibliyini vurğuladılar. Xüsusilə sosial probelmlərdən söhbət düşərkən qadınların yoluxucu xəstəliklərin qurbanı olduğu viurğulandı və cəmiyyətin bu məsələdə həssas olmasının vacibliyi qeyd edildi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?