GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Avropa Parlamentində Azərbaycanla bağlı hesabat

Avropa Parlamentində Azərbaycanla bağlı hesabat

Tarix: 10-09-2014, 10:43 Bölmə :Siyasət Baxış: 939
Avropa Parlamentində Azərbaycanla bağlı hesabat dinlənilib.

Avropa Parlamentində Azərbaycanla bağlı hesabat

Trend-in məlumatına görə, hesabat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri" adlı layihə çərçivəsində Belçikanın Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa ekspertləri tərəfindən hazırlanıb.

Hesabatın Brüsseldə keçirilən təqdimatında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Avropa Parlamentinin qadın üzvləri, Belçika Senatının fəxri spikeri Anne Mari Lizin, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Azərbaycanın Belçika Krallığındakı səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

50 səhifədən ibarət hesabat Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakından bəhs edir. Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü, qadın hüquq müdafiəçisi Culi Uord tədbiri açaraq Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində əldə edilən uğurlardan təsirləndiyini bildirib. "Azərbaycan Avropa Şərq Tərəfdaşlığı proqramının üzvüdür. Avropa İttifaqının insan hüquqlarının inkişafı üçün xüsusi alətləri var və bu alətlərdən biri də qadınların hüquqlarının müdafiəsidir", - Culi Uord deyib və əlavə edib ki, Azərbaycan bu alətlərdən istifadə edərək mövcud proqramları inkişaf etdirə və digər Şərq Tərəfdaşlığı ölkələri ilə təcrübəsini paylaşa bilər.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tədbirin təşkilatçılarına və hesabatın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edərək Şuranın fəaliyyəti haqqında ətraflı məlumat verib. A.Quliyev bildirib ki, QHT Şurası hər il gender bərabərliyi, insan alveri, məcburi əmək və qadınlarla bağlı digər mövzularda 50-ə yaxın layihəni dəstəkləyir. Hesabat haqqında danışan Şura sədri qeyd edib ki, sənəddə göstərildiyi kimi, Azərbaycan qadınların bütün hüquq və azadlıqlarının qorunduğu dünyəvi və müasir bir dövlətdir.
A.Quliyev qeyd edib ki, Azərbaycan qadınının cəmiyyətdə, eləcə də dövlət strukturlarında geniş şəkildə təmsil olunması böyük ictimai əhəmiyyətə malikdir. Şura sədri 1918-ci ildə Azərbaycanda qadınların səsvermə hüququna Belçika, Fransa və ABŞ kimi ölkələrdən əvvəl yiyələndiyini bildirib. A.Quliyev vurğulayıb ki, müasir zamanda da Azərbaycan hökuməti qadının cəmiyyətdə rolunu artırmaq üçün bütün lazımı tədbirləri görür. A.Quliyev Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini misal göstərərək bildirib ki, Azərbaycan qadını bu gün dövlət quruculuğunda xüsusi mövqe tutur.

Nitqinin sonunda Şura sədri Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə Azərbaycan qadınının zərər çəkdiyini, məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımız sırasında 300 minə yaxın qadının olduğunu dilə gətirib. Azay Quliyev vurğulayıb ki, əsirlikdə olan və itkin düşmüş 4049 Azərbaycan vətəndaşı arasında 17 nəfər gənc qız, 247 qadın var: "Avropa İttifaqının Ukrayna böhranına reaksiyasını yaxından izləyirik. Avropa İttifaqı kimi biz də bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Eyni addımları və eyni dəstəyi Azərbaycana qarşı da görmək istəyirik".

Sonra qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert Patrisia Lalond və "Kişi Qadın Arasında Barabərlik Naminə Valloniya Sinerji" təşkilatının prezidenti, belçikalı ekspert Ren Marselis "Avropa Qonşuluğunda qadın hüquqlarının inkişafı: Azərbaycanın timsalında" adlı hesabatı təqdim ediblər. Bu il Azərbaycana səfər edən fakt araşdırıcı missiyanın üzvü xanım Lalond Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin, eləcə də ölkəmizin digər bölgələrindəki bu cür mərkəzlərinin fəaliyyətini müsbət qiymətləndirib. Patrisiya Lalond hökumətin bu sahədə gördüyü işləri sadalayaraq Azərbaycan qanunvericiliyində nikah yaş həddinin 17-dən 18-ə qaldırılmasını və məcburi nikahlara görə cəzaların sərtləşdirilməsini yaxşı addım kimi qiymətləndirib.

Təqdimatdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində dövlətin gördüyü işlərdən söhbət açıb. Komitə sədri bildirib ki, hökumət ölkədə gender bərabərliyinin gücləndirilməsi məqsədi ilə mühüm işlər görür və artıq bu sahədə ciddi irəliləyişlər var. H.Hüseynova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması hökumətin qadınlara olan diqqət və qayğısının bariz nümunəsidir. Rəhbərlik etdiyi qurumun yerli QHT-lərlə sıx əməkdaşlıq etdiyini deyən H.Hüseynova əlavə edib ki, bölgələrdə tez-tez qadınlar üçün maarifləndirmə tədbirləri, təlimlər, dəyirmi masalar təşkil edilir.

Millət vəkili, Lider Qadınlar İctimai Birliyin təsisçisi Məlahət İbrahimqızı çıxış edərək Azərbaycanda gender siyasəti sahəsində həyata keçirilən işlərdən söz açıb. Millət vəkili Azərbaycanda qadınların qərar qəbuletmədə, parlament və bələdiyyələrdə artan rolundan danışıb.

Sonda hesabat və mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azay Quliyev fəlsəfə doktoru oldu

    Azay Quliyev fəlsəfə doktoru oldu ...

    17-09-2014, 16:38

  • 
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • “Gündəm Xəbər” Azay Quliyevin fəaliyyətin araşdırır

    “Gündəm Xəbər” Azay Quliyevin fəaliyyətin ...

    21-02-2013, 10:00

  • 
  • QHT-lər BMT-yə Alternativ Hesabat hazırlayır

    QHT-lər BMT-yə Alternativ Hesabat hazırlayır ...

    20-06-2013, 01:25

  • 
  • Azay Quliyev QHT-ləri satın alır – MSŞT Koalisiyasını dağıtmaq üçün

    Azay Quliyev QHT-ləri satın alır – MSŞT ...

    20-06-2016, 21:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (330)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu