GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan müxalifətinin Tiflis zirvəsi

Azərbaycan müxalifətinin Tiflis zirvəsi

Tarix: 30-07-2013, 22:04 Bölmə :Manşet Baxış: 787
 Azərbaycan müxalifətinin Tiflis zirvəsi

Milli Şura Xalq Cümhuriyyətinin yolunu gedir; toplantılar davam edəcək; Rüstəm İbrahimbəyovdan önəmli mesajlar; ölkə və dünya mediasının diqqəti Gürcüstana yönəlib
İyulun 30-da Milli Şura təmsilçilərinin Tiflisdə fövqəladə toplantısı keçirildi. Öncədən xəbər verdiyimiz kimi, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinası hələlik qəbul edilmədiyi üçün qurum öz rəhbərinin Bakıya gəlişinin ləngiməsi haqqında qərar verib. Bu səbəbdən Milli Şuranın 15 nəfərlik nümayəndə heyətinin Milli Şura sədri ilə Tiflisdə görüşməsi qərar alınıb.

Milli Şura üzvlərinin Tiflisə avtobusla gedəcəyi xəbəri yayılsa da, sonradan fərqli marşrutlarla hərəkət etmək məqsədəuyğun sayılıb. Milli Şuranın bəzi üzvləri yola iyulun 29-da çıxıb. Qatar və avtomobillərlə yola çıxanlar Tiflisə iyulun 30-da səhər saatlarında çatıb. Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Milli Şuranın komitə sədrləri Nurəddin Mustafayev, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Milli Şura üzvləri Fuad Ağayev, Vidadi Mirkamal isə Tiflisə təyyarə ilə gəlib. Tiflisə ən gec gələnlər isə Rüstəm İbrahimbəyovla Eldəniz Quliyev oldu. Bəlli olduğu kimi, Eldəniz Quliyev bir neçə həftədir Türkiyədədir. O, Tiflisə Türkiyədən avtomobillə gəlib.

Bakı vaxtı ilə saat 15:00-da artıq Milli Şuranın toplantıda iştirak edəcək bütün nümayəndə heyəti “Vere Palas” otelinə toplaşmışdı. Qalırdı sədr Rüstəm İbrahimbəyovun gəlişi. Bir neçə günlük Avropa turnesindən Moskvaya dönən Rüstəm İbrahimbəyov Tiflisə saat 16:30-da çatmalı idi.

“Vere Palase”da sədri gözləyən Milli Şura üzvləri arasında qızğın müzakirələr gedirdi. Milli Şuranın taleyi, Azərbaycan müxalifətinin qarşıda atmalı olduğu addımlar iki-bir, üç-bir toplanan qruplarda müzakirə edilib.

“Yeni Müsavat”la fikirlərini bölüşən Milli Şuranın komitə sədri Nurəddin Mustafayev bildirib ki, Tiflis toplantısında Milli Şura qarşısında dayanan bütün suallara dəqiq cavab tapılmalıdır: “Biz bütün hallarda birliyimizi qorumaq şərti ilə durumdan ən ideal çıxış yolunu tapmalıyıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Uzun illərdən sonra Azərbaycanın demokratik qüvvələri bir aradadır. Bu birliyin qədrini bilmək və qətiyyətli addımlar atmaq vacibdir. Hakimiyyət Azərbaycan müxalifətinə qarşı aylardır açıq hücuma keçib. Ancaq biz bunların hamısını dəf etmişik. Tiflis görüşündən çox şeylər gözləyirəm. İnanıram ki, biz zaman itkisinə yol vermədən bütün gücümüzü ideyamızın gerçəkləşməsinə xərcləyəcəyik”.

Nurəddin Mustafayev bildirib ki, bu gün Azərbaycan öz həyatında yaxşılığa doğru dəyişiklik istəyir: “Əgər biz yaxın günlərdə doğru qərarlar verib xalqı öz arxamızca apara bilsək, ona vəd etdiyimiz rifahı gətirmək üçün məsuliyyətli olsaq, heç şübhə etmirəm ki, beynəlxalq birlik də bizimlə razılaşacaq. İki illik keçid dövrünü idarə edəcək şəxsin üzərinə çox ağır yük düşür. Milli Şura bu məsələdə hansı hədəfi müəyyən edibsə, onun gerçəkləşməsi üçün çalışmalıdır. Hakimiyyət heç bir halda bizə rahat imkanlar yaratmayacaq. Ancaq biz ortaya gücümüzü, israrlı tələblərimizi qoyub öz namizədimizi qeydə almağa nail olmalıyıq”.

“Vere Palace”nin foyesində ardı-arası kəsilməyən telefon zənglərinə cavab verən, imkan tapan kimi isə internetdə Milli Şuranın Tiflis görüşü ilə bağlı xəbərləri izləyən Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovla da ayaqüstü söhbət etdik. Nurəddin Mustafayevdən fərli olaraq Eldar Namazov Milli Şuranın Tiflis toplantısından qurumun qərarları ilə bağlı hər hansı önəmli dəyişikliklər olmadığını dedi: “Milli Şuranın Tiflis görüşündə hansısa konkret qərarın müzakirəsindən söhbət getmir. Rüstəm bəylə bütün yaranan durumu müzakirə edəcəyik. Ümumi müzakirələrin içərisində Milli Şuranın bugünkü fəaliyyəti ilə bağlı bütün məsələlər müzakirə ediləcək. Eyni zamanda Milli Şura gələcək addımlarını müəyyən edəcək”.

Səhər saatlarında “Vere Palace” ya gəldiyimiz zaman otel təmsilçiləri bildirmişdi ki, burada Azərbaycan nümayəndə heyətinin hər hansı toplantısı nəzərdə tutulmur. Daha sonra Milli Şura üzvləri arasında belə bir xəbər dolaşmağa başladı ki, yığıncaq 1918-ci ildə Azərbaycan Milli Şurasının Azərbaycanın Xalq Cümhuriyyətini elan etdiyi tarixi zalda olacaq. Ancaq xəbər təsdiqlənmədi, bəlli oldu ki, Gürcüstan rəhbərliyi bunun üçün Azərbaycan müxalifət liderlərindən rəsmi müraciət istəyib. Bu haqda “Yeni Müsavat”a danışan Eldar Namazov dedi ki, Rüstəm İbrahimbəyov Tiflisə gələndən sonra onun imzası ilə gərəkli müraciət ünvanına çatdırılacaq: “Böyük ehtimalla iyulun 31-də Milli Şura Azərbaycanın müstəqilliyi elan edilən tarixi zalda toplantı keçirəcək”.

Eldar Namazovun telefonuna gələn zəngdən bəlli oldu ki, Rüstəm İbrahimbəyov artıq Tiflisdədir və “Vere Palace” yə doğru hərəkət edir. Onu da deyək ki, sədri qarşılamaq üçün Milli Şura üzvlərindən heç kim Tiflis Hava Limanına getməmişdi. R.İbrahimbəyovu Tiflisı gələrkən yaxın dostu olan Gürcüstanın məşhur rejissoru Eldar Şengelaya və Gürcüstanda yaşayan soydaşlarımızdan ibarət 30 nəfərlik heyət qarşılamışdı.


Saat 17 radələrində nəhayət, Rüstəm İbrahimbəyovu gətirən avtomobil “Vere Palace”yə çatdı. Avtomobildən enən Milli Şura sədrini Bakıdan gələn nümayəndə heyəti, yerli və beynəlxalq media orqanlarının təmsilçiləri qarşıladı. Milli Şura üzvləri ilə təxminən 10 dəqiqəlik salamlaşmadan sonra İbrahimbəyov onun üçün ayrılan otel otağına getdi. Bu arada onu da vurğulayaq ki, Rüstəm İbrahimbəyov yetərincə qıvraq görünürdü.

Tiflis vaxtı ilə saat 18.00-da Milli Şura üzvləri “Vere Palace” də toplantı zalına toplansa da yığıncağı başlamaq mümkün olmadı. Sədr də zala daxil olandan sonra bəlli oldu ki, Müsavat başqanı İsa Qəmbər zalda deyil. Səbəb Müsavat başqanı İsa Qəmbərin toplantı keçirilən zala gəlməməsi idi. 20 dəqiqə sonra yığıncağa qatılan İsa Qəmbər bildirdi ki, ona toplantının 18.30-da keçiriləcəyi bildirilib və o, yığıncaq zalına deyilən vaxtdan 10 dəqiqə tez gəlib.

Yığıncaq başlanan zaman jurnalistlərin zaldan görüntü almasına icazə verildi. Daha sonra toplantının qapalı keçiriləcəyi bildirilərək jurnalistlər zaldan çıxarıldı. Onu da qeyd edək ki, Gürcüstandakı yerli və beynəlxalq media Azərbaycan müxalifətinin toplantısına ciddi maraq göstərir. Çoxsaylı jurnalistlər Azərbaycan media təmsilçiləri ilə bərabər yığıncağın başa çatmasını gözləyirdilər.


Eldar Namazovun sözlərinə görə, zal 2 saatlıq icarəyə götürülüb, ancaq toplantı daha tez başa çata bilər. İsa bəyin gəlişi gözlənilən zaman jurnalistlər Rüstəm İbrahimbəyova sual vermək istəsələr də o, yumşaq şəkildə cavabdan imtina etdi: “Sual verə bilərsiz, ancaq cavab olmayacaq”.


Bir məsələn də xüsusi vurğulamağa ehtiyac var. Milli Şuranın Tiflis toplantısı başlamazdan öncə Gürcüstanda yaşayan xeyli soydaşımız Vere Palasa toplaşmışdı. Bildirək ki, ötən gün Milli Şuranın Gürcüstan nümayəndəliyinin yaradılması üçün 5 nəfərlik təşəbbüs qrupu yaradılıb. Qrup üzvləri ilə yanaşı yığıncaq zalına nə Azərbaycandan gələn nümayəndə heyətinin, nə də Gürcüstandakı soydaşlarımızın tanımadığı xeyli şəxs gəlmişdi. Azərbaycan dilində sərbəst danışan bu şəxslər oteldə foto və videogörüntü çəkirdilər. Gürcüstanda yaşayan soydaşlarmız düşünür ki, bu şəxslər Azərbaycan hakimiyyətinin maliyyə dəstəyi ilə yaradılan QHT sektorunun təmsilçiləri ola bilər.


İyulun 30-da “Vere Palace” də baş verən bəlkə də ən ilginc olay otelin sahibinin erməni olması ilə bağlı saytlardan birinin yaydığı xəbər oldu. Qeyd edək ki, xəbəri “Yeni Müsavat” ın əməkdaşının da iştirak etdiyimiz danışıqda AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlu səsləndirdi. Onun sözlərinə görə, otel sovetlər dönəmində Gürcüstanda ticarət naziri vəzifəsini tutan bir erməninindir. İndi vəfat edən həmin şəxsin otel biznesini onun övladları davam etdirir. Ancaq otel administrasiyası ilə yaratdığımız əlaqə zamanı bəlli oldu ki, xəbər tamamilə yanlışdır. Otelin sahibi də, direktoru da gürcüdür. Otel sahibinin adı Manana Şaraşidze, direktorunun adı isə Simon Qapanadzedir.


Milli Şuranın toplantısından sonra keçirilən brifinq haqda sabahkı “Yeni Müsavat”dan xəbər əldə edə bilərsiniz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Şura üzvləri Gürcüstandan vətənə qayıdır

    Milli Şura üzvləri Gürcüstandan vətənə qayıdır ...

    31-07-2013, 13:21

  • 
  • Milli Şura üzvləri Tiflisdən ilk mesajlarını verdilər

    Milli Şura üzvləri Tiflisdən ilk mesajlarını ...

    30-07-2013, 15:53

  • 
  • “İbrahimbəyov qvardiyası” Tiflisə bu heyətlə gedir

    “İbrahimbəyov qvardiyası” Tiflisə bu heyətlə gedir ...

    29-07-2013, 14:13

  • 
  • Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi olacaq

    Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi ...

    12-07-2013, 14:23

  • 
  • Rüstəm İbrahimbəyovun ilk sərəncamı (yenilənib)

    Rüstəm İbrahimbəyovun ilk sərəncamı (yenilənib) ...

    11-06-2013, 17:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu