Cənub bölgəsində hamilə qadına kəsici alətlərlə xətər yetiriblər.
Bu barədə hüquq müdafiəçisi Aynur Qurbanqızı məlumat verib.
O, bildirib ki, 24 yaşlı bu xanım 3 ay əvvəl ailə qurub və hamilədir: “Qadın həyat yoldaşı və qaynanası tərəfindən döyülüb. Amma hətta hamilə olmasını nəzərə almayaraq qayçı və müxtəlif itiuclu əşyalarla gəlini bu hala salıblar”.
A.Qurbanqızı deyib ki, qadının döyülməsinin səbəbləri araşdırılıb: “Əksər ailələrdə olduğu kimi burada da səbəb adi məişət münaqişəsi, xırda söhbətlər olub. Ər evə gəldiyində baldız və qaynana gəlinin onların sözünə qulaq asmadığını, onlara cavab qaytardığını söyləyib. Bundan hiddətlənən oğul isə qayçı ilə gəlinin bədənini kəsməyə, bu formada ona işgəncələr verməyə başlayıb. İşgəncələrə məruz qalan qadın dəfələrlə ailəsinə bu haqda məlumat versə də valideynlər "el-oba nə deyər, boşana bilməzsən, döz otur" deyə onu ər evinə geri qaytarıblar. Hazırda ailədə bu cür işgəncələr davam edir. Onu da deyim ki, bu xanımı "yaşın keçir" deyib 3 ay əvvəl zorla ərə veriblər”.
Sorğu
Yeni dizaynımız necədir?