AVqustun 13-də Nəsimi Rayon Məhkməsində Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun məhkəməsi olacaq. Proses saat 12-də hakim Şahin Abdullayevin sədrliyi ilə başlanacaq. Vəkil Nemət Kərimlinin dediyinə görə, artıq Baş Prokurorluq T. Yaqublunun həbsinin daha 3 ay uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Vəkilin ehtimalına görə, məkəmə T. Yaqublunun xeyrinə qərar çıxarmayacaq. Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmvqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?