[img]http://imgs.su/tmp/2013-04-30/1367307225-356.jpg[/img Müsavat başqanının müavini vəkili ilə görüşəcək
İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini Tofiq Yaqubluya yeni və daha ağır ittihamın irəli sürüldüyü barədə məlumat vermişdik. Vəkil Akif Əlizadə “Media forum”a açıqlamasında bildirmişdi ki, T.Yaqublu indiyədək Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunurdu. Sonradan 233-cü maddə üzrə ittihama xitam verildi və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə)ÿmaddə ilə ittiham irəli sürüldü. 233-cü maddə ictimai qaydanın pozulması hərəkətlərində iştirakı nəzərdə tuturdusa, 220.1-ci maddə kütləvi zorakılığın törədilməsi ittihamıdır. Bu maddə 4 ildən 12 ilədək həbs nəzərdə tutur. “Azadlıq”a açıqlamasında A.Əlizadə T.Yaqublunun özünü yeni ittiham üzrə də təqsirli saymadığını bildirib: “Tofiq bəy yeni ittihamı absurd sayır. Təbii ki, o, əvvəlki maddələr üzrə də özünü təqsirli bilmirdi. Tofiq bəy bildirir ki, hər hansı kütləvi iğtişaşda, ictimai qaydanı pozan hərəkətlərdə iştirak etməyib. O, dindirilmə zamanı ittihamın saxta olduğunu sübut edən xeyli arqumentlər də gətirdi”. Bugünlərdə T.Yaqublu ilə görüşəcəyini deyən vəkil müdafiə etdiyi şəxsin səhhətindən və saxlanma şəraitindən hər hansı şikayətinin olmadığını deyir: “Tək kamerada qalır, bir gün gecikmə ilə də olsa, mətbuatı, eləcə də ”Azadlıq" qəzetini izləyə bilir. Şəraitdən və münasibətdən hər hansı narazılığı yoxdur".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?