GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Akif Muradverdiyev MTN-dən bəyanat yaydı

Akif Muradverdiyev MTN-dən bəyanat yaydı

Tarix: 13-08-2013, 16:24 Bölmə :Ölkə Baxış: 491
 Akif Muradverdiyev MTN-dən bəyanat yaydı

Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri, hazırda həbsdə olan Akif Muradverdiyevin vəkili Fuad Ağayev öz bloqunda müvəkkili adından bəyanat yayıb. Bəyanatda deyilir:
“Bu gün internetdə 12 avqust 2013-cü ildə dərc olunmuş bir məqalə ilə tanış oldum. Çox təəssüf etdim ki, məni tanımayan bir şəxs haqqımda uydurmalar dolu yazı vermişdir. Məqaləyə münasibət bildirməzdim, ancaq mənim haqqımda, adları çəkilən başqa insanlarla münasibətlərim barədə həqiqətdən uzaq fikirlər yayıldığandan, bunlara aydınlıq gətirmək məcburiyyətindəyəm.
Mən Eldar Namazovla uzun illər birlikdə işləmişik. Son il yarımda onunla bir neçə dəfə görüşmüşəm. Ona baş vermiş ağır itki ilə əlaqədar 7-8 dəfə yas məclisində iştirak etmişəm. Elə olub ki, bir neçə dəfə də yemək yemişik. O, mənə öz siyasi fəaliyyətindən də danışıb, iştirak etdiyi təşkilatlarda təmsil olunmağı təklif edib, demişəm ki, siyasətlə məşğul olmaq istəmirəm, Bakıdan çıxıb gedirəm. Son iki görüşümüzdə məndən xahiş edib ki, oğlunun işə düzəlməsinə kömək göstərim, demişəm ki, öz övladlarıma iş axtarıram. Yeri gəlmişkən, onlar bu günə kimi işsizdirlər. Əgər mənim Eldar müəllimlə münasibətlərimi qəbahət bilirlərsə, ar olsun o məqaləni sifariş verənlərə.
Yazını sifariş verənlər «Milyarderlər ittifaqı» ilə məni özlərinin uydurduqları çirkin oyunlara bulaşdırmaq niyyəti güdürlər. Telman İsmayılovu mən o hələ Bakıda «İnturist» mehmanxanasında işlədiyi dövrlərdən tanıyıram, prezident İlham Əliyevə böyük hörməti var. Son bir ildə onunla iki dəfə görüşmüşəm. Öz işlərimə kömək etməsini xahiş etmişəm.
Abbas Abbasovla 2009-cu ildə 5 dəqiqə yas mərasimində, bir də 2013-cü ilin mayında təsadüfən görüşmüşəm. O, Vladimir şəhərinə tələsdiyini deyərək, əlavə etdi ki, Akif sənə qarşı olan haqsızlığı indi mənə qarşı döndəriblər, ancaq bilsinlər ki, biz Heydər Əliyevin oğullarıyıq, İlham Əliyevin də qardaşları. Bundan sonra mən Moskvada olmamışam.
O ki qaldı “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərova, ona böyük hörmətim var. Onunla 2003-cü ilin məlum dekabr ayında görüşmüşəm. Sonra onu heç televizor kanalında da görməmişəm.
Rüstəm İbrahimbəyovla ömrümdə 3-4 dəfə üzbəüz gəlmişəm. Sonuncu dəfə onunla Şeremetyevo hava limanında pasport keçidində təsadüfən görüşdüm. O, əvvəlcə məni heç tanımadı, özümü təqdim etdikdən sonra xatırladı. Onun siyasi fəaliyyəti barədə mətbuat səhifələrində oxumuşam.
«Milyarderlər ittifaqı»nın məqalədə adları çəkilən digər üzvlərini tanımıram.
Oxuyanda ki, mən Eldar Namazovun guya Eldar Həsənovla görüşüb danışmaqları barədə ifadə vermişəm, çox xəcalət çəkdim. Açığı, mənim adımdan bu boyda yalan yazılması ikrah hissi doğurur. Mənim ümumiyyətlə belə bir məlumatım olmamışdır, Eldar Həsənovu isə 2004-cü ildən sonra görməmişəm.
O ki qaldı mənim Moskvaya gedib gəlmək xərclərimin Eldar Namazovun ödəməsinə, onunla bir hoteldə qalmağımıza, bu artıq simasızlıqdır. Mən son ildə 4 dəfə Moskvada olmuşam, heç zaman da mehmanxanada qalmamış, qohumumun mənzilində yaşamışam.
Sonda qeyd etmək istəyirəm ki, hər kəs bilsin ki, mənim Azərbaycan Respublikası Prezidentinin işlər müdiri vəzifəsində çalışdığım illərdə Moskvada vəzifədə olanların heç biri Prezident Aparatında işləmirlər, Moskvada Prezident Administrasiyasında işləyən Volodin adlı adamla nəinki əlaqəm yoxdur, onun hansı vəzifədə çalışdığını da sözügedən məqalədən bilmişəm”.
Qeyd edək ki, A.Muradverdiyev iyunun 20-də Bakı hava limanında qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Onun əl çantasında Çar Rusiyasının dövrünə aid olan 18 min manat dəyərində 40 ədəd qızıl sikkə olduğu iddia edilir.
A.Muradverdiyev bundan əvvəl də cinayət təqibinə məruz qalıb. 2005-ci ildə parlament seçkilərindən əvvəl o, digər yüksək vəzifəli məmurlarla birlikdə dövlət çevrilişinə cəhddə ittiham olunmuşdu. Sonradan bu ittiham iqtisadi ittihamla əvəz olunub və 6 il həbsə məhkum edilib. Lakin 2008-ci ilin əvvəlində şərti olaraq azadlığa buraxılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Muradverdiyev vəkili Fuad Ağayevdən imtina etdi

    Akif Muradverdiyev vəkili Fuad Ağayevdən imtina ...

    2-09-2013, 12:49

  • 
  • Akif Muradverdiyev MTN-ə aparıldı

    Akif Muradverdiyev MTN-ə aparıldı ...

    21-06-2013, 01:05

  • 
  • Akif Muradverdiyev MTN-ə aparıldı

    Akif Muradverdiyev MTN-ə aparıldı ...

    21-06-2013, 00:26

  • 
  • “Akif Muradverdiyevin Vaqif Musayevlə heç bir əlaqəsi olmayıb”

    “Akif Muradverdiyevin Vaqif Musayevlə heç bir ...

    20-11-2013, 12:57

  • 
  • Akif Muradverdiyevin məhkəməsi olacaq

    Akif Muradverdiyevin məhkəməsi olacaq ...

    8-11-2013, 14:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu